Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-881/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X20 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlu ndan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X3, X9, X14, Abşeron Rayon İcra Hakimiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı zərərin əvəzi əvvəlcədən ödənilməklə, kanalizasiya xəttinin çəkilməsinə maneçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1 və X10 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X8, X3, X9, X14, Abşeron Rayon İcra Hakimiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı zərərin əvəzi əvvəlcədən ödənilməklə, kanalizasiya xəttinin çəkilməsinə maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 zərərin əvəzi iddiaçılardan əvvəlcədən 1000 manat tutularaq cavabdehə ödənilməsi şərti ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulması üçün qazıntı işlərinin aparılmasına Cavabdeh1 və ailə üzvləri üçüncü şəxslər X8, X3, X9, X14 tərəfindən maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat iddiaçılardan əvvəlcədən tutularaq cavabdehlər X11 və Cavabdeh1 ödənilməsi şərti ilə cavabdehlər X11 və Cavabdeh1nin mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulması üçün qazıntı işlərinin aparilmasına cavabdehlər X11, Cavabdeh1 və ailə üzvləri üçüncü şəxslər- X8, X3, X9, X5 maneçilik törətməsi qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı5 nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək bildirmişdir ki, zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat iddiaçılardan əvvəlcədən tutularaq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi şərti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1nin istifadəsində olan torpaq sahəsindən çirkab suların axıdılması üçün kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulmasından ötrü qazıntı işlərinin aparilmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və ailə üzvləri üçüncü şəxslər- X8, X3, X9, X5 maneçilik törətməsi qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Zərərin ödənilməsi hissəsində xüsusi bilik tələb olunduğundan həmin hissə üzrə məhkəmə mənim tikinti-texniki ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilsə də, ekspert tərəfindən qərardadın icra olunmasından iki dəfə imtina edilərək geri qaytarılmışdır. X28 imtinanın əsası kimi göstərmişdir ki, çirkab su borusunun cavabdehlərə məxsus torpaq sahələrindən keçirilərkən, cavabdehimin hər birinə ayrıayrılıqda dəyəcək zərəri əvvəlcədən müəyyən etmək tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Birinci imtinadan sonra məhkəmə ekspertiza keçirilməsi üçün qərardadın icrası aidiyyatı üzrə ekspertizaya göndərilməmiş və yenidən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Ekspert eyni əsasla ekspertiza keçirilməsindən imtina etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında o, və iddiaçılar ekspertizanın keçirilməsinə dair qərardadın icra olunması üçün aidiyyatı üzrə digər ekspertizaya göndərilməsini məhkəmədən tələb etsələr də məhkəmə digər ekspertlər də imtina edəcəklər deyərək vəsatəti təmin etməkdən imtina etmişdir. Bununla da 13 ailə- 65-70 nəfərə yaxın ailə üzvlərinin kanalizasiya xətti ilə bağlı taleyini şübhə altında qoymuşdur. Həmin məhkəmə iclasında cavabdehin vəkilinin sorğusu əsasında X24 Sistemlərinin İstismarı İdarəsi 391 saylı, xx.xx.2024-cü il tarixli məktubla göndərdiyi mütəxəssis rəyi müzakirə olunmuşdur. Həmin məktubda cavabdehin vəkilinin sorğusuna cavab olaraq göstərilmişdir ki, sözügedən ərazidə quyu inşa olunaraq tullantı sularının nasos vasitəsi ilə mövcud şəbəkə xəttinə ötürülməsi mümkündür. Amma hansı qaydada, kim tərəfindən və necə mövcud şəbəkə xəttinə ötürülməsi göstərilməmişdir Həmin məktubda göstərilən mütəxəssis rəyi aşağıdakı əsaslara görə qəbul edilməzdir. 1. Məhkəmənin diqqəinə çatdırır ki, hazırkı mübahisədən əvvəl iddiaçılar eyni tələblə, lakin zərərin əvəzinin əvvəlcədən Ödənilməsi tələbi qoyulmadan cavabdehə qarşı məhkəməyə müraciət etmişlər, Abşeron rayon məhkəməsi iddianı rədd etmişdir. İddiaçıların apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası araşdırma aparararq, həm də "xxxx" ASC-yə sorğu göndərərək iddiaçıların kanalizasiya xəttinin cavabdehin torpaq sahəsindən başqa digər variantda ümumi kanalizasiya xəttinə birləşdirilməsi variantının olub-olmaması barədə mütəxəssis rəyi tələb etmişdir. "xxxx" ASC həmin sorğu əsasında araşdırma apararaq cavabında belə bir mütəxəssis rəyi vermişdir: “Müraciətiniz tərəfimizdən araşdırılaraq müəyyən olunmuşdur ki, Xırdalan şəhəri, Quşçuluq massivi, 11-ci küçə ünvanında cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsindən başqa, şikayətçi vətəndaşların kanalizasiya xəttinin qoşulması üçün mümkün ikinci variantı yoxdur. Xahiş edirik nəzərə alasınız”. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-235/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Abşeron rayon məhkəməsinin 2(012)- 1771/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia yeni əsasla təmin edilməmişdir. MM-nin 169.2-ci maddəsinin tələbi baxımından yenidən iddia qaldırılması iddiaçılara izah olunmuşdur. Göstərilən səbəbdən hazırkı iddia qaldırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin vəkilinin məhkəmənin hazırlıq iclasından sonrakı mərhələdə sorğu ünvanlayaraq yuxarıda göstərilən və ilkin mütəxəssis rəyi ilə ziddiyət təşkil edən rəyi alması da Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbi baxımından sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1ci maddəsi: Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yalnız o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslərişin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi 2024-cü ilin aprelində məhkəmənin icraatına daxil olmuş, hazırlıq iclasları keçirlmiş, məhkəmə baxışına təyin olunduqdan sonra vəkil sorğusu göndərilmiş və cavab alınmışdır. Məhkəmə iclasında X24 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsinə sual verilərkən 1-ci mütəxəssis rəyindən xəbəri olmadığını bildirmiş və 2-ci rəyə münasibətdə isə inşa olunacaq quyunun və tullantı suların nasosunun kim tərəfindən və nə vaxt quraşdırılacağının onlara aid olmadığı bildirmişdir. Göründüyü kimi cavabdehin vəkilinin sorğusuna əsasən verilən rəy MPM-nin 78.1-ci maddəsinin tələbi baxımından sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə həmin mütəxəssis rəyini sübut kimi qəbul etdiyi halda həmin rəydə göstərilən quyunun harada və kim tərəfindən inşa olunması, yüksək təzyiqə davam gətirən çirkli suların axıdılması üçün nəzərdə tuitulan boruların dəyərinin müəyyən edilməsi, kim tərəfindən quraşdırılması müəyyən edilməsi üçün, eyni zamanda iş üzrə cavabdehlərin torpaq sahəsindən çirkli suların axıdılması üçün kanalizasiya borularının keçməsi halında cavabdehlərə nə qədər ziyan dəyəcəyinin müəyyən edilməsi barədə aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X19 Xidməti Publik Hüquqi şəxsə mütəxəssis rəyi alınması üçün sorğu göndərilməlidir. Məhkəmənin nəzərinə çatdırıram ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2/- 9597 saylı məhkəmə tikinti-texniki rəyilə tam sübuta yetirilir ki, Cavabdeh1 istifadəsində olan və kanalizasiya xətti çəkiləməsi üçün nəzərdə tutulan torpaq sahəsinin 26 kv.metr hissəsi cavabdehin texniki pasportunda öz əksini tapmamışdır. Zəbt olunmuş sahədir. Ekspert rəyini təkrar əlavə edir. Rəyin nəticə hissəsi qərardadın ikinci sualı üzrə verilən nəticə. Digər cavabdeh iddianı qəbul etmişdir. Məhkəmənin nəzərinə əlavə olaraq çatdırır ki, məhkəmənin quyunun kim tərəfindən inşa olunması, nasosun kim tərəfindən quraşdırılması barədə şifahi sorğusuna X24 Sistemlərinin İstismarı idarəsi cavab verməmiş, əvvəlki şablon cavabı ünvanlamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsini rəhbər tutaraq, məhkəmədən "xxxx" ASC-nin 13- 16.8/2-32/2024 saylı, xx.xx.2024 saylı mütəxəssis rəyi üzrə və X24 Sistemlərinin İstismarı İdarəsinin 3912 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi üzrə mütəxəssis rəyi alınması üçün Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X19 Xidməti Publik Hüquqi şəxsinə sorğu göndərilməsini xahiş etmişdir. 1-ci rəy üzrə aşağıdakı sual qoyulmasını təklif ermişdir: İddiaçıların kanalizasiya xəttinin cavabdehlərin istifadəsində olan torpaq sahəsindən keçməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi zamanı cavabdehlərə neçə manat məbləğində ziyan dəyə bilər? 2-ci rəy üzrə aşağıdakı sualların qoyulmasını təklif edirəm: 1. İddiaçıların yaşadığı ərazinin hansı hissəsində çirkab sularının axıdılması üçün hansı təşkilat tərəfindən və hansı hissədə quyu qazılması mümkündür və həmin quyuya iddiaçıların çirkab sularının axıdılması mümkündürmü? 2. Quyunun inşaası, çirkab suların ümumi kanalizasiya xəttinə ötürlməsi üçün nasosun alınıb quraşdırılması, yüksək təzyiqə davam gətirən çirkab suların axıdılması üçün nəzərdə tutulan borularının alınması, xətlərin çəkilməsi üçün neçə manat məbləğində vəsait tələb olunur? Məhkəmə iclasında İddiaçı5, İddiaçı4 nümayəndəsi Nümayəndə2, iddiaçılar İddiaçı1 və İddiaçı7 vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 izahatında və etirazında bildirmişdir ki, icraatda olan 2(012)-172/2025 saylı mülki iş üzrə İddiaçı5 nümayəndəsi Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixli vəsatət verilmişdir. Belə ki, verilən həmin etirazı əsassız hesab edərək qəti surətdə razı deyilidir. Birincisi, iddiaçının xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesində məhkəmədən digər ekspertizanın keçirilməsi barədə tələbi üzrə mövqeyi ilə bağlı bildirmək istəyir ki, AR ƏN MEM-nə düz iki dəfə qiymətləndirilməyə dair məhkəmə tərəfindən müraciət edilmiş və müvafiq dövlət qurumu tərərəfindən ekspertizanın qeyri-mümkünlüyünə dair rəylər verilmişdir. Ümumiyyətlə hesab edir ki, hazırki mübahisə predmeti üzrə Cavabdeh1 mülkiyyətindən istifadə etməklə kanalizasiya xəttinin çəkilməsi prosesində və bundan başqa həmin xəttin gələcəkdə iddiaçılar tərəfindən istifadəsi zamanı dəyəcək real zərərin dəqiq qiymətləndirilməsi qeyri-mümkündür. Bununla bağlı hələ iddia tələbinə dair etiraz ərizəsində vurğulamışlar ki, kanalizasiya çəkilişi ilə bağlı tikinti işləri aparıldığı təqdirdə Cavabdeh1 həyəti dağılmalı, 25 meh- uzunluğunda, 8 metr enində və 2 metr dərinliyəndə xəndək qazılmalı, 22 kv.m sahəli təsərrüfat binası, 35 metrə qədər daş hasar, darvaza, dəmir kostruksiya (talavar) sökülməli, həyətdəki çoxillik ağaclar, üzüm tənəkləri çıxarılmalıdır. Çəkiləcək ümumi kanalizasiya xətti onun yaşayış evindən 1,5 metr hündür səviyyədə keçdiyindən ev kanalizasiya xəttindən aşağıda qalacaq və aparılacaq tikinti işləri ona külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Hələ bunun sonrakı baş verəcək fəsadlarını, ziyanları da ola bilər. Belə ki, qoşulması nəzərdə tutulan kanalizasiya xəttində gələcəkdə müəyyən yüklənmələr yaransa, kanalizasiya xətti dolub daşsa bütün bunlar birbaşa Cavabdeh1 1,5 metr aşağı səviyyədə qalan yaşayış evinin sanitar qovşağına təsir edərək, onu vurub daşdıracaqdır. İkincisi, iddiaçının ASMSİİ tərəfindən 391 saylı, xx.xx.2024-cü il tarixli məktubla göndərdiyi mütəxəssis rəyində iddiaçıların ərazisində quyu inşa olunaraq tullantı sularının nasos vasitəsilə mövcud şəbəkə xəttinə ötürülməsinin mümkünlüyünə, amma hansı qaydada, kim tərəfindən və necə mövcud şəbəkə xəttinə ötürülməsinin göstərilməməsinə dair mövqeyi ilə bağlı bildirmək istəyirlər ki, tərəflərindən edilən xx.xx.2024-cü il tarixli, 1620/24 nömrəli vəkil sorğuda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəm küçəsində yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus işlək vəziyyətdə olan kanalizasiya quyuları üzrə mövcud su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmayan qeyd edilən küçənin aşağı hissəsində yerləşən yaşayış evlərinin həmin kanalizasiya quyularına qoşulmaları üçün konkret olaraq hansı mühəndis-texniki tədbirlərin (yüksək təzyiqli kanalizasiya xətti üçün nasosun quraşdırılması və s.) görülməli olmasına dair məlumatın verilməsi xahiş olunmuşdur, dayı həmin xəttin hansı qaydada, kim tərəfindən və necə mövcud şəbəkə xəttinə ötürülməsinə aydınlıq gətirilməsi barədə deyil. Bu sorğunun da göndərməklərində məqsədləri məhz ondan ibarət idi ki, prosesin lap əvvəlindən öz etirazlarında bildirmişlər ki, iddiaçıların öz ərazilərində konkret işlək vəziyyətdə olan (bu barədə iş materiallarında "xxxx" ASC- nin xx.xx.2024-cü il tarixli, 13- 16-8/2-30/2024 saylı cavab məktubu da vardır) quyularının mövcud olmasına və oradan gələcəkdə istifadə mümkünlüyünə baxmayaraq Cavabdeh1 qızma qarşı əsassız şəkildə servitut tələbləri ilə çıxış etmələrini məhkəmənin diqqətinə çatdırılsın. Üçüncüsü, iddiaçının kanalizasiya borusunun keçəcəyi təqdirdə cavabdehlərə nə qədər ziyan dəyəcəyinin müəyyən edilməsi üçün ADSEA tabeliyində X19 Xidməti PHŞ-ə mütəxəssis rəyinin alınması məqsədilə sorğunun göndərilməsi tələbinə dair mövqeyi ilə bağlı bildirmək istəyirlər ki, bu tələb hesab edirlər ki, iddiaçının əsassız surətdə məhkəmə prosesinin uzadılması niyyətindən başqa bir hal deyildir, çünki ASMSİİ tərəfindən istər yazılı surətdə iki dəfə verilən cavab məktublarından, istərsə də xx.xx.2025-ci il tarixdə keçiriən məhkəmə prosesində qurumun nümayəndəsi tərəfindən verilən ifadəsindən də aydın şəkildə müəyyən olunur ki, iddiaçıların yaşadıqları Abşeron rayonu. Xırdalan səhəri. Quşçuluq yaşayış massivi. Süleyman Rüstəm küçəsində quyu insa olunaraq tullantı sularının nasos vasitəsilə mövcud şəbəkə xəttinə öttürülməsi mümkündür. Dördüncüsü, iddiaçıların kanalizasiyanın çəkilməsi üçün nəzərdə tutduqları 26 kv.m hissənin Cavabdeh1 məxsus olmaması barədə əsassız mövqeyi ilə bağlı isə bildirmək istəyirlər ki, həmin ərazinin Cavabdeh1 tam mülkiyyətində və ona məxsus olmasına dair iş materiallarında kifayət qədər sübutlar mövcuddur və bu hüquqi fakt hələ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4652/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının nümayəndəsinin bu pozisiyadan yanaşmasım da hazırki servitut tələbinə dair mübahisə predmetindən yan keçirmək niyyətindən başqa bir hal kimi görmürlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən icraatında olan 2(012)-172/2025 saylı mülki iş üzrə İddiaçı5 nümayəndəsi Vəkil2 tərəfindən verilən xx.xx.2025-ci il tarixli vəsatətinin təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 nömrəli qərardadı ilə mülki iş üzrə təkirar mühəndis-texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının “X7” MMC-yə həvalə edilməsi, rəy alınanadək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (hakim Habil Əhmədov). Cavabdeh1 vəkili və nümayəndəsi Nəbiyev X17 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron rayon məhkəməsinin 2(012)-172/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 saylı məhkəmə qərardadını əsassız, qanunsuz və qeyri-obyektiv hesab edir. Belə ki, qərardadda məhkəmə tərəfindən qoyulan suallardan biri də iddiaçıların kanalizasiya xəttinin cavabdehlərin istifadəsində olan torpaq sahəsindən keçməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi zamanı cavabdehlərə neçə manat məbləğində ziyan dəyə bilməsi, eləcə də ziyan üzrə kompensasiya məbləğinin nə qədər təşkil etməsidir. Ekspertiza qarşısında bucür sualların qoyulmasını absurd və hüquqi məntiqi olmayan hesab edirlər. Çünki, iş materiallarında olan istər etiraz ərizələrində, istərsə də dəfələrlə keçirilən məhkəmə proseslərində verdikləri ifadələrdə bildirmişlər ki, iddiaçıların kanalizasiya xəttinin cavabdehlərin istifadəsində olan torpaq sahəsindən keçməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi zamanı Cavabdeh1 gələcəkdə neçə manat məbləğində ziyan dəyə biləcəyini müəyyən etmək və bunun proqnozunu vermək qeyri-mümkündür. Belə ki, hazırki mübahisə predmeti üzrə Cavabdeh1 mülkiyyətindən istifadə etməklə kanalizasiya xəttinin çəkilməsi prosesində və bundan başqa həmin xəttin gələcəkdə iddiaçılar tərəfindən istifadəsi zamanı dəyəcək real zərərin dəqiq qiymətləndirilməsi qeyri-mümkündür. Bununla bağlı hələ iddia tələbinə dair etiraz ərizələrində vurğulamışlar ki, kanalizasiya çəkilişi ilə bağlı tikinti işləri aparıldığı təqdirdə Cavabdeh1 həyəti dağılmalı, 25 metr uzunluğunda, 8 metr enində və 2 metr dərinliyində xəndək qazılmalı, 22 kv.m sahəli təsərrüfat binası, 35 metrə qədər daş hasar, darvaza, dəmir konstruksiya (talavar) sökülməli, həyətdəki çoxillik ağaclar, üzüm tənəkləri çıxarılmalıdır. Çəkiləcək ümumi kanalizasiya xətti onun yaşayış evindən 1,5 metr hündür səviyyədə keçdiyindən ev kanalizasiya xəttindən aşağıda qalacaq və aparılacaq tikinti işləri ona külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Hələ bunun sonrakı baş verəcək fəsadlarını, ziyanları da ola bilər. Belə ki, qoşulması nəzərdə tutulan kanalizasiya xəttində gələcəkdə müəyyən yüklənmələr yaransa, kanalizasiya xətti dolub daşsa bütün bunlar birbaşa Cavabdeh1 1,5 metr aşağı səviyyədə qalan yaşayış evinin sanitar qovşağına təsir edərək, onu vurub daşdıracaqdır. Sual olunur: Belə olacaq təqdirdə cavabdehə gələcəkdə dəyəcək əlavə ziyan məbləği və həmin ziyana görə kompenasiya məbləği indiki zamanda necə müəyyən edilə bilər?! Unutmaq olmaz ki, hüququn təməli sayılan mülkiyyət hüquqlarına təkcə sahib olunan əmlakın fiziki mövcudluğu deyil, həmdə onunla bağlı olan mülkiyyətçinin bütün hüquqları, o cümlədən onun gələcək mühafizəsi və təhlükəsizliyinin təminatı da aiddir. Eləcə də iş materiallarında olan iddia tələbi üzrə hazırkı işə AR MPM-nin 57.1-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin tanınması haqqında xx.xx.2024- cü il tarixli ərizə ilə müraciət edən və iş üzrə gələcəkdə iddia tələbinin təmininə dair çıxarılacaq məhkəmə qətnaməsinin onların hüquq və maraqlarına təsir göstərə biləcəyindən narahat olan Cavabdeh1 qonşuları vardır ki, onlardan X12, Bairamov Takhar və X4 da hesab edirlər ki, kanalizasiya xəttinin çəkilişi zamanı onların evlərinə zərər yetirilə bilər, gələcəkdə yaşayış sahələrinə həyati təhlükə törədəcək qəza şəraitlərinin yaranmasına səbəb olacaqdır. Bu hüquqi fakt məhkəmə tərəfindən əraziyə baxış zamanı qeydə alınan video görüntüdən bəlli olur. Belə ki, qoşulması üçün iddia edilən kanalizasiya xətti artıq sözügedən sakinlərin istifadəsindədir və bundan sonra ora digər şəxslərin, yəni iddiaçıların qoşulması həmin kanalizasiya xəttinin tutum həcminə görə mümkün deyildir, və bu da qeyd etdikləri kimi həmin kanalizasiya xəttinin yüklənməsi, dolması və daşması ilə gələcəkdə müəyyən fəsadlara səbəb olmaqla nəinki Cavabdeh1 mülkiyyətinə, eləcə də müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin mülkiyyətinə də qarşısı alına bilinməyən böyük ziyanlar və fəlakətlər verə bilər. Sual olunur: Bu ziyanların bəs necə ekspertiza tərəfindən gələcək proqnozu verilərək kompensasiyası müəyyən edilə bilərmi?! Ona görə də hesab edir ki, məhkəmə tərəfindən cavabdehə dəyəcək ziyan və kompensasiya barədə sualın ekspertiza qarşısında qoyulması əsassızdır. İkincisi, hazırki qərardadda ekspert qarşısında digər 2-ci, 3-cü və 4-cü sualların da qoyulması əsassız surətdə məhkəmə prosesinin uzadılması niyyətindən başqa bir hal deyildir, çünki ASMSİİ tərəfindən buna istər rəsmi surətdə verilən cavab məktubundan, istərsə də xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesində qurumun nümayəndəsi tərəfindən verilən ifadəsindən də aydın şəkildə müəyyən olunur ki, iddiaçıların yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəm küçəsində quyu inşa olunaraq tullantı sularının nasos vasitəsilə mövcud şəbəkə xəttinə ötürülməsi mümkündür. Belə bir mümkünlüyün mövcud olması əgər sözügedən qurum tərəfindən rəsmi surətdə verilən xx.xx.2024-cü il tarixli, 13-16-8/2-30/2024 saylı cavab məktubu ilə öz hüquqi təsdiqini tapırsa, o zaman hesab edirlər ki, artıq gələcəkdə iddiaçıların öz niyyətlərinə çatmalarından ötrü həmin quyuların qazılması üçün aidiyyəti qurumlara müraciət etmək imkanları vardır, əks təqdirdə həmin işlərin aidiyyəti qurumun üzərinə qoydurmaları üçün məhkəməyə ayrıca iddia tələbi ilə müraciət etmək hüquqları vardır. Beləliklə, iddiaçıların alternativ seçimləri olduğundan təmsil etdiyi cavabdehə qarşı əsassız surətdə irəli sürülən servitut tələbi istina olunduğundan, bununla bağlı hər hansı bir ekspertizanın keçirilməsinə də lüzum qalmır, əks təqdirdə qeyd etdikləri kimi hesab edirlər ki, bu əsassız surətdə məhkəmə prosesinin uzadılması niyyətindən başqa bir hal deyildir. Bu servitutun vacib prinsipini məhkəmə nəzərə almalı və məsələyə sırf mülkiyyət hüququn qorunması prizmasından yanaşmalıdır. Amma, hazırki qərardadda bunun şahidi olmur, əksinə burada mülkiyyət hüququnun qorunmasından çox, alternativ variantları olmalarına baxmayaraq iddiaçıların servitut tələblərinə önəm verilməsinin şahidi olur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsiilə qorunan işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüquqları kobud şəkildə pozulur. Belə ki, hesab edirik ki, iki dəfə dövlət ekspertizası tərəfindən imtinası verilən ekspertiza rəyindən sonra özəl ekspertiza qurumuna rəy alınması üçün təkrar məhkəmənin təşəbbüsü ilə müraciət edilməsi onsuz da 1 (bir) ildən artıq davam edən məhkəmə işini bir daha uzadır. Odur ki, yuxarıda qeyd olunlara əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 saylı məhkəmə qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə gönədirlməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 172/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərindən görünür ki, Cavabdeh1 ekspertiza təyin edilməsi barədə qərardadda qoyulmuş suallardan və iş üzrə icraatın dayandırılmasından narazıdır. Qərardadda qoyulmuş suallara dair dəlillərlə bağlı Məhkəmə kollegiyası ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını vurğularaq bildirir ki, qərardadın həmin hissəsindən şikayətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Ona görə də hazırkı halda iş üzrə icraatın dayandırılmasına dair dəlillərə münasibət bildirilməsi məqsədmüvafiqdir. Göstərilən məsələ ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ekspertizanın təyin edilməsi iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmasına xidmət etməklə iş üzrə icraatın dayandırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən, ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-172/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-881/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-881/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver