Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-786/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk və Cavabdeh MMC-nin İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddialara dair mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklər-pul tələbi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (sonuncu iclasda iştirak etmir) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk və Cavabdeh MMC-nin İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(060)-206/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları. Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, həmin MMC-nin hüquqi ünvanı ünvan 1si X6r. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən iddiaçı cavabdehin tapşırıqlarına əsasən və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompeksinin (RivieraPARK) konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və işçi layihəsi işlərini və digər bu kimi layihəylə əlaqədar olaraq bütün işləri tərtib edərək aidiyyatı üzrə müvafiq təşkilatlarla təstiqlətdirərək həyata keçirir və bunun müqabilində iddiaçı cavabdehin gördüyü layihə işlərinin dəyərinə görə bu tikinti sahəsində tikilən evlərdən müəyyən mənzilləri ona verərək iddiaçının gördüyü layihə işlərinin dəyərini ödəyir. Layihə işlərinin ümumi dəyəri 500 000 manat məbləğindən və iddiaçıya veriləcək mənzillərin 1 kvadrat metr dəyəri 1 000 manat məbləğindən ibarətdir. Cavabdeh iddiaçıya layihə işlərinin ümumi dəyərinin 30 faizini nəğd formada, 70 faizini isə barter formasında, yəni mənzilləri iddiaçıya verməklə ödəyəcəkdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0016 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 23 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,56 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə (razılaşma protokolu) əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79560 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0014 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 25 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən bir otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,74 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 63740 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 24 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,08 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79080 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0017 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 35 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən bir otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,74 kvadrat metr olan 4-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 63740 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0018 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 29 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,93 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79930 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0015 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 28 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,41 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79410 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdehin adından X1 və X7 arasında bağlanmış 04 iyun 2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən cavabdeh 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********704500, hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, Bakı küçəsi, ev 63, DOVE PLAZA, mənzil 401, VÖEN: ********** Cavabdeh MMC-də olan nizamnamə kapitalının məbləği 4 manat, nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 4 manat məbləği, 100 faizi, 2 payı X4 mülkiyyətinə verir. X7 isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində 300 manat məbləği cavabdehə ödəyir. İş materiallarına Sumqayıt şəhəri, dəniz kənarı sahədə yerləşən yaşayış kompleksinin işçi layihəsi əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 500.000 manat pul vəsaitinin və 790 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0004İBM saylı müqaviləyə əsasən layihə işlərinin əvəzi olaraq 500.000 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniləcək məbləğin 30%-i nağd, 70%-i isə barter formasında verilməli idi. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələri bağlanılmışdır. Qeyd edilən müqavilələrin ilkin 0004İBM saylı müqaviləyə istinadən bağlanması qeyd olunmuş və mənzillərə görə ödənilməli 445.460 manat məbləğində pulun barter olaraq ödənilməsi müqavilələrdə qeyd edilmişdir. Onun, xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələri üzrə borcu yoxdur, lakin MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, nə ödənilən məbləği nə də mənzilləri ona verməkdən boyun qaçırır, bina tikilməmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində alğı-satqı müqavilələrinə istinad edilsə də, belə bir müqavilələrin mövcudluğundan MMC-nin müəssisənin hazırkı rəhbərinin məlumatı olmamışdır. Çünki o, həmin şirkəti alarkən bu barədə ona heç bir məlumat verilməmiş və MMC-dəki payların satış müqaviləsində də şirkətin hər hansı öhdəliyinin olması barədə heç bir qeyd yoxdur. Lakin iş üzrə məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsinin həqiqətən də belə bir müqavilələrin mövcud olmasını və növbəti məhkəmə iclasında onların əsllərinin təqdim ediləcəyini bildirməsi, sözügedən müqavilələrin əsaslı-əsassız, etibarlı-etibarsız olmasının mübahisələndirməyi zəruri etmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzillərin alqı-satqı müqavilələrinin heç biri notariat qaydasında təsdiqlənməmiş və real olmayan uydurma əqdlərdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, guya cavabdehin inşa edəcəyi binaların memarlıq eskiz və layihə işlərini həyata keçirmişdir. Halbuki MMC-yə məxsus belə bir memarlıq eskiz və layihə işləri həyata keçirilməmiş və şirkət tərəfindən də heç bir bina inşa edilməmişdir. İddiaçı da binaların memarlıq eskiz və layihə işlərinin həyata keçirilib MMC-yə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, iddiada göstərilən evlər həmin memarlıq eskiz və layihə işləri həyata keçirilməsi qarşılığında iddiaçıya verilmişdir. Əgər belə idisə, demək öhdəliklər qarşılıqlı sayılır, mənzillərin satılması və ya barteri barədə müqavilə öhdəlikləri memarlıq eskiz və layihə işlərini həyata keçirilməsi öhdəliklərindən doğmalı idi. Bir öhdəliyinin icra edilməməsi digərinin icrasını inkar və mümkünsüz edir. Memarlıq eskiz və layihə işləri həyata keçirilmədiyi halda xx.xx.2016-cı il tarixli mənzillərin altı satqı müqavilələri bağlana bilməzdi. Bağlanacaq olsaydı, bu müqavilələr notarial qaydada təsdiq edilməli idi. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 06 yanvar 2023-cü il tarixli, 2(060)-206/2022 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilib, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilərək, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən müqaviləyə əsasən iddiaçı Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və işçi layihəsi işlərini və digər bu kimi layihəylə əlaqədar olaraq bütün işləri tərtib edərək aidiyyatı üzrə müvafiq təşkilatlarla təstiqlətdirməli və görülən bu işlərin dəyəri olan 500.000 manat pulun 30 faizi nəğd, 70 faizi isə mənzillərin verilməsi yolu ilə cavabdeh tərəfindən ödənilməli idi. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş layihələrdən görünür ki, Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin layihəsi kimi təqdim edilən sənədlər hər hansı dövlət orqanı tərəfindən təsdiq edilməmişdir. Yəni, həmin layihələr qeyd edilən yaşayış kompleksinin iddiaçı tərəfindən tərtib edilmiş layihələri kimi qəbul edilsə belə, müvafiq dövlət orqanlarında təstiq olunmadığı üçün iddiaçı xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini icra etmiş sayıla bilməz. Bu səbəbdən iddiaçı cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməsini tələb edə bilməz. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əsasən cavabdeh tikiləcək yaşayış kompleksində olan mənzillərin ona verilməsi barədə öhdəlik götürmüş və öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh isə həmin müqavilələrin real müqavilələr olmadığı üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən müqavilələrdə cavabdeh inşa ediləcək yaşayış kompleksində mənzilləri iddiaçıya verməyi, iddiaçı isə həmin mənzillərin dəyərini xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən ödəməyi öz öhdəsində götürmüşdür. Yəni buradan belə nəticə çıxır ki, iddiaçı 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əsasən də öhdəliklərini yerinə yetirmiş hesab olunacaqdı. 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrin tərkib hissəsi olan 1 saylı əlavələrdə (razılaşma protokolları) isə mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi barədə qeyd aparılmışdır. Məhkəmə iclaslarında tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilir ki, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğ ödənilməmişdir. Belə çıxır ki, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələr üzrə iddiaçının öhdəliklərinin yerinə yetirilməsi 0004İBM saylı iş birliyi müqaviləsi üzrə iddiaçının öhdəliklərini yerinə yetirilməsindən asılı olmuşdur. Göründüyü kimi 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrdə iddiaçının öz öhdəliklərini yerinə yetirməsi əslində xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirməsi şərtindən asılı olmuş, iddiaçı sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əlavələrdə mənzillərin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Bu da həmin əqdlərin tərəflərin iradəsindən asılı olan şərtlə, eyni zamanda ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış uydurma əqdlər olması qənaətinə gəlməyə imkan verir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 385.1, 386.1. 441.1, 441.3, 337.1, 337.2, 337.3, 337.4, 340.1, 328.1, 328.3cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ayrı-ayrılıqda çox saylı müqavilələr bağlanılır. İlk növbədə xx.xx.2016- cı il tarixli, 0004 İBM nömrəli “İş birliyi” müqaviləsi imzalanır, daha sonra ayrı-ayrılıqda ardıcıl olaraq xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələri bağlanılmışdır. “İş birliyi” müqaviləsinə əsasən iddiaçı “icraçı” qismində tərəf kimi iştirak etmiş digər tərəfdən isə cavabdeh “Sifarişçi” kimi iştirak etmişdir. Müqavilənin predmet hissəsinə əsasən isə, “İcraçı” “Sifarişçi”nin tapşırıqlarına əsasən və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin (Riviera Park) konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və layihəsi işlərini və digər bu kimi layihə ilə əlaqədar bütün işlərini tərtib edərək, aidiyyatı üzrə müvafiq təşikalatlara təsdiqləndirərək həyata keçirir və bunun müqabilində “Sifarişçi” “İcraçı”nın gördüyü “Layihə işləri”nin dəyərinə görə bu tikinti sahəsində tikilən evlərdən müəyyən mənzilləri (müqavilənin 2.1-ci bəndi) ona verərək “İcraçı”nın gördüyü “Layihə işləri”nin dəyərini ödəyir. Daha sonra tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələrin predmet hissələrinə əsasən “İş birliyi” müqaviləsinin tələblərinə müvafiq olaraq bu hazırki müqavilənin 1 saylı Əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ “Alıcı” tərəfindən (yəni – iddiaçı) tam şəkildə “satıcı”ya (yəni – cavabdeh) ödənilir, ”satıcı” isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin (“Riviera Park) 3 nömrəli binasında, 35 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən 1 (bir) otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,74 kv.m olan 4-cü mərtəbədə yerləşən mənzili “Alıcı” ya təhvil verir. Lakin “İş birliyi” Müqaviləsində nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən görülsə də, həm bu Müqavilənin, həm də mənzillərin alqı-satqı müqavilələri üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər üzürlü səbəblər olmadan qərəzli olaraq yerinə yetirilməmişdir. Hələ məhz öhdəliklərin yerinə yetirilməsinin əvəzinə, cavabdehin təsisçisi müqavilələrdə nəzərdə tutlmuş öhdəliklərdən süni şəkildə uzaqlaşmaq məqsədilə xx.xx.2021-ci il tarixində təsis payının alqı-satqısı müqaviləsinin bağlanılması yolu ilə digər şəxs X5 300 manata satılması yolu ilə şirkətdə olan təsis payını satmışdır. Hamıya bəllidir ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxsin adından bağlanılan bütün əqdlər həmin şəxsin təsisçilərinin dəyişdirilməsi və həmin hüquqi şəxsin yenidən təşkil olunması, eləcə də çevirilməsi zamanı əvvəllər götürülən öhdəliklərin xitamına səbəb olmur. Bundan başqa tərəflər arasında bağlanılan müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş, lakin əfsuslar olsun ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər isə ümumiyyətlə yerinə yetirilməmişdir. Məhkəmədə, cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, bu müqavilələr bağlanılan andan etibarsızdır, buna səbəb kimi isə onların notariat qaydasında təsdiq olunmadığını gətirmişdir. Bu yanaşma özlüyündə absurddur, çünki Mülki Məcəllədə hansı hallarda tərəflər arasında bağlanılan müqavilələlərin məhz notariat qaydasında təsdiq olunmalı olduğu göstərilmişdir. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqavilələr üçün isə məhz onların notariat qaydasında bağlanılması üçün belə tələb nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə işdə olan sənədlərə birtərəfli yanaşaraq, konkret hansı hüquqi əsasa görə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasını qeyd etməmişdir. Halbuki, AR MPM-in tələbinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. İşdə olan sənədlərlə, sübutarla əlaqələndirilməli və işin hallarına uyğun gəlməlidir. Lakin işə baxan məhkəmə qeyd olunan prosessual normalara riayət etməmişdir. Digər tərəfdən məhkəmənin gəldiyi nəticəsi də səhv idi. Belə ki, məhkəmə qarşılıqlı iddia ərizəsini təmin edərək tərəflər arasında bağlanılmış müqavilələri etibarsız hesab etmişdir. Halbuki, həmin müqavilələrdən başqa tərəflər arasında “İş birliyi” Müqaviləsi də imzalanmışdır və müqavilədə nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmişdir. Beləliklə, qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan və işin hallarına uyğun gəlmədiyinə görə, tamamilə ləğv olunmalı və iş üzrə iddianın tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o memardır və layihələndirmə işi ilə məşğuldur. Cavabdehlə aralarında olan razılığa görə cavabdeh tərəfindən tikilməsi nəzərdə tutulmuş binaların eskiz layihələrini hazırlamalı, əəvəzində ona 500 000 manat ödənilməli idi. Sonradan cavabdeh həmin pulu ona verə bilməyəcəyini bildirərək, əvəzində ona tikilməsi nəzərdə tutulmuş binalardan 6 mənzil verməyi öhdəsinə götürmüşdür. O, öz öhdəliyini yerinə yetirsə də, cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilələr notarial qaydada təsdiq olunmamaqla yanaşı, reallığı əks etdirməyən uydurma əqdlərdir. İddiaçı iddia edir ki, guya cavabdehin inşa edəcəyi binaların memarlıq eskiz və layihə işlərini həyata keçirmişdir. Halbuki iddiaçı tərəfindən belə bir memarlıq işləri həyata keçirilməmiş, şirkət tərəfindən də heç bir bina inşa edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Sonuncu rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ********** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 328.1.Mülki Məcəllədə göstərilmişdir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər . Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir . Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır . Maddə 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır . Maddə 441.1.Mülki Məcəllədə göstərilmişdir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(060)-206/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, hər iki iddia öhdəliklərin qarşılıqlı icrasından irəli gələn tələbdir. İlk iddia tələbinin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə iddiaçı Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və işçi layihəsi işlərini və digər bu kimi layihəylə əlaqədar olaraq bütün işləri tərtib edərək aidiyyatı üzrə müvafiq təşkilatlarla təstiqlətdirməli və görülən bu işlərin dəyəri olan 500 000 manat pulun 30 faizi nəğd, 70 faizi isə mənzillərin verilməsi yolu ilə cavabdeh tərəfindən ödənilməli idi. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin layihəsi kimi təqdim edilən sənədlər hər hansı dövlət orqanı tərəfindən təsdiq edilməmişdir. Yəni, həmin layihələr qeyd edilən yaşayış kompleksinin iddiaçı tərəfindən tərtib edilmiş layihələri kimi qəbul edilsə belə, müvafiq dövlət orqanlarında təstiq olunmadığı üçün iddiaçı xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini icra etmiş sayıla bilməz. Qarşılıqlı iddia tələbinin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əsasən cavabdeh tikiləcək yaşayış kompleksində olan mənzillərin ona verilməsi barədə öhdəlik götürmüş və öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh isə həmin müqavilələrin real müqavilələr olmadığı üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Öyrənilən işdən müəyyən olunur ki, qeyd edilən müqavilələr üzrə cavabdeh inşa ediləcək yaşayış kompleksində mənzilləri iddiaçıya verməyi, iddiaçı isə həmin mənzillərin dəyərini xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən ödəməyi öz öhdəsində götürmüşdür. Göründüyü kimi hər iki tərəfin müqaviləsi şərtdən asılı olmuşdur, yəni 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklər icra olunduğu təqdirdə, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələr icra olunmalı idi. Kollegiya qeyd edir ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir Məhkəmə kollegiyası qeyd edir ki, qarşılqılı iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslıdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(060)-206/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-786/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-786/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi təl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver