Məhkəmə qərarları › İş №2(105)-837/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-837/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-837/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahələrindən istifadə qaydasının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(060)-194/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin nikah dövründə əldə etdikləri, Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydasının müəyyən olunması, yəni, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 28 yanvar 2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 19 yanvar 2005-ci il təvəllüdlü X1 onun yanında qalması və cavabdehdən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün “nikahın pozulması, aliment və nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbi”nə dair mediasiya ilə bağlı Cavabdeh könüllü təklif göndərildiyi vaxtdan – xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin və “MERCEDES BENZ C230” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin uşaqlarının onun himayəsində olduğunu və onunla birlikdə qalmaq istəyini nəzərə almaqla onun 2/3 hissə, Cavabdeh isə 1/3 hissə müəyyən edilməklə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-236/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 42 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(060)-236/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 236/2023 saylı qətnaməsinin “qət etdi” hissəsinin 2-ci azbasında və qətnamənin əsaslandırma hissəsində qeyd olunmuş “birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 42 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilsin” hissəsinə düzəliş edilərək “birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 3 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilsin” kimi oxunmaqla, qətnamənin tərtibi zamanı yol verilmiş yanlışlığın düzəldilməsi qərara alınmışdır. Bundan əlavə, tərəflər nikah dövründə yaşadıqları binanın yaxınlığında konkret olaraq, Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasına (ticarət obyektinə) sahib olmuşlar. Həmin qeyri-yaşayış sahələrindən biri sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, İddiaçı faktiki sahibliyində və istifadəsində olmuş, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsi isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində olmuşdur. Lakin tərəflər arasında məhkəmə çəkişməsi başladıqdan sonra Cavabdeh fiziki qüvvə tətbiq edərək İddiaçı həmin salondan çıxarmışdır. Qeyd olunduğu kimi, tərəflər arasındakı nikah pozulmuş, nikah dövründə əldə etdikləri əmlaklar məhkəmə qaydasında bölünmüşdür. Lakin yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgü predmeti olmamışdır. Ona görə də, hesab edir ki, tərəflərin nikah dövründə əldə etdikləri qeyri-yaşayış sahələri onlar arasında bölünə bilmədiyindən həmin qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən olunmalı, tərəflərin nikah dövründə əldə etdikləri, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydası müəyyən olunmalı, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməli, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılmalıdır. Qeyd edir ki, mübahisənin məhkəmədən kənar qaydada, yəni, mediasiya qaydasında həlli mümkün olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(060)-194/2024 nömrəli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydasının müəyyən olunması, yəni, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(060)-194/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tikilinin özbaşına tikili olsa belə, birgə nikah dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına ticarət obyekti halına salınmasını nəzərə almamışdır. Cavabdeh isə bu obyektdən istifadə qaydalarını kobud şəkildə pozur. Məhkəmə bu halların heç birini nəzərə almamışdır. Bu səbəbdən də məhkəmənin qətnaməsini əsassız və qanunsuz hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan MŞS/MT030/2023-01538 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasya sessiyasında iştirak edərək, sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., ev 21, mənzil 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeyd edilən əmlakın hüquq sahibləri ½ hissədə İddiaçı, ½ hissədə Cavabdehdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş R-8 saylı, xx.xx.2014-cü il tarixli məlumat məktubundan görünür ki, "xxxx" MMC (Lisenziya № 022527, L-09-019, 03 avqust 2009-cu il) tərəfindən tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən İddiaçı məxsus olan 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsində məişət xidmət obyektinin tikintisinə və quraşdırılmasına etiraz edilmir. İş materiallarında olan daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində qiymətləndirilən ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 72,2 kv.m. olan 3 saylı mənzilin diymətləndirilməsi zamanı daşınmaz əmlak bazarında analoji mənzillərin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2023-cü il tarixinə bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, onun faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə, cavadehin faktiki sahibliyində və istifadəsində saxlanılmasını xahiş etmişdir.İş materiallarında səhifə 17-də olan Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində İddiaçı məxsus sahibkarlıq obyektinin eskiz layihəsində qeyri-yaşayış sahəsinin 8.0 x 5.0=40 kv.m. olduğu müəyyən edilir. Həmçinin tərəflər məhkəmə kollegiyasının iclasında “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 40 kv.m. olmasını, Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə 20 kv.m. olmasını bildirmişlər və buna görə qeyriyaşayış sahələrinin 40 kv.m. və 20 kv.m. olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, birgə nikah dövründə alınmış “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin ümumi sahəsi digərindən çox olduğu üçün iddiaçının sahiblik və istifadəsinə verilməsi, cavabdehin hüquqlarını pozur.Buna görə də iddia tələbi təmin edilə bilməz.Bununla yanaşı iddiaçı cavabdehə onun payına düşən 10 kv.m. üçün kompensasiya verilməklə “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinin onun istifadə və sahibliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qeyri-yaşayış sahələrinə Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından özbaşına tikinti kimi qiymət vermiş, lakin bununla əlaqədar nəzərə almamışdır ki, iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş R-8 saylı, xx.xx.2014-cü il tarixli məlumat məktubunda "xxxx" MMC (Lisenziya № 022527, L-09-019, 03 avqust 2009-cu il) tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən İddiaçı məxsus olan 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsində məişət xidmət obyektinin tikintisinə və quraşdırılmasına etiraz edilmədiyi göstərilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməsə də, işin mahiyyəti üzrə nəticə etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir.Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(060)-194/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver