Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-947/2025 29.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏRARDADİ Hakimlər Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə X7 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi barədə ilk, Cavabdeh MTKnın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələrinə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-51/2025 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyriyaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh MTK İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh MTK-ya və İddiaçı qarşı ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, X5 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsinin X4 təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-51/2025 nömrəli qətnaməsi (Hakim: Məlahət Abbasova) ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia və X2 tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, X5 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsinin X4 təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh MTKya həvalə edilməsi qət olunmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-51/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətindən imtina etdiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
7. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
8. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya baxışının hədləri
9. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
11. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.
12. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.
13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icra edilməsi barədə ilk, Cavabdeh MTKnın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizələrinə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(012)-51/2025 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.