Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-906/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdə qeydiyyatın ləğv olunması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ()“alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(059)-10/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X7 arasında Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış 06 oktyabr 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli çıxarışında göstərilən, ehtiyat fondu torpaqları kateqoriyasından olan 0,7821 ha torpaq sahəsi üzərində dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinin maraqlı şəxs kimi qeyd edildiyini göstərib, cavabdeh tərəfin İddiaçı qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. İlk iddia, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, H.Əliyev prospekti, 104 ünvanında yerləşən 0,78 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat, **********39 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Lakin, sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılarkən həmin torpaq sahəsinin bir hissəsinin digər şəxs, yəni Cavabdeh tərəfindən istifadə edilməsi və bu səbəbdən də ölçmə işlərinin aparılmasının mümkün olmaması məlum olmuşdur. Çünki, mülkiyyətində olan torpaq sahəsi çıxarışa əsasən 0.7821 ha olsa da, torpaq sahəsi faktiki olaraq 0.7539 ha təşkil edir. Belə ki, ona məxsus 0.7821 ha torpaq sahəsinin 0.0282 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək, sonuncu tərəfindən həmin ərazidə mağaza tikilmişdir. Bu səbəbdən də, mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi və ondan qanunsuz olaraq istifadə etməsi mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmaqla, mənafelərinə toxunur. Cavabdeh qanunsuz hərəkətlərinin dayandırılması, ona məxsus olan torpaq sahəsinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, qarşı tərəf onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən çıxmır və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Odur ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
6. Qarşılıqlı iddia, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ilk İddiaçı onun qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin əsası kimi 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli çıxarışını məhkəməyə təqdim etmişdir. Lakin, ilk iddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına verdiyi ərizəyə qanunun tələbinə əsasən, torpaq sahəsinin müvafiq dövlət orqanları ilə razılaşdırılmış planı və ölçüsünü (texniki pasportunu) əlavə etməmişdir. Belə ki, ilk iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində sonuncunun hüquqlarının dövlət qeydiyyatı qanunu pozmaqla aparılmışdır. İstər bundan əvvəl, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan və 14 sentyabr 2022-ci il tarixdə 2-1(118)-60/22 saylı qərar qəbul edilməsi ilə, istərsə də Şabran Rayon Məhkəməsinin icraatında olmuş və 26 dekabr 2022-ci il tarixdə, e-2(031)-1007/2022 saylı qətnamə qəbul edilməsi ilə yekunlaşmış məhkəmə proseslərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəf kimi iştirak etmişdir. Cavabdeh iddiaçı olduğu qeyd olunan məhkəmə baxışlarında sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi dəfələrlə məhkəməyə yanlış məlumatlar vermiş, sonda mübahisəli torpaq sahəsində kadastr qeydiyyatlarının düzgün aparılmadığını etiraf etmək məcburiyyətində qalmış və buna görə də iddia ərizələri yekun qərarlarla təmin edilmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, 2020-ci ilin dekabr ayından Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-60/2022 saylı inzibati mübahisələrə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmənin 14 sentyabr 2022-ci il tarixli qərarından 10 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Dəfələrlə məhkəməni qəsdən yanlış istiqamətə yönəltməyə çalışan cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi, məhkəmə mübahisəsinin bilavasitə öz təşəbbüsü ilə davam etməsinə baxmayaraq, daha sonra, mübahisəli torpaq sahəsinə biləbilə etibarsız sənədlər əsasında 31 oktyabr 2022-ci il tarixdə İddiaçı daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata almaqla çıxarış vermişdir. Belə olduğu halda, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatının aparılması qaydasının pozulması müəyyən olunur. Bununla da, məhkəmə araşdırmalarında qəsdən yersiz süründürməçiliyə şərait yaradan, həmçinin qanuni və əsaslı qərarların qəbul edilməsinə maneçilik törədən 2-1(118)-60/2022 saylı inzibati mübahisələrə dair iş üzrə cavabdeh, e- 2(031)-1007/2022 nömrəli iş üzrə maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinin cinayətkar niyyəti ortaya çıxmışdır. Odur ki, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. İlk və qarşılıqlı idia ərizələrərinə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 09 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində **********39 nömrə ilə qeydiyyata alınmışdır.
9. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən 06 oktyabr 2022-ci il tarixdə, reyestrdə 4Ə-1198 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 mülkiyyətindəki Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini İddiaçı 199 000 manata satmışdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********39 nömrə ilə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8269/2024 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/5714 nömrəli rəyindən görünür ki, sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat, **********39 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0,7821 ha torpaq sahəsinin koordinatları təsbit edilməklə naturada faktiki yerləşməsi müəyyən edilmişdir. Keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv. metr torpaq sahəsinə dair məhkəmə tərəfindən hüquq müəyyənedici sənədlər, sxemlər və ya xəritələr təqdim edilmədiyindən verilmiş sualı cavablandırmaq mümkün olmamışdır. 31 oktyabr 2022-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Şabran şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda göstərilən çıxarışa əsasən İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissəsi istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir.
13. Maliyyə və digər sənədlərdən görünür ki, İddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumuna görə 100 manat vəsait sərf etməklə yanaşı, mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına 95 manat vəsait ödəmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 100 manat dövlət rüsumu ödəmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022ci il tarixli, 2-1(105)-691/2022 nömrəli qərardadı ilə, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması” tələbinə dair inzibati işin icraatı, iddiaçı Cavabdehlər X4 və X9 qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair mübahisə (2(105)-502/2024 mülki iş) üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, həmçinin, sonuncu qeyd edilən işin icraatı isə həmin Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü tarixli, 2(105)- 502/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin icraatında olan hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
15. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 iyul 2025-ci il tarixli Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qanunsuz hərəkətəlri barədə Xaçmaz rayon Prokurorluğuna müraciəti əsasında toplanmış 84c-25 saylı material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(059)-10/2025 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) ilk iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 4 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinin zəbt edilmiş 0,0282 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılmaqla, torpaq sahəsinin bu hissəsinin üzərindəki 282 kv.metr qeyri-yaşayış tikilisi sonuncunun hesabına sökülməklə, boşaldılması, ilk iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məhkəmə xərcinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş cəmi 95 (doxsan beş manat) məhkəmə xərcinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 180.1, 180.2, 324-cü maddəsinin İ - İV hissələri, 239.2, 324.5 , 404.1, 389.2, 405-ci maddəsinin İ və İİ hissəsi, 406.1, 140, 146-cı maddəsinin İ və İİ hissələri, 5.3, 567 və 568-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66-cı maddəsinin 2-ci bəndi, 67-ci maddəsinin 3-cü bəndi, 68 və 111-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 4.1, 107, 115.0.1, 119.1, 119.4, 124.2, 216-220, 227, 233.1, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
18. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(059)-10/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnaməsinin tam ləğv edilərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələblərinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh, Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan qeydə alınmış, digər şəxsin (şəxslərin) hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının ləğv olunması və DƏDKR PHŞ-nin (daha əvvəl ƏMDX-i DƏDRX adlanırdı) 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə ərizəsinin və ona əlavə olunan sənədlərin icraata götürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair müvafiq ərizədən sonra Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)60/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Şabran şəhəri H.Əliyev prospekti, 104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsinin faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh ayrılmış 70 m2 torpaq sahəsinin koordinatları arasında olan uyğunsuzluğun aradan qaldırılması və 70 m2 torpaq sahəsiin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun Cavabdeh adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 60/2022 nömrəli qərarından cavabdeh ƏMDX-i DƏDKR-i PHŞ-in saylı Xaçmaz Ərazi İdarəsi müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi İdarənin səlahiyyətinə aid deyildir. Həmin vaxt Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-57/2023 saylı inzibati mübahisələrə dair iş üzrə təyin edilmiş İnzibati Kollegiyasının icraatında olan, hazırda 21(105)-2/2025 saylı inzibati mübahisələrə dair işə baxılması başlanılmadan dayandırılmışdır. Bundan sonra iddiaçı Cavabdehlər X11 və X4 qarşı Şabran Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatların ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsini üçüncü şəxs kimi mülki işə cəlb etmişdir. Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdehlər X4 və qeyrilərinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv olunmasına dair” iddiası təmin edilmiş, Cavabdeh şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli X8 və həmin əmlakın Şabran rayon Dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4G283 reyestr nömrəli alqı-satq müqaviləsinə əsasən özgəninkiləşdirilərək X2 adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatlarının ləğv olunması qət edilmişdir. Şabran Rayon Məhkəməsinin e- 2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən ƏMDX-i və X5 nümayəndəsi apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan, 2(105)-39/2025 saylı mülki işin icraatı da dayandırılmışdır. Buna səbəb İddiaçı, Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələblərinə dair” iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etməsi olmuşdur. İddiaçı, öz tələbinin əsası kimi məhkəməyə xx.xx.2022-ci il tarixində qeyri-qanuni yolla əldə etdiyi ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli mülkiyyət hüquqlarından çıxarış təqdim etmişdir. Mülkiyyət sənədlərində qeydiyyat orqanı tərəfindən texniki parametrlər işlənilmədiyinə görə mübahisəli əmlakın Texniki Pasportu hazırlanmamışdır. Müəyyən olunmuşdur ki, İddiaçı, 2-1(105)-57/2023 saylı inzibati mübahisələrə dair işdə cavabdeh, 2(105)-39/2025 saylı mülki işdə üçüncü şəxs kimi məhkəmə təhqiqatında iştirak etdiyi halda qeydiyyat orqanı DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Çıxarışla təmin olunmuşdur. İddiaçı iddia ərizəsi Şabran Rayon Məhkəməsinin icraatında olarkən, iddiaçı məhkəmə baxışına qəsdən maneçilik törətmək, eləcə də qeyri-qanuni yolla əldə etdiyi mülkiyyət sənədlərindən diqqəti yayındırmaq məqsədilə yuxarı dövlət hakimiyyəti orqanlarına şikayətlər göndərmiş və Şabran Rayon Məhkəməsində işə baxan hakim Çingiz İsgəndərov da obyektivlik naminə özü-özünə etiraz etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1385/2023 saylı məktubu ilə Siyəzən Rayon Məhkəməsinin icraatına daxil olmuş İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri üzrə sair mübahisələr tələbinə dair 2(059)-10/2025 saylı mülki işdə eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinə bir icraatda baxılmışdır. Siyəzən Rayon Məhkəməsinin 2(059)-10/2025 saylı 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 4 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinin zəbt edilmiş 0,0282 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılmaqla, torpaq sahəsinin bu hissəsinin üzərindəki 282 kv.metr qeyri-yaşayış tikilisi sonuncunun hesabına sökülməklə boşaldılması, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Maddi və prosessual hüquq normalarının aşağıda göstərilən pozuntularına, eləcə də Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(059)-10/2025 saylı qətnaməsi mülki məhkəmə icraatı haqqında qanunvericiliyə, mülki məhkəmə icraatının vəzifələrinə və iş üzrə məhkəmə baxışının prinsiplərinə uyğun qəbul edilmədiyinə görə tam ləğv edilməli, ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməli olduğunu qanuni və əsaslı hesab edir. İddiaçı Şabran şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili üzərində əmlak hüquqları məhkəmə mübahisəsi getdiyi vaxtda, xx.xx.2022ci il tarixində (qeydiyyat №**********, reyestr № **********39) rəsmiləşdirilmişdir. İddiaçı hüquqlarının dövlət qeydiyyatı aparıldığı gündən Cavabdeh hər hansı bir tikinti işləri aparmamışdır. Cavabdeh dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını özəlləşdirilmiş dövlət əmlakının əvvəlki sahibləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (Şabran RİH-i və ya Əmlak Məsələləri Dövlət Xitməti), X11 və ya X7 hər hansı formada mübahisələndirməmişlər. İddiaçı əmlak üzərində hüquqlarının qanunsuz qeydiyyatı yalnız süründürməçilik yaratmaq məqsədilə aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2006-cı il tarixli 1635 nömrəli Sərəncamında Dəvəçi (hazırda Şabran) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının adı yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tamamilə qeyri qanuni özəlləşdirmə əməliyyatı həyata keçirilərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şabran RİH-nin məlumatı olmadan, Dəvəçi (hazırda Şabran) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayı Gürcüstan Respublikasının vətəndaşının adına özgəninkiləşdirilmişdir. Bunu 2020-ci ildən davam edən həm inzibati, həm də mülki məhkəmə araşdırmalarına dəfələrlə vəsatət verilməsinə baxmayaraq, qeydiyyat orqanının ilkin torpaq ayırma və təhkim aktının, emissiya prospektinin, yarımçıq tikilinin və torpaq sahəsinin texniki pasportunun məhkəməyə təqdim etməməsi də təsdiq edir. Ölkə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər torpaq mülkiyyətçisi ola bilmədikləri üçün sonradan həmin dövlət mülkiyyətini yenə qeyri-qanuni olaraq X3 adına rəsmiləşdirilmişdir. ƏMDX-i və DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəflər kimi (cavabdeh və üçüncü şəxs) prosesə cəlb edilmişdir. Qeydiyyat orqanı xx.xx.2022-ci il tarixində İddiaçı, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın**********39 reyestr nömrə ilə qanunsuz olaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 9.1.3 və 14.5-ci maddələrinin tələblərini qəsdən pozmaqla əmlak üzərində hüquqların dövlət qeydiyyatı aparılmışdır. Qeydiyyat orqanı öz korrupsiya əməllərini gizlətmək məqsədilə qeyri qanuni özəlləşdirilmiş dövlət əmlakını addan ada keçirməklə məhkəmələrdə işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməyə davam edir. Cavabdeh şəxsi mülkiyyəti kimi əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı aparılmış kommersiya binası Şabran Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları əsasında ayrılmış torpaq sahəsində inşa edilmiş və istismara qəbul edilməsi barədə akt tərtib olunmuş, daha sonra isə Şabran (keçmiş Dəvəçi) rayon bələdiyyəsinin müvafiq dövlət orqanları ilə razılaşdırılmış qərarı ilə 70 m2 əlavə torpaq sahəsi ayrılmışdır. Sənədlərdə Dəvəçi rayonunun təsdiqlənmiş xəritəsindən (Baş Planından) çıxarışda bu aydın əks olunub. Baş Planda İddiaçı Şabran şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili həmin torpaq sahəsi ilə üst üstə düşmür. İnzibati məhkəmə araşdırmasında belə bir natamamlığın qəsdən qeydiyyat orqanı tərəfindən yaradıldığı müəyyən olunmuşdur. Siyəzən Rayon Məhkəməsi Cavabdeh ilə dövlət hakimiyyəti orqanları və bələdiyyə arasında yaranmış hüquq münasibətlərindən sonra qeydiyyatı aparılmış əmlak hüquqlarını tanımayaraq, mülkiyyətçinin hesabına qeyri yaşayış binasının sökülməsi barədə qətnamə qəbul etməyə səlahiyyətli olmamışdır. Beləliklə, Siyəzən Rayon Məhkəməsində mülki məhkəmə icraatı haqqında qanunvericiliyin tələblərindən kənara çıxmaqla tamamilə qanunsuz qətnamə qəbul edilmişdir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR PHŞ-i dəfələrlə məhkəməyə məktub göndərərək, mübahisəli torpaq sahəsinin texniki göstəriciləri (koordinatları) qeyd olunan Texniki Pasportun olmaması səbəbindən ekspertiza qarşısında qoyulan suallara cavab verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Buna baxmayaraq, 2(059)-10/2025 saylı mülki iş üzrə təkrar-təkrar qeydiyyat idarəsindən mübahisəli torpaq sahəsinin Texniki Pasport və ya hər hansı bir texniki sənədin tərtib olunması israrla tələb edilmişdir. Siyəzən Rayon Məhkəməsi mülki məhkəmə icraatı haqqında qanunvericiliyin tələblərinə uyğun qətnamə qəbul etməmiş, onun qanunla qorunan və istifadəsində olan əmlak üzərində hüquqlarını tanımamışdır. Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş 2(059)-10/2025 saylı mülki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh qeydiyyata alınmış əmlak hüquqlarına dövlət təminat verir. Siyəzən Rayon Məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbləri irəli sürən Cavabdeh, iddiaçının qanunla təminat verilən əmlak hüquqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş məhkəmə müdafiəsindən istifadə etmək hüququ tanınmamış, yersiz süründürməçiliyə yol verilmişdir. Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş 2(059)-10/2025 saylı mülki işdə qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı adına xx.xx.2022-ci il tarixində əmlak üzərində hüquqlarının qeyriqanuni qeydiyyatı aparılaraq Çıxarış (qeydiyyat №**********, reyestr № **********39) verilmişdir. Siyəzən Rayon Məhkəməsi 2(059)-10/2025 saylı mülki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinet vasitəsilə təqdim etdiyi hüquqmüəyyənedici sənədlər ekspertizaya təqdim edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/5714 №li Ekspert rəyinin 2-ci sual üzrə tədqiqatın nəticə hissəsində göstərilir: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mühəndisi M.Kərimovun mütəxəssis rəyində qeyd edilir ki, Keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsinə dair məhkəmə təfəindən hüquqmüəyyənedici sənədlər, sxemlər və ya xəritələr təqdim edilmədiyindən verilmiş sualı cavablandırmaq mümkün olmamışdır”. Halbuki, Cavabdeh tərəfindən tələb olunan bütün hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim olunmuş, əksinə ekspertin qeyd etdiyi sənədlər məhz İddiaçı tərəfindən tədqiqata və ya məhkəməyə təqdim edilməmişdir. Əgər hüquqmüəyyənedici sənədlər olmamışdırsa, deməli mütəxəssis (və ya ekspert) müqayisəli tədqiqat aparmadan, məhkəməyə yalan rəy təqdim ertmişdir ki, buna görə də cinayət qanunvericiliyində məsuliyyət nəzərdə tutulmuşdur. Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş 2(059)-10/2025 saylı mülki işin istər məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istərsə də məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı öz etirazının əsası kimi hər hansı bir sübut təqdim edə bilməmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz özəlləşdirilmiş Dəvəçi (hazırda Şabran) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının həm birinci mülkiyyətçisi X8, həm sonrakı mülkiyyətçi X2, həm də sonuncu mülkiyyətçi hesab olunan İddiaçı obyektin texniki göstəricilərini əks etdirən Texniki Pasportu olmamışdır. Çünki, özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektin, yəni Dəvəçi (hazırda Şabran) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının perspektivsizlik göstəriciləri müəyyən olunmamışdır. İlkin İddiaçı öz iddia tələblərini əsaslandırmaq üçün məhkəməyə təkcə daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışını təqdim etmişdir. Məlum olur ki, İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına verdiyi ərizəyə qanunun tələbinə əsasən torpaq sahəsinin müvafiq dövlət orqanları ilə razılaşdırılmış planı və ölçüsünü də (Texniki Pasportunu) əlavə etməmişdir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu, maddə 10.2.2). Çıxarışın qeydiyyat tarixi sənəddə xx.xx.2022-ci il göstərilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1007/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi, eləcə də məhkəmələrdə davam edən digər işlərə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmək məqəsdilə formal tərtib edilmiş “Çıxarış”, bu tarixdə qeyri qanuni yolla əldə edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
22. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
24. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
25. İş üzrə üçüncü şəxslər X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini, keçmiş mülkiyyətçisi X7 06 oktyabr 2022-ci il tarixdə İddiaçı 199 000 manata satmış və qeyd edilən torpaq sahəsi üzərində sonuncunun tam mülkiyyət hüququ 31 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, bu torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşməklə, İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissədə istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur.
34. İlk iddia üzrə iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edildiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
35. Eyni zamanda ilk iddia üzrə cavabdeh iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsinə bilə-bilə etibarsız sənədlər əsasında hüquqlarını qeydə alındığını əsas gətirərək iddiaçının mülkiyyət hüquqlarının mübahisələndirilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə çıxış etmişdir.
36. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
37. Məhkəmə gəldi nəticə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini, keçmiş mülkiyyətçisi X7 06 oktyabr 2022-ci il tarixdə İddiaçı 199 000 manata satmış və qeyd edilən torpaq sahəsi üzərində sonuncunun tam mülkiyyət hüququ 31 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, bu torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşməklə, İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissədə istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur. Bununla da, ilk iddia üzrə İddiaçı mülkiyyətindən maneəsiz istifadə hüququ pozulmuşdur.
38. Eyni zamanda, qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi X7 ilə hazırkı mülkiyyətçi İddiaçı daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, sözügedən müqaviləyə əsasən satıcı Füzuli Səfərov mülkiyyətində olan Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini alıcı İddiaçı satmağı, sonuncu isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş 199 000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və öz öhdəliyini notarial qaydada lazımınca icra etmiş və bu zaman hər hansı bir tərəfin, o cümlədən üçüncü şəxslərin hüquqları pozulmamışdır. Belə ki, tərəflər qeyd edilən müqaviləni imzalayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır.
39. Məhkəmə hesab etmişdir ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsinin 06 oktyabr 2022-ci il tarixdə alqısatqısına dair müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə üzrə tərəflərin hər biri öz öhdəliyini lazımınca icra etmişlər. Bununla da, göstərilən müqavilənin etibarsızlığı üçün əsas müəyyən edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən bu müqavilə tərəflər arasında könüllü surətdə bağlanmaqla, bütün məqamlar şərtləndirilmiş, həmçinin notarial qaydada təsdiqlənərək, həmin vaxt bağlanmış müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmamış, o cümlədən müqaviləyə bu və ya digər formada etiraz edilməmişdir. Bundan əlavə, müqavilə bağlanarkən tərəflərdən biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, ilk iddiaçı tərəf qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olmuş, tərəflərin sərbəst iradələrini tam əks etdirmişdir. Məhz bütün bu qeyd olunanlar 06 oktyabr 2022-ci il tarixli müqavilənin etirbarsızlığı üçün heç bir əsasın olmamasına dəlalət edir.
40. Məhkəmə qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
42. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
44. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri heç bir sübuta söykənmir. Bu baxımdan şikayətin dəlilləri əsassızdır.
45. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri). Bu baxımdan qeyd olunmalıdır ki, araşdırılan ilk iddia tələbində irəli sürülən mübahisəli halların araşdırılması xüsusi bilik tələb etməklə məhz ekspertizanın səlahiyyətinə aid məsələdir.
46. Birini instansiya məhkəməsindəki araşdırma zamanı keçirilmiş eksrtiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Şabran şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissəsi istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur.
47. Kollegiyanın qənatincə rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, ilkin iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
48. Kollegiya həmçinin vurğulayır ki, ekspert rəyindən görünür ki, Keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv. metr torpaq sahəsinə dair sxem və ya xəritələr təqdim edilməmşdir.
49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin obyekti qismində torpaq sahəsi və onun üzərində hüquqlar, fiziki şəxslər olan tərəflər arasında torpağa sahiblik, torpaqdan istifadə ilə bağlı münasibətlər çıxış edir.
50. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir.
51. İşin halları ilə müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh tərəfindən torpaq sahəsinə aid texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
52. Məhkəmə kollegiyası eləcə də apellyasiya şikayətinin dəlilləri üzrə qarşılıqlı iddia tələbinə dair qiymətləndirərəq apararaq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:
53. Mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.
54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
55. Kollegiya hesab edir ki, sözügedən alqı-satqı müqaviləsinin bağlanarkən Azərbaycan Respublikası MM-nin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması sübuta yetirilməmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Odur ki, kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaya düzgün hüquqi qiymət verilmişdir.
57. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(059)-10/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.