Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-878/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(059)-4/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı "tərəflər arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmçinin bu məhkəmənin 04 may 2022-ci il tarixli, 2(006)-2787/2022 saylı qərardadı əsasında mülki iş icraata götürüldükdən sonra, 16 iyun 2022-ci il tarixli qərardadla Siyəzən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(059)-415/2022 nömrəli mülki işə birləşdirilməsi üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” və İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işlər üzrə tərəflər arasında yaranmış mübahisənin predmetini Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən daşınmaz əmlak təşkil etdiyinə, belə olan təqdirdə mülki işlər bir-biri ilə əlaqəli olduğuna görə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün sözügedən mülki işlər Siyəzən Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə 2(059)-415/2022 nömrə altında (2(059)-4/2023 nömrəli) bir icraatda birləşdirilsə də, İddiaçı iddia tələbi Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayonunun Qala- Altı kəndində yerləşən təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,12 ha torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə qeydə alınmış və ona mülkiyyət hüququnu təsdiq edən 29 iyul 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, cavabdeh İddiaçı uzun müddət olar tanımış və yaxın münasibətləri olmuşdur. Həmin yaxın münasibətə görə 14 sentyabr 2016-cı il tarixdə ona məxsus torpaq sahəsinin 0,03 ha hissəsi cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinə onun tərəfindən vaqon yerləşdirilməklə, yay aylarında istifadə etməsi üçün müvəqqəti olaraq cavabdehə verilmiş, həmçinin həmin vaxt sonuncunun kommunal xidmətin ödənişləri ilə bağlı onu tez-tez narahat etməməsi bəhanəsi ilə məhz cavabdehin istəyi əsasında kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsinə razılaşmışlar. Bu bəhanə ilə o, Siyəzən rayon Dövlət Notariat Ofisinə aparılmış və aldadılaraq mülkiyyətindəki Siyəzən rayonunun Qalaaltı kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,03 ha hissəsini cavabdehin adına rəsmiləşdirmişdir. Bu hal ona həmin torpaq sahəsinə tikili tikdiyi zaman müəyyən olmuşdur. Belə ki, cavabdehə qeyd olunan torpaq sahəsində tikili tikmək istədiyini bildirdikdə, sonuncu ona torpağın 0,03 ha hissəsinin ona məxsus olduğunu və artıq tikilinin bir hissəsinin onun mülkiyyətində olan torpaq sahəsinə keçdiyini bildirmişdir. Halbuki, torpaq sahəsi hazırda onun tam istifadəsindədir. Cavabdeh isə həmin torpaq sahəsindən istifadə etməmişdir. İşin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əsasən müqavilənin əhəmiyyətli dərəcədə pozulması müqavilənin ləğv edilməsi əsaslarından biri kimi tanınmışdır. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı Əliyeva X1 Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,12 ha torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə qeydə alınmış və ona mülkiyyət hüququnu təsdiq edən 29 iyul 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, cavabdeh İddiaçı uzun müddət olar tanımış və yaxın münasibətləri olmuşdur. Həmin yaxın münasibətə görə 14 sentyabr 2016-cı il tarixdə ona məxsus torpaq sahəsinin 0,03 ha hissəsi cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinə onun tərəfindən vaqon yerləşdirilməklə, yay aylarında istifadə etməsi üçün müvəqqəti olaraq cavabdehə verilmiş, həmçinin həmin vaxt sonuncunun kommunal xidmətin ödənişləri ilə bağlı onu tez-tez narahat etməməsi bəhanəsi ilə məhz cavabdehin istəyi əsasında kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsinə razılaşmışlar. Bu bəhanə ilə o, Siyəzən rayon Dövlət Notariat Ofisinə aparılmış və aldadılaraq mülkiyyətindəki Siyəzən rayonunun Qalaaltı kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,03 ha hissəsini cavabdehin adına rəsmiləşdirmişdir. Bu hal ona həmin torpaq sahəsinə tikili tikdiyi zaman müəyyən olmuşdur. Belə ki, cavabdehə qeyd olunan torpaq sahəsində tikili tikmək istədiyini bildirdikdə, sonuncu ona torpağın 0,03 ha hissəsinin ona məxsus olduğunu və artıq tikilinin bir hissəsinin onun mülkiyyətində olan torpaq sahəsinə keçdiyini bildirmişdir. Halbuki, torpaq sahəsi hazırda onun tam istifadəsindədir. Cavabdeh isə həmin torpaq sahəsindən istifadə etməmişdir. İşin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni iddiaçı Əliyeva mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bir sıra hallar mövcuddur ki, həmin hallarda iddia tələbi cavabdehin deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerə görə verilməlidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 oktyabr 2022-ci il tarixli bildirişindən görünür ki, ünvan 1i ünvanında yerləşən mübahisəli torpaq sahəsi Şabran rayon inzibati ərazi vahidliyində yerləşir. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Qanunvericilikdə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Hazırkı iddia tələbi mülkiyyətçi olaraq iddiaçıların öz əmlaklarını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi vindikasiya iddiasıdır ki, bu cür tələblərə MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə verilir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi mübahisəli torpaq sahəsinin yerləşdiyi Şabran Rayon Məhkəməsində baxılmalı olduğu halda, Siyəzən Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 39.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 402.2.5 maddəsi) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-878/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-878/2023
13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver