Məhkəmə qərarları › İş №2(105)-896/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-896/2025

23.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-896/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb olunmaqla) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X23 (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1590/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı haqqında müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, alıcı ünvan 1 ünvanda yerləşən tikintidə olan yaşayış binasının "xxxx" girişi, 4-cü yaşayış mərtəbəsində 21 saylı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, İddiaçı MMC-yə xx.xx.2014-cü il tarixdə 15000 manat, xx.xx.2014-cü il tarixdə 2000 manat, xx.xx.2014-cü il tarixdə 3000 manat, xx.xx.2014-cü il tarixdə 1500 manat, xx.xx.2014-cü il tarixdə 1500 manat, xx.xx.2014-cü il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 3000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 400 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, 30.10.217-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat ödəniş etmişdir.

3. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən binanın "xxxx" girişi, yaşayış sahəsinin 4-cü yaşayış mərtəbəsində 21 saylı, ümumi sahəsi 129.13 kv.m olan mənzilin ümumi dəyərini təşkil edən 71022 manat məbləğ alıcı İddiaçı tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur.

4. "xxxx" ASC tərəfindən verilmiş SMS-bildirişdən görünür ki, **********A0021 saylı abonent kodu üzrə İddiaçı elektrik enerjisi sərfiyyatına görə borcu 0 manat təşkil edir.

5. İddiaçı və komendantın öz imzaları ilə təsdiq etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" girişi, 4-cü mərtəbə, 21 saylı mənzildə kommunal qaz sayğacına görə 600 manat, kommunal işıq sayğacına görə 200 manat, kommunal su sayğacına görə 200 manat ödəniş etmişdir və borcu yoxdur.

6. Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, alıcı ünvan 2 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişi, 4-cü mərtəbəsində 21 saylı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

7. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X10 MMC-yə ünvan 2 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişi, 4-cü mərtəbəsində 21 saylı mənzilinə görə 64565 manat məbləğində pul ödəmişdir.

8. Cavabdeh MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, X10 MMC-yə xx.xx.2014-cü il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1800 manat, xx.xx.2016-cı il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 5000 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2016-cı il tarixdə 900 manat, xx.xx.2017- ci il tarixdə 1000 manat ödəniş etmişdir.

9. “Avro Qrand" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin "xxxx" girişi, 4-cü yaşayış mərtəbəsində ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilin ümumi dəyərini təşkil edən 64565 manat məbləğ alıcı X10 tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur.

10. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli təhvil aktından görünür ki, MMC-nin hüquqşünası Teymurov Tаhir Teymur oğlu, MMC-nin nümayəndəsi X11, аlıcı Səlimоv Hаbil Аrаz oğlu bu аktа imzа еdirlər оndаn ötrü ki, Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (indiki Qalubiyyə) küçəsi, 21-ci məhəllədə inşа оlunаn yаşаyış binasının "xxxx" girişi, 4-cü mərtəbəsində 21 saylı mənzil MMC ilə аlıcı X10 ilə аrаsındа bаğlаnmış xx.xx.2014-cü il tаriхli mаliyyə аrаyışınа əsаsən аlıcı X9а təhvil vеrilir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb olunmaqla) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən binanın "xxxx" girişi yaşayış sahəsinin 4-cü mərtəbəsində ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin (bundan sonra mətndə MMC adlanacaq) üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə mənzil alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, iddiaçı Əliyev X17 rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, məhəllə 21 ünvanda yerləşən binanın "xxxx" girişi yaşayış sahəsinin 4-cü mərtəbəsində ümumi sahəsi 129.13 kv.m və ümumi dəyəri 71022 manat olan 21 saylı mənzilin haqqını vaxtında ödəməyi üzərinə götürmüşdür. Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən, iddiaçı şərtləşdirilmiş 71022 manat məbləğində pulu tam ödəmişdir və heç bir borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh indiyədək həmin mənzili ona təhvil verməmiş və müqavilə üzrə öhdəliyini kobud surətdə pozmuşdur. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 324.1, 324.2, 324.4, 324.6, 405.1-ci, Mənzil Məcəlləsinin isə 112.1, 113.1-ci maddələrinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə X10 arasında ünvan 1 ünvanda yerləşən binanın “A-giriş” yaşayış sahəsinin 4-cü mərtəbəsində, ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilə dair xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən binanın "xxxx" girişi yaşayış sahəsinin 4-cü mərtəbəsində, ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin nümayəndəsi tərəfindən müvəqqəti təminat tədbirinin ləğvinə dair ərizəsində ünvan 1 ünvanda yerləşən binanın "xxxx" girişi yaşayış sahəsinin 4-cü mərtəbəsində, ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilin İddiaçı başqa xx.xx.2014-cü il tarixdə X7 da satıldığı göstərilmişdir.

14. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X16 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı müqavilə üzrə şərtləşdirilmiş pul məbləğini tam ödəsə də, cavabdeh indiyədək həmin mənzili ona təhvil verməmiş və müqavilə üzrə öhdəliyini kobud surətdə pozmuşdur. Bundan əlavə qarşı tərəf iddiaçıya verilən maliyyə arayışındakı imzanı atan şəxsin işdən çıxdığını bildirsə də, o, bildirir ki, elə olmuş olsa belə, burada iddiaçının heç bir günahı yoxdur və iddiaçı vicdanlı alıcıdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X7 maliyyə arayışı xx.xx.2024-cü il tarixdə verilsə də, o, müqavilə bağlandığı tarixdən, yəni xx.xx.2014-cü ildən ödəniş etməyə başlamışdır. Sözügedən ünvan 1 ünvanda yerləşən tikintidə olan yaşayış binasının "xxxx" girişi 4-cü yaşayış mərtəbəsində 21 saylı mənzil X7 təhvil verilmişdir. Həmçinin qeyd etmişdir ki, həmin mənzilin İddiaçı tərəfindən təmir edilməsi, sonuncunun həmin evə sahiblik və mülkiyyət hüquqlarının olmasına əsas vermir. Mülki Məcəllənin 163-cü maddəsinə əsasən, əmlaka digər şəxsin sahiblik hüququ əmlakın ilkin sahibinin iradə ifadəsindən sonra yaranır. Yəni cavabdeh MMC tərəfindən adıçəkilən mənzil X1. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirmişdir ki, onun bacanağı Səlimоv Hаbil Аrаz oğlu onun adına mənzil götürmək istədiyini bildirmiş, o da razılaşmışdır. Belə ki, o yalnız Cavabdeh MMC ilə bağlanmış sənədlərə, müqaviləyə qol çəkmişdir. Evi bacanağı Səlimоv Hаbil Аrаz oğlu ödəniş edərək almışdır. Mənzildə təmir işləri barədə onun məlumatı yoxdur. Müqavilələrin əsli isə Səlimоv Hаbil Аrаz oğlundadır. Lakin müqavilənin nə vaxt bağlanıldığını dəqiq xatırlamır.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1590/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh MMC ilə X10 arasında ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin "xxxx" girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilə dair xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən binanın "xxxx" girişi, yaşayış sahəsinin 4-cü mərtəbəsində ümumi sahəsi 129.13 kv.m olan 21 saylı mənzilin İddiaçı təhvil verilməsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir (hakim Habil Əhmədov).

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2.1, 18, 324.2, 324.4, 324.5, 324.6, 390.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il Qərarındakı, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarı”ndakı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx.xx.2020-ci il tarixli Qərarındakı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqelərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 89.3, 89.4, 107, 119.1, 124.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1590/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasia şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia qaldırmış, iddiasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə yerləşən binanın "xxxx" girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 129.13 kv.m olam mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eyni zamanda iddiasına dəqiqləşmə verərək həmin mənzilə dair Cavabdeh MMC ilə X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavbdeh ilə onun arasında xx.xx.2014-cü il tarixli həmin mənzilə dair müqavilə bağlanmış, mənzilin ümumi dəyəri müqavilə üzrə 71022 manat ödəməyi öz üzərinə götürmüş, həmin məbləği tam olaraq xx.xx.2021-ci ildə ödəyərək, mənzilin dəyərinin ödənilməsi barədə ona “Maliyyə Arayışı”verilmişdir. İddiada qeyd etmişdir ki, cavabdeh həmin mənzili ona verməmiş və verməkdən imtina etməkdədir.

21. Məhkəmənin mübahisə olunan qətnaməsi ilə İddiaçı iddia tələbi təmin olunmuş, Cavabdeh MMC ilə X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsi qət edilmişdir. Cavabdeh MMC ilə X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə Məhkəmə ona əsaslanmışdır ki, Cavabdeh MMC ilə X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2014-cü ildə bağlanması və təqdim edilmiş 2014-2017-ci illər üzrə kassa mədaxil orderlərinin mövcudluğuna baxmayaraq, 10 ildən sonra mənzilin müqavilədə göstərilən dəyərinin xx.xx.2024-cü il tarixdə bir dəfəyə tam ödənilməsinə dair göstərilən qəbzin əslinin verilməməsi ağlabatan mühakiməyə uyğun olmamışdır. Eyni zamanda hesab etmişdir ki, Müqavilə bağlanması göstərilən xx.xx.2014-cü il tarixdən 10 il sonra xx.xx.2024-cü il tarixdə bir dəfəyə tam olaraq ödənilməsini göstərən qəbzin və eyni tarixli maliyyə arayışının verilməsi mənzilin X5 olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda Məhkəmə mənzilin X8 təhvil verilməsinə dair xx.xx.2024-cü il tarixli aktın saxta olması qənaətinə gəlməklə Cavabdeh MMC ilə X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli maliyyə arayışınıda etibarsız hesab edilməsinə dair qətnamə qəbul etmişdir. Cavabdeh MMC ilə X12 arasında həmin mənzilin satılmasına dair qarşılıqlı münasibətə uyğun qiymətləndirməmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, Cavabdeh MMC ilə X12 ilə xx.xx.2014-cü il tarixdən-xx.xx.2017-ci il tarixədək müqavilə bağlanması anından müqavilə məbləğinin 27.200 manat məbləğini ödəmiş, müqavilə məbləğinin qalan hissəsini isə xx.xx.2024-cü ildə ödəməklə ödənilə məbləğ müqavilə üzrə 64.565 manat təşkil etmiş, bununla da məbləği tam olaraq ödəməklə müqavilədən irəli gələn öhdəliyini tam olaraq yerinə yetirmişdir. Məhkəmənin tərəflər arasında müqavilənin etibarsız sayılması və müqavilə məbləğlərinin C.Məcnunov tərəfindən ödənilməsinə dair gəldiyi nəticə qeyd oilunanlar baxımından etibarsız hesab edilə bilməzdi. Göründüyü kimi, C.Məcnunov tərəfindən müqavilə üzrə öhdəliklər alqı-satqı müqaviləsinin bağlandığı tarixdən 2014-cü ilin may ayından etibarən ödənilməyə başlanmış, qalan məbləğ hissəsini isə Cavabdeh MMC-nin buna etirazı olmadığı halda xx.xx.2024-cü ildə tam ödəməklə mənzilə sahiblik və istifadə hüquqlarını əldə etmişdir. Məhkəmənin hansl əsasla, C.Məcnunov ilə bağlanmış müqaviləni və ödənişlərin onun tərəfindən ödənilməsini və verilmiş maliyyə arayışını etibarsız hesab etməsinə dair qənaətinin əsasları məlum deyildir. Məhkəmə nəzərə almamışdır ki, ilkin müqavilənin tarixi İddiaçı ilə bağlanmış müqavilənin tarixi ilə eynilik təşkil etsə də, müqavilə üzrə öhdəliklər C.Məcnunov tərəfindən ilkin olaraq icra edilməyə başlanlmış, mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən təhvil-təslim aktı ilə ona təhvil verilmiş və sahiblik hüquqları C.Məcnunov tərəfindən icra olunmuşdur.

22. İddiaçılunun iddai tələbinə münasibətdə isə Məhkəmə onun iddiasını təmin etməklə bağlanmış alqı-satqı müqaviləsini və verilmiş Maliyyə arayışında saxtakarlığı nümayiş etdirən faktlara hüquqi qiymət verməmiş, həmin faktların üstündən keçmiş, onunla bağlanmış müqavilə və maliyyə arayışının etibarlı olması qənaətinə gəlmişdir. Belə ki, İddiaçı təfəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli Abşeron rayonu, Xırdalan şəhəri, məh 25 A, 15 saylı mənzilin “alqı-satqı” müqaviləsindən görünür ki, ümumi dəyəri 71.022 manat olan həmin mənzilin 55.400 manatı dərhal ödənilmiş, qalan hissəsi kimi 15.622 manat hissəsi isə alıcı tərəfindən ilk ödəmədən 30 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin mənzilin satış qiymətini təşkil edən məbləğin müqavilə bağlanan gün 55.400 manat hissəsinin ödənilməsinə dair mədaxil qəbzləri sənədlərə əlavə olunmamış, eyni zamanda satış məbləğinin qalan 15.622 manat hissəsinin müqavilə tarixindən keçən 30 gün müddətində, həmin tarixdən keçən 8 il 7 ay müddətində ödənilməsini təsdiq edə bilən hər hansı sübut əhəmiyyəti təşkil edə bilən sənədlər təqdim olunmamışdır.

23. Konstitutsiya. Məhkəməsi öz qərarında göstərmişdir ki, ”Kooperativ üzvlərinin pay haqqını tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasındakı yaranmış münasibətlər öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti isə odur ki, kooperativ. üzvü yaşayış və qeyri-yaşayış sahəsinə pay haqqının ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır”. Həmin mənzilə dair xx.xx.2021-ci il tarixli “maliyyə arayışından” dan da görünür ki , iddiyaçı “mənzilin ona satılması” müqabilində həmin mənzilin dəyəri kimi 71022 manat məbləği müqavilədə göstərilən xx.xx.2014-cü il tarixdən ödəməli oldugi halda müqavilə öhdəliklərini pozmaqla həmin məbləgləri ödəməmişdir. Eyni zamanda görünür ki, “Maliyyə arayışı” müqavilənin tarixindən ötən 7 il 8 aydan sonra — xx.xx.2021-ci ildə tərtib olunmuşdur. Müqavilə üzrə öhdəliyin həmin müqavilə şərtləri daxilində ödənilməməsi (“hətta hesab olunsa belə ki, məbləg 7 il 8 ay ərzində ödənilmişdir) mübahisənin bu hissəsi də mənzilin ona “təhvil verilməsinə” əsaslı sayıla bilməz.

24. Eyni zamanda,“Məbləgin tam ödənilməsinə” və “borcun olmamasına” dair xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin sənəd MMC-nin direktoru X15 oglu tərəfindən “imza” edilmişdir. Lakin təqdim etdikləri təsdiqedici sənəd kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/21 saylı qanuni qüvvəsinində olan qətnaməsindən görünür ki, X15 oglunun həmin xx.xx.2021- ci il tarixdən müəssisənin “direktoru” kimi səllahiyyətlərinə xitam verilmişdir.

25. Qanuni tələblərə görə Sahibkarlıq fəaliyyəti nəticəsində muqavilələr baglanılarkən sahibkarın daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisidir. Kommersiya təmsilçisi isə yazılı formada baglanmış və təmsilçinin səllahiyyətlərinin göstərildiyi muqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında fəaliyyət göstərir. Mülki Məcəllənin 358.1-ci maddəsi muəyyən edir ki, səlahiyyətsiz şəxsin əşyaya və huquqa dair sərəncam verməsi, əgər səllahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılıgı) ilə həyata kecirilərsə etibarlı sayıla bilər. Həmin məcəllənin 362.5-ci maddəsinə görə, huquqi şəxsin adından etibarnamə onun rəhbərinin və ya nizamnamə uzrə buna vəkil edilmiş şəxsin imzası ilə, həmin təşkilatın möhuru vurulmaqla verilir. xx.xx.2021-ci il tarixdə - müqavilənin tərtib olunma tarixindən 7 il 8 ay sonra “səllahiyyətli direktor” kimi C.Məmmədovun mənzilin dəyər pulunu İddiaçı “qəbul” etməsi və “Maliyyə arayışına” imza etməklə İddiaçı müəssisəyə “borcunun olmaması”nı təsdiq etməsinə dair iddiaçı tərəfindən təqdim olunmuş sənəd onun saxtakarlıqla əldə olunmasını və həmin sənədin etibarsızlıgını bilavasitə təsdiq edir.

26. Qanunvericiliyin tələblərindən müəyyən edildiyi kimi hüquqi şəxsin formalarından biri olan məhdud məsuliyyətli cəmiyyətin ali idarəetmə orqanı ümumi yığıncağı olduğu, lakin təsisçi yeganə şəxs olduqda isə təkbaşına təsisçi olan şəxs ümumi yığıncağın səlahiyyətlərini icra etmək hüququna malikdir. Hazırki mübahisəli halda Cavabdeh MMCnin 100 % payla təsisçisi olan X13 təkbaşına təsisçi kimi X3 şəxsin razılığı olmadan cəmiyyətin təmsilçisi təyin edilməsinə dair qərar qəbul etmiş və bunun əsasında cəmiyyətin hazırki qanuni təmsilçisi qismində şəxs qeydiyyata alınmışdır. X2 həmin cəmiyyətdə usta vəzifəsində işləməsinə baxmayaraq şəxsin özünün də xəbəri olmadan onun hansı əsaslarla MMC-nə məhz qanuni təmsilçi təyin edilməsinə dair sübutlar müəyyən edilməmişdir. Belə ki, sonradan həmin vəzifənin icraçısı olduğundan xəbər tutan iddiaçı özü də onun təyin edildiyi direktor vəzifəsindən azad edilməsinə dair təsisçiyə müraciət etməsinə baxmayaraq iddiaçıya bununla bağlı qanuna müvafiq qaydada cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, X2 Cavabdeh MMC-də əmək müqaviləsi əsasında icra etdiyi iş usta funksiyasının icrasından ibarətdir və onun üzərinə iradəsi ziddinə qanuni təmsilçi direktor kimi məsul funksiyanın da həvalə edilməsi tamamilə qanunaziddir. Eyni zamanda, mübahisə olunan mənzilin iddiyaçıya təhvil verlməsi barədə iddia təmin oluna bilməz o əsasla ki, həmin mənzil boş deyildir. Həmin mənzil Cavabdeh MMC tərəfindən X24 ogluna onunla baglanmış 15. May 2014-cü il tarixli müqavilə ilə təhvil verilmiş və halhazırda da həmin şəxsin sahibliyi və istifadəsindədir. X22 oglu ilə həmin mənzilə dai müqavilə İddiaçı oglu ilə bağlanılmış müqavilədən 6 il əvvəl tərtib olunmuşdur. Təqdim etdiyi 151141 seriyalı, 05 sentyabr 2024-cü il tarixli Kassa mədaxil orderindən də göründüyü kimi, mənzilin dəyəri kimi 64565 manat məbləg onun tərəfindən MMC-yə ödənilmişdir.

27. “Müqavilə” öhdəliklərinin icra olunmaması, “məbləğin” ödənilməsinə dair “maliyyə arayışı”nın saxtalığı və onun buna səlahiyyəti olmayan şəxs tərəfindən imza olunması, Cavabdeh tərəfindən mənzilin MM-nin 452.1-ci maddəsinin tələblərinə uygun ilkin müqavilə baglamış və müqavilə üzrə hesablanmış məbləgləri ödəmiş şəxsə təhvil verilməsi iddiaçının həmin mənzilin ona təhvil verilməsi barədə iddiasının əsassız hesab edir. Eyni zamanda iddiaçı ilə ”Müqavilə”nin baglanılıb tərtib olunması heç də həmin mənzilə dair iddiaçının “hüquq”larının tanınmasına əsas verə bilməzdi,o səbəblə ki, “müqavilə” həmin əşyaya hüququn yaranması kimi yox, yarana bilməsi əsası kimi çıxış edir, mənzilə hüquqların tanınması isə yalnız həmin müqavilədən irəli gələn “öhdəliklərin icra” olunması hissəsində öz təsdiqini tapır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

30. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

31. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

36. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1590/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

53. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişi, 4-cü yaşayış mərtəbəsində 21 saylı mənzilə dair xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdir. Həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam olaraq İddiaçı tərəfindən icra edilməsinə baxmayaraq (xx.xx.2021-ci il tarixli maliyyə arayış ilə öz təsdiqini tapmışdır), mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdir.

56. Digər tərəfdən, işin hallarından görünür ki, mübahisəli 21 nömrəli mənzilə dair "xxxx" MMC ilə üçüncü şəxs X10 arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmış, lakin həmin müqavilə "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmamışdır.

57. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlillərində X10 ilə bağlanmış müqavilənin etibarsız olmamasına, müqavilə üzrə öhdəliklərin C.Məcnunov tərəfindən ilkin olaraq icra edilməsinə, mübahisə olunan mənzilin Cavabdeh MMC tərəfindən X24 ogluna onunla baglanmış xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən təhvil verilməsinə və halhazırda da həmin şəxsin sahibliyi və istifadəsində olmasına, İddiaçı adına olan alqı-satqı müqaviləsinin, maliyyə arayışın saxta olmasına və müqavilənin tarixindən ötən 7 il 8 aydan sonra - xx.xx.2021-ci ildə tərtib olunmasına, maliyyə arayışının verilməsinə MMC-nin direktoru olmuş X15 oglu tərəfindən səlahiyyətinin olmamasına istinad etmişdir.

58. Birinci instansiya və apellyasiya icraatı zamanı həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli müqavilə nəinki "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmamışdır, həmçinin üçüncü şəxsin izahatından aydın olmuşdur ki, mübahisəli mənzilin alıcısı əslində X4 bacanağı Səlimоv Hаbil Аrаz oğlu olmuş, həmin mənzilə görə faktiki ödənişləri Səlimоv Hаbil Аrаz oğlu etmişdir.

59. Məhkəmə kollegiyası əvvəla hesab edir ki, xx.xx.2014-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

60. Belə ki, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

61. Qeyd olunan Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

62. Əvvəla kollegiya mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləni tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyinəzərindən şübhə altına alır və hesab edir ki, həmin müqavilə subyekt tərkibinə görə, forma, məzmununa görə qanunvericiliyin tələblərinə cavab vermədiyindən, X10 mübahisəli mənzillə bağlı hər hansı hüquq əldə etməmişdir.

63. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, apellyator tərəfindən İddiaçı adına olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, maliyyə arayışın saxta olmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, həmin müqavilə etibarsız əqd hesab oluna bilməz.

64. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.

65. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;

2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

66. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

67. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.

68. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

69. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

70. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1590/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1590/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar