Məhkəmə qərarları › İş №2(105)-885/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-885/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tələbi - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-885/2025 25.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-441/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul və əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 (icarəyə verən) ilə “313 Cars MMC” icarədar arasında xx.xx.2023-ci il tarixli, 02 № li avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən ona məxsus nəqliyyat vasitəsini icarəyə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 5.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini xx.xx.2025-ci ildə qəbul etmək və nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin (cavabdehin) öhdəliklərinə aid edilmişdir. X7 məxsus olan “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobili xx.xx.2023-cü il tarixdən 23 ay müddətinə 400 manat olmaqla Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək, 3780 manat ödəmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Hal-hazırda avtomobil Cavabdehdır. Onun hərəkətlərindən belə məlum olur ki icarə haqqını vermək fikri yoxdur və avtomaşını qaytarmır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 2024-cü il may ayından sentyabr ayına qədər olan müddətdə yaranmış 1600 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, İddiaçı MMC-dən icarəyə götürdüyü X5 mülkiyyətində olan “Mercedes Benz” markalı minik avtomobili 2022-ci il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh X3 İddiaçı MMC-dən icarəyə götürdüyü “Mercedes Benz minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobilə görə icarə haqqından qalmış 4220 manat pulun, 100 manat dövlət rüsumunun və X5 mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022ci il buraxılışlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-441/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat icarə haqqının və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçınə ödənilməsi, Cavabdeh 2022-ci il buraxılışlı, “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iddiaçının qanuni nümayəndəsi X2 və cavadeh X3 iştirakı ilə keçirilmiş iclasında məhkəmə kollegiyası mübahisənin məhkəmədən kənar həll edilməsini tərəflərə təklif etmiş və məhkəmə iclası bu məqsədlə təxirə salınmışdır. 25 iyul 2025-ci il tarixdə İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddiadan imtina edilməsi barədə ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan 2(105)-885/2025 nömrəli iş üzrə cavabdeh X6 ilə aralarında razılığa gəlmişlər. Belə ki, cavabdeh avtomobili qaytarmışdır. Buna görə də iddia ərizəsindən imtina edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 iddiaçı ilə aralarında qarşılıqlı razılıq olduğunu, razılığa əsasən mübahisə predmeti olan avtomobili iddiaçıya təhvil verdiyini, buna görə də iş üzrə icrataa xitam verilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı nümayəndəsi növbəti məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-441/2025 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-441/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)- 441/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver