Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-933/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızının, X3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, X9 və X10 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X15 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı, eyni zamanda iş üzrə digər iddiaçıların nümayəndəsi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər X6 və Cavabdeh1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin paylara uyğun Cavabdeh1 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, X9 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, X10 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə və Cavabdeh4 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilər arasında hərrac keçirərək, pulunun mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi, satın almaqda üstünlük hüququndan istifadə etməklə istəyən mülkiyyətçi digər mülkiyyətçilərin pulunu hərrac vasitəsilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən mülkiyyət hüququ əsasında fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X7, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X9, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X10 və fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 məxsusdur. İş üzrə Cavabdeh1 mərhum qardaşı X4 həyat yoldaşıdır. X2 xəstə olduğu üçün onunla bir ailədə yaşamaq istəmədiklərindən X22 2008-ci ildə həyat yoldaşı Cavabdeh1 və uşaqları-Nəzrin, Nərmin və Cavabdeh4lar ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişdir. X22 04 iyun 2016-cı il tarixdə vəfat etmiş, onun ölümündən sonra xəbərləri olmuşdur ki, 2008-ci ildə Cavabdeh1 onlara məxsus pay torpaq sahələrini onların razılığı və xəbəri olmadan satmışdır. Daha sonra analarının xəstəliyindən istifadə edərək saxta vəsiyyətnamə alıb onların yaşayış evini oğlu Cahangirin adına rəsmiləşdirmiş və həmin vaxtdan da Xuraman Quba rayonu İ Nügədi kəndinə qayıtmamış, yaşayış evi ilə heç bir əlaqəsi olmamış, 2008-ci ildən hal-hazıradək Bakı şəhərində yaşayır. Cavabdehin aldığı saxta vəsiyyətnamə Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında ləğv olunmuşdur. 09 mart 2011-ci il tarixdə yaşadığları evin 2-ci mərtəbəsi elektrik naqillərinin qısaqapanma nəticəsində alışaraq təmamilə yanmış, evi onlar (iddiaçılar) öz vəsaitləri hesabına təmir etdirmişdilər. Hətta cavabdeh yaşayış evi yanarkən belə hadisədən xəbəri olmuş, əmlaklarının yerləşdiyi yaşayış otağının vəziyyəti ilə maraqlanmamış, evin bərpasında iştirak etməmişdir. Cavabdeh onlara öz evlərində rahat yaşamağa imkan vermir. Onları təhqir edir, şər-böhtan atır, iş yerlərinə gələrək söyüşlərlə ləyaqətlərini alçaldır. Bundan başqa Xuraman polis şöbəsinə şikayət edərək bildirmişdir ki, güya onu evə buraxmırlar və ona məxsus əşyaları oğurlayıb satırlar. Halbuki, yaşayış evi yandığı zaman cavabdehin onların evdə olan əşyalarını polisə göstərmişdir. Evlərinin ikinci mərtəbəsi yanarkən cavabdehin əmlakları müvəqqəti olaraq evin birinci mərtəbəsinə düşürülmüşdür. Cavabdeh1 onlarla bir evdə yaşamasa da onları evlərindən çıxarmaq üçün hədə qorxu gəlir, mübahisələr yaradır. Bildirirlər ki, yaşayış evi iki otaqdan ibarətdir. Həmin evdə İddiaçı1 və Könül Nadirov yaşayır. Xuraman və digər cavabdehlər olan uşaqları ilə birlikdə tezliklə qayıdıb evdə yaşayacağlarını bildirirlər. Ev olduqca darısqaldır. Xuraman və üç uşağı ilə birlikdə bir evdə yaşamağı qeyri-mümkündür. Ona görə də yaşayış evinin və həyətyanı torpaq sahəsinin Çıxarışda göstərilən paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. 17 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.6 kv.m olan yaşayış evi və həyətyanı torpaq sahəsinin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edir ki, cavabdehlərlə bir evdə yaşamaq qeyri-mümkündür. Cavabdeh1 onlarla səbəsiz mübahisələr və münaqişələr yaradır, onları şərləyir. Ona görə də, cavabdehlərln payına uyğun olaraq, kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməli olublar.
4. Cavabdehlər etiraz ərizəsini məhkəməyə təqdim edərək, ərizədə göstərmişlər ki, iddiaçılar mübahisəli paylı mülkiyyətin onlara naturada pay ayrılması əvəzinə qalan iddiaçılar tərəfindən kompensasiya ödənilməsinə onların öz razılığı ilə yol verilir, onlar isə, əmlakdan paylarının əvəzinə kompensasiyanın ödənilməsinə razı deyillər. İddiaçılar yalnız öz paylarının ayrılmasını tələb edə bilərlər və ya həmin payın əvəzinə onlardan kompensasiya istəyə bilərlər. Digər tərəfdən iş materiallarından göründüyü kimi, mübahisəli əmlakdan onların payı cüzi deyildir. Buna görə də iddia ərizəsinin rədd edilməsini xahiş etmişər.
5. Daha sonra iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilər arasında hərrac keçirərək, pulunun mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi, satın almaqda üstünlük hüququndan istifadə etməklə istəyən mülkiyyətçi digər mülkiyyətçilərin pulunu hərrac vasitəsilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilərək, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin açıq hərrac keçirməklə satılması, satış pulunun mülkiyyətçilər - fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X6, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X12, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 arasında paylarına mütənasib surətdə bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi tərəflər arasında paylı mülkiyyətdə olmaqla mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş və payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, mülkiyyətçilər olan iddiaçılar digər mülkiyyətçilər olan cavabehlərə paylarının kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsini təklif etsələr də, paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər müvafiq razılıq bildirməmişlər.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220.3, 220.4, 220.6, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-nin 220.6 və 221ci maddələrinin bəzi müdəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarının mənasına əsasən iddiaçılar İddiaçı1, X11, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızı yalnız, öz paylarının naturada ayrılmasını, naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçilər (iddiaçılar) öz paylarınınının dəyərinin pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdirlər, onları kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsini tələb etmək hüququna malik deyillər. Digər tərəfdən işin hallarından göründüyü kimi, həmin yaşayış sahəsinə cavabdehlərin mühüm mənafeyi var. Həmin fərdi yaşayış evi cavabdehlərin yeganə yaşayış sahəsidir. Cavabdehlər - X13, X12 və Cavabdeh4 həmin evdə doğulub, orada yaşayıb böyümüşdür. Həmin fərdi yaşayış sahəsindən başqa onların yaşayış sahəsi yoxdur. İddiaçılar mübahisəli paylı mülkiyyətin cavabdehlərə naturada pay ayrılması əvəzinə qalan iddiaçılar tərəfindən kompensasiya ödənilməsinə cavabdehlərin öz razılığı ilə yol verilir, onlar isə əmlakdan paylarının əvəzinə kompensasiyanın ödənilməsinə razı deyillər. İddiaçılar yalnız öz paylarının ayrılmasını tələb edə bilərlər və ya həmin payın əvəzinə cavabdehlərdən kompensasiya istəyə bilərlər. Digər tərəfdən göründüyü kimi, mübahisəli əmlakdan onların payı cüzi deyildir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əri vəfat etmiş və 2009-cu ildən üç övladı ilə Bakıda kirayədə yaşayır. Oğlu əsgərlikdən gəlib, xəstədir, onu müalicə etdirir. Vəkillə müqavilə bağlamağa belə imkanı yoxdur. Pandemiyadan sonra iddiaçılar evə girməyinə imkan vermirlər. Həmin evdə yalnız İddiaçı1 yaşayır. Şəhərdə yaşamaq çətin olduğundan rayona gedib orada yaşamaq qərarına gəliblər, amma evə daxil olmalarına icazə verilmir. Həmin ev onun yeganə yaşayış yeridir. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, maddi imkanı olmadığından iddiaçıların payını almaq imkanı yoxdur. Həmçinin, həmçinin paylarına müvafiq olaraq iddiaçıların vermək istədikləri kompensasiya məbləğini də qəbul etmir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, payların naturada bölünməsi mümkün olmamaqla, bu barədə məhkəmə qərarı mövcuddur. Paylara münasibətdə kompensasiya ödənişinin həyata keçirilməsi ilə əlaqədar qarşı tərəfə təkliflər ünvanlanmış, cavabdehlər razılığa gəlmədiyi üçün evin satılaraq mülkiyyətçilər arasında paylara uyğun bölünməsi ilə bağlı müraciət olunmuşdur. Tərəflər arasında heç bir razılıq yoxdur. İddiaçılar paylara münasibətdə ödəniş etməyə razıdırlar. Lakin cavabdeh bunu qəbul etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
16. Məhkəmə iclasının yeri və vaxtı brədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh4 və X12 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd eidlən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
17. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********76-10301 olan çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə X1, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X6, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X8 və fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
18. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)219/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, X11, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının cavabdehlər Cavabdeh1, X13, X12 və Cavabdeh4 qarşı hazırkı iş üzrə mübahsiə predmeti olan yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
19. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1502/2022 saylı qətnaməsindən görünür ki, X11, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və İddiaçı1 Cavabdeh1 qarşı əmlakın evdən çıxarılmaqla evin boşaldılması tələbinə dair iddia ərizəsi və Cavabdeh1 X11, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və İddiaçı1 qarşı əqdin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və mülkiyyətin müdafiəsi tələbinə dair qarşlılqlı iddia ərizəsi üzrə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh1 qzına məxsus daşınar əmlaklar və əmlakların saxlanıldığı otaqdan ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər, X3, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızının və İddiaçı1 istifadə etmələri qadağan edilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisənin predmeti bölünməz olduğundan mübahisələndirilən hissədə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)- 1664/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materialları ilə müəyyən edilir ki, reyestr nömrəsi **********76-10301 olan, çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X6, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə X12, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 və fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə X1 adına qeydə alınmışdır.
26. Bundan başqa Quba rayonu 1-ci Nügədi kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.6 kv.m olan yaşayış evi və həyətyanı torpaq sahəsinin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin mümkün olmaması qanuni qüvvəsini almış Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)219/2023 saylı qətnaməsi ilə təsdiqini tapmışdır.
27. Mülkiyyətçilər olan iddiaçılar əmlakın qiymətləndirilməklə digər mülkiyyətçilər olan cavabehlər tərəfindən paylarının alınmasını və ya cavabdehlərin paylarının onlar tərəfindən alınması təklif etsələr də, cavabdeh tərəf maddi imkanın olmadığından iddiaçıların payını almaq imkanlarının olmadığını bildirməklə yanaşı, həmçinin paylarına müvafiq olaraq iddiaçıların vermək istədikləri kompensasiya məbləğini də qəbul etməmişlər. Belə olan halda Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə əsasən qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracda satılaraq satışdan əldə olunan məbləğ tərəflər arasında paylara uyğun bölünməsi tələbi əsaslı hesab olunur.
28. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il, 2(027)-1664/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.