Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-823/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X7, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən hakim Məmmədov Zaur İkram oğlu, məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu və hakim Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X7, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhər 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) “vərəsəlik şəhadətnamələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(060)- 315/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları
1. Hazırkı mübahisə iddiaçı ilə cavabdehlər arasında iddiaçının mərhum babasından qalmış miras əmlakla bağlıdır.
2. İddiaçının babası X9 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuş, onun atası X11 ölümü xx.xx.1988-ci il tarixində qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. xx.xx.2021-ci il tarixli, 2V-152 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 oğlu – X12 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun gəlini – Cavabdeh3, nəvəsi – X13, nəvəsi – Cavabdeh5, nəvəsi – Cavabdeh6 keçir və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar.
5. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir.
6. xx.xx.2021-ci il tarixli, 2V-151 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır.
7. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir.
8. xx.xx.2021-ci il tarixli, 2V-150 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir.
9. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 fevral 2013-cü il tarixli, AZ-İ seriyalı, 610178 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 17 fevral 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 02-ci ayının 27-ci günündə 336 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Nikah evi tərəfindən verilmiş 02 yanvar 2003-cü il tarixli, İİ-AZ seriyalı, 028798 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X14 02 yanvar 2003-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin yanvar ayının 02-ci günündə 04 nömrə ilə qeyd edilmişdir.
10. Cavabdeh6, Cavabdeh5, X13, Cavabdeh2, Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, mirasın tərkibi irs qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini qəbul edirlər.
11. 07 may 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5, X13, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras paylarını Cavabdeh1 bağışlamışlar.
12. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-T/1-10xx-xx/2023 nömrəli arayışın surətindən görünür ki, X17 12 mart 1955-ci il tarixdə Xızı rayonu, Yaşma qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Xızı rayonu, Şuraabad qəsəbə icra nümayəndəliyi tərəfindən 19 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası isə X6r. Şəxs vəfat etmiş və ölümü Sumqayıt Şəhər Corat icra nümayəndəliyi tərəfindən xx.xx.1988-ci il tarixində 13 saylı akt qeydi ilə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, AZ 5021, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: AZ 5021, ünvan 2) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır.
14. 27 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən – Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən, ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsinin 0.0401 ha hissəsini və onun üzərində yerləşən ümumi sahəsi 299.1 kv/m olan fərdi yaşayış evinin 82.9 kv.m-ni qardaşının arvadı olan hədiyyə alan – Cavabdeh3 mülkiyyətinə verir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, AZ 5021, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: AZ 5021, ünvan 3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2021-ci ildə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə verilmiş reyestrdə 2V-150, 2V-151, 2V-152 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində onun 1⁄3 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi haqqında 3 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh1 əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 07 may 2021-ci ildə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 115,1 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə X8 verilmiş reyestrdə 2V-150, Cavabdeh1 verilmiş reyestrdə 2V-151, Cavabdeh3, X13, Cavabdeh5, Cavabdeh6 verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, X15, Cavabdeh5, Cavabdeh6 tərəfindən verilmiş 3M- 557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi hissəsində qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin əmlaklar üzərində onun ¼ hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi haqqında 3 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh1 əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun babası X9 xx.xx.1979-cü ildə vəfat etmişdir. Babasından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş ev miras əmlak kimi qalmışdır. 1988-ci ildə İddiaçı atası X17, 2013-cü ildə isə onun əmisi X16 da vəfat etmişdir. Hazırda babasindan miras qalmış əmlak əmisi Cavabdeh1 və digər vəfat etmiş əmisi X12 varisləri tərəfindən tutumuş və vəfat etmiş atasının qanun üzrə vərəsəsi kimi ona çatası pay da əmiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan məsələ barədə 2024-cü ilin yay aylarında bilən kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Həmin sorğuya verilən cavabdan müəyyən olnur ki, ərazi idarəsində mövcud olan arxiv məlumatlarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanda yerləşən fardi iaşayış evi üzərində 29 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusunun 7 may 2021 il tarixli, 2V-150, 2V-151, 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə və 3M- 557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Bundan sonra Sumqayıt şəhər 3 saylı Notariat ofisinə sorğu göndərilmiş və notariusun 02 avqust 2024-cü il tarixli cavabından müəyyən olunmuşdur ki, - Şəhadətnamə verilən miras əmlak : 26.04.21-ci ildə X5 verilmiş **********99-10301 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsindən ibarətdir. - 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79-cu ildə vəfat etmiş X4 oğlu X16 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun vərəsələri: gəlini Cavabdeh3, nəvəsi X7, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6 kecir və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almışlar, - 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79-cu ildə vəfat etmiş X4 vərəsəsi oğlu Cavabdeh1dur və o miras əmlakdan 1/3 hissədə pay almışdır, - 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79-cu ildə vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2dır və o miras əmlakdan 1/3 hissədə pay almışdır, - Sumqayıt şəhər 3 saylı Notariat ofisində bağlanmış 07 may 2021-ci il tarixli Miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh3, X13, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 onlara düşən miras paylarını Cavabdeh1 bağışlamışlar. Qohumları tərəfindən aldadıldığını bildikdən sonra Sumqayıt şəhər 1 saylı Notariat ofisinə müraciət etmiş və notariusun 19 avqust 2024-cü il tarixli cavabında qeyd olunur ki, onun tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində müraciət etmədiyi üçün o, vərəsələr sırasına daxil edilməmişdir. Halbuki, o, mütəmadi olaraq həmin evə gedib-gəlmiş və qohumları tərəfindən aldadılaraq miras əmlakın zəbt olunmasını 2024-cü ilin yay aylarında bilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onu aldatması və onun vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində o qanunsuz olaraq babasından qalan hər iki daşınmaz əmlaklar – Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanında yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Cavabdehin və maraqlı şəxslərin qanunsuz hərəkətləri olmasa idi, göstərilən əmlaklarda o, birinci növbəli varislərdən biri kimi miras payı almalı idi. Bu miras payı hər bir əmlakın 1⁄4 hissəsini əhatə etməli idi. Hesab edir ki, o, vəfat etmiş babası X4 miras qalmış əmlaklarından qanun üzrə ona düşən vərəsəlik payını almalı, onun qanun üzrə vərəsəlik hüququ tanınmalıdır.
19. Birinci instansiya məhkəməsində Cavabdeh6, Cavabdeh5, X13, Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişlər.
20. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(060)-315/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, halda X9 20 aprel 1979-cu il tarixdə vəfat etdiyindən, 1988-ci ildə İddiaçı atası X17, 2013- cü ildə isə onun əmisi X16 da vəfat etmişdir. Hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iclasında iddiaçı miras əmlakdan xəbərdar olduğunu bildirməklə, yalnız vərəsəliyə çağırılmamasını bildirmişdir. Qeyd olunan hal öz-özlüyündə iddia tələbinin əsassız olmasını şərtləndirir və məhkəmənin bu qənaətinə gəlməsinə imkan verir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun . Lakin işin hallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir. Bundan başqa, adı çəkilən vərəsənin mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir
22. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
23. İddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş pellyasiya şikayətində Mülki Məcəlləsinin müvafiq normalarına, işin hallarına və birinci instansiya məhkəməsinin qətnaməsinə istinad edilməklə göstərilir ki, iddiaçının babası X9 xx.xx.1979-cü ildə vəfat etmişlər. Babasından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş ev miras əmlak kimi qalmışdır. 1988-ci ildə İddiaçı atası X17, 2013-cü ildə isə onun əmisi X16 da vəfat etmişdir. Hazırda babasindan miras qalmış əmlak əmisi Cavabdeh1 və digər vəfat etmiş əmisi X12 varisləri tərəfindən tutulmuş və vəfat etmiş atasinın qanun üzrə vərəsəsi kimi ona çatası pay da əmiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan məsələ barədə 2024-cü ilin yay aylarında bilən kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Mövcud olan arxiv məlumatlarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanda yerləşən fərdi yaşayış evi üzərində 29 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusunun 7 may 2021 il tarixli, 2V-150, 2V-151, 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə və 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Bundan sonra Sumqayıt şəhər 3 saylı Notariat ofisinə sorğu göndərilmiş və notariusun 02 avqust 2024-cü il tarixli cavabından müəyyən olunmuşdur ki, şəhadətnamə verilən miras əmlak : 26.04.21-ci ildə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsindən ibarətdir. 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79-cu ildə vəfat etmiş X4 oğlu X16 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun vərəsələri: gəlini Cavabdeh3, nəvəsi X7, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6 kecir və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almalışlar. 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi xx.xx.1979-cu ildə vəfat etmiş X4 vərəsəsi oğlu Cavabdeh1dur və o miras əmlakdan 1/3 hissədə pay almışdır. 07 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79-cu ildə vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almışdır. Sumqayıt şəhər 3 saylı Notariat ofisində bağlanmış 07 may 2021-ci il tarixli miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh3, X13, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 onlara düşən miras paylarını Cavabdeh1 bağışlamışlar. Qohumları tərəfindən aldadıldığını bildikdən sonra Sumqayıt şəhər 1 saylı Notariat ofisinə müraciət etmiş və notariusun 19 avqust 2024-cü il tarixli cavabında qeyd olunur ki, tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində müraciət etmədiyi üçün o vərəsələr sırasına daxil edilməmişdir. Halbuki, o mütəmadi olaraq həmin evə gedib-gəlmişdir və qohumları tərəfindən aldadılaraq miras əmlakın zəbt olunmasını 2024-cü ilin yay aylarlnda bilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onu aldatması və onun vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində o qanunsuz olaraq babasından qalan hər iki daşınmaz əmlaklar – Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 75 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Cavabdehin və maraqlı şəxslərin qanunsuz hərəkətləri olmasaydı göstərilən əmlaklarda o, birinci növbəli varislərdən biri kimi miras payı almalı idi. Bu miras payı hər bir əmlakın 1⁄4 hissəsini əhatə etməli idi. Hesab edir ki, o, vəfat etmiş babası X4 miras qalmış əmlaklarından qanun üzrə ona düşən vərəsəlik payını almalıdır, onun qanun üzrə vərəsəlik hüququ tanınmalıdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(060)-315/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh6, Cavabdeh5, X13 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhər 1 saylı Notariat Ofisi məhkəməyə 11 iyun 2025-ci il tarixli, 1715 saylı məktub ünvanlayaraq iş rejiminin və əhalinin sıxlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
30. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
31. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 528-ci maddəsinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud ölmüş elan edilməsi ilə açılır. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılığını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin mübahisəsiz hallarına əsasən iddiaçının babası X9 20 aprel 1979-cu il tarixdə vəfat etmişdir. Miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. İddiaçının mübahisələndirdiyi 07 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.1979-cu il tarixində vəfat edən X4 miras əmlakı (torpaq sahəsi və fərdi yaşayış evi) vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 verilmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 oğlu – X12 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun gəlini – Cavabdeh3, nəvəsi – X13, nəvəsi – Cavabdeh5, nəvəsi – Cavabdeh6 keçir və onların hər biri miras əmlakdan ½ hissədə pay almışdırlar.
35. Hal-hazırda iddiaçı cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri, X15, Cavabdeh5, Cavabdeh6 tərəfindən verilmiş 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi hissəsində qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin əmlaklar üzərində onun ¼ hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 115,1 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş edir.
36. Kollegiya iddianın yuxarıda qeyd olunan əsaslarla təmin olunmamasına dair birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı istər atasının vəfat etdiyi 1988-ci il tarixdə qanuni nümayəndəsi vasitəsi ilə (həmin vaxt iddiaçının 4 yaşı olmuşdur), istərsə də 2002-ci ildə 18 yaşı tamam olduqdan sonra, habelə 2013-cü ildə digər əmisi X12 vəfat etməsindən sonra babası X3 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etməsi barədə hər-hansı əsaslı dəlili və təsdiqedici sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı iddia ərizəsində də yalnız “mütəmadi olaraq həmin evə gedib-gəldiyini” göstərmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına iddiaçıya nənəsi tərəfindən verildiyini iddia etdiyi xalçanın fotoşəklini təqdim edərək bunun da mirasın qəbul edilməsini təsdiq edən sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Kollegiya qeyd edilən dəlili qanunvericiliyin tələbləri baxımından iddiaçının mirası qəbul etməsini təsdiq edən hal kimi qiymətləndirmir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının əmisi, Cavabdeh1 iddiaçının miras əmlakı qəbul etmədiyini, hələ atasının sağlığında köçərək hal-hazıradək atasına işlədiyi zavoddan verilmiş Sumqayıt şəhərində yerləşən mənzildə yaşadığını, miras əmlak olan evdə yaşamadığını bildirmişdir.
38. Kollegiya qeyd edir ki, həm iddiaçıya münasibətdə mirasın açıldığı zaman (atası S.Babayevin vəfat etdiyi xx.xx.1988-ci il), həm də hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
39. Məhkəmə kollegiyası vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
40. İstər işin birinci instansiya məhkəməsində araşdırılması zamanı toplanılmnış sübutlar, istərsə də iddiaçının apellyasiya şikayətində də qeyd etdiyi dəlillər iddiaçının mübahisəli miras əmlakı faktiki qəbul edilməsinə dair dəlillərini təkzib edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bununla bağlı yetərli mötəbər sübutlar olmadığı halda etibarsız hesab olunması, bunun nəticəsi olaraq çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi cavabdehlərin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulmasına səbəb ola bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
43. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlillərində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(060)-315/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.