Məhkəmə qərarları › İş №2(106)-1041/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1041/2025

19.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1041/2025 19.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), X6 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi İddiaçı və Cavabdeh3 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh3 və başqalarına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etbarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlaklara olan payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Sabirabad rayon İcra Hakimiyyətinin başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı, X3ndan mira qalmış əmlaka- Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən ümumi sahəsi 0.7420 ha olan torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli və ünvan 1a yerləşən 0.49 ha-dan ibarət olan torpaq sahəsi və həmin torpaqda yerləşən, ümumi sahəsi 58.40 kvadratmetr olan yaşayış evinə dair xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, yaşayış evi və həyətyanı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlak olan ünvan 1a yerləşən 0.7420 ha olan torpaq sahəsi və ünvan 1a yerləşən torpaq sahəsinin ölçüsü 0.49 ha, daşınmaz əmlakın ümumi sahəsi 58.40 kvadratmetr aid hissədə İddiaçı düşən payının müəyyən edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh3 alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. X3 ilə İddiaçı birgə nikahından doğulmuş, birinci növbəli vərəsə Rüstəmova (Rzayeva) Aynur Əli qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: X3 birinci arvadı X1 ilə 23 oktyabr 1975-ci il tarixdə nikahda olmuş, onların nikahı Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 34 nömrəli akt qeydinə əsasən pozulmuşdur. X2 xx.xx.1992-cı il tarixdə ölmüşdür. X15 xx.xx.1992-ci il tarixdə ikinci dəfə onunla (hazırki iş üzrə İddiaçı ilə) nikaha daxil olmuşdur. Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14/2 saylı qərarına əsasən Sabirabad rayon Nərimankənd kənd sakini X10 mülkiyyətinə 0.49 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mirasqoyanın birinci nikahdan doğulmuş oğlu Cavabdeh3 iddiaçıdan xəbərsiz Sabirabad “Asan xidmət” mərkəzində notariat ofisinə xx.xx.2022-ci il tarixdə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, bu zaman cavabdeh Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 332 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışdan müəyyən edilir ki, X3nun vərəsəsi kimi yalnız Cavabdeh3 göstərilmişdir. Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh3 adına xx.xx.2022-ci tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə görə, Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,7420 ha olan torpaq sahəsindən ibarətdir. Bundan başqa, Cavabdeh3 iddiaçıdan xəbərsiz olaraq Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, onun adına xx.xx.2023cü tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə görə, Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixdə dövlət reyestrindən qeydiyyatdan keçmiş ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,49 ha olan torpaq sahəsindən ibarətdir. Vərəsəlik şəhadətnaməsi əsasında cavabdeh xx.xx.2023-cü il tarixli **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Həmin çıxarışa görə, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 hektar torpaq sahəsi, 58.40 kvadratmetr fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İddia ərizəsində göstərilir ki, Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alarkən X3nun eyni zamanda birinci növbəli vərəsələri olan- İddiaçı və qızı Rüstəmova (Rzayeva) Aynur Əli qızının mövcudluğunu gizlətmişdir. Halbuki, onların da birinci növbəli vərəsə kimi pay almaq hüquqları vardır. Birinci instansiya məhkəməsində Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 İddiaçı iddia ərizəsi ilə bağlı bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsində Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi, eləcə də mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs X12 iştirak etmədiklərindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim F.Pənahov) 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ƏMDK yanında DƏDRX-nin Şirvan ərazi idarəsi tərəfindən Cavabdeh3 və X10 mülkiyyətlərinə verilmiş, ünvan 2 kəndi ünvanında yerləşən 0,7420 ha olan torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2023 cü il tarixdə X13 verilmiş **********41–10301 reyster nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən ünvan 1a yerləşən 0,49 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 58,4 kv.m olan fərdi yaşayış evi üzrə Cavabdeh3 adına verilmiş xx.xx.2023-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və ondan irəli gələn nəticələrin ləğv edilməsi, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 58,40 m2 olan fərdi yaşayış evinə dair, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh3 xüsusi mülkiyyətinə verilmiş xx.xx.2023-cü il tarixli **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X3ndan miras qalmış ünvan 2 kəndi ünvanında yerləşən 0,7420 ha olan torpaq sahəsinin 1/3 hissəsinə, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin 1/3 hissəsinə və həmin torpaq sahəsində yerləşən 58,40 m2 olan fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı payının olması müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ əsasında onun mülkiyyət hüququnun tanınması, ödənilmiş 100 mat məbləğində dövlət rüsumunun Cavabdeh3 alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsinin 1/3 hissəssində payın müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddiaçıya ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin X3na aid hissəsinin 0.245 ha torpaq sahəsinin 1/3 hissəsində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun mülkiyyət hüququnu pozaraq onu mülkiyyətdən məhrum etmiş və Nərimankənd kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin ona aid hissəsində cavabdehə pay müəyyən etmişdir. Halbuki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 14/2 saylı qərarına əsasən 0,49 hektar torpaq sahəsi X15 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. Göründüyü kimi, həmin torpaq onunla mərhum atasının ümumi mülkiyyətində olmuşdur. Məhkəmə bunu qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd etməyinə baxmayaraq hər hansı əsaslandırma aparmadan onu mülkiyyətindən məhrum etmişdir. Buna görə də hesab edir ki, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin 1/3 hissəsində payın müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçıya ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin X3na aid hissəsinin- 0.245 ha torpaq sahəsi hissəsində payın müəyyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin 1/3 hissəssində payın müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddiaçıya ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin X3na aid hissəsinin- 0.245 ha torpaq sahəsinin 1/3 hissəsində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 1975-ci ildə valideynləri həmin torpaq sahəsini almışlar. O, 0.49 ha torpaq sahəsinin ona verilməsini, torpağının bölünməsinə etiraz etmir. 0.49 ha həyətyanı torpaq sahəsindəki ev yarasız haldadır. İddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və onun və qızının payının müəyyən edilməsini xahiş etmişdir. AR ƏN Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Faiq Qurbanov məhkəməyə ərizə ünvanlayaraq işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin (MPM) 376.2-ci maddəsinə əsasən işə, məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əmin edilməli, qətnamə dəyişdirilməlidir. MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin halları Miras qoyan X15 birinci arvadı X1 ilə 23 oktyabr 1975-ci ildən nikahda olmuş, onların nikahı xx.xx.1991-ci ildə pozulmuşdur. X2 xx.xx.1992-cı ildə ölmüşdür. Bu nikahdan hazırki iş üzrə Cavabdeh3 olmuşdur. X15 xx.xx.1992-ci ildə ikinci dəfə hazırki iş üzrə İddiaçı ilə nikaha daxil olmuş, sonuncu nikahdan X12 doğulmuşdur. X15 xx.xx.2012-ci ildə vəfat etmişdir. Beləliklə, miras qoyanın vərəsələri- İddiaçı, Cavabdeh3 və X8r. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 14/2 saylı qərarı ilə 0,49 hektar torpaq sahəsi X15 və Cavabdeh3 mülkiyyətinə verilmiş, onların adına torpağın mülkiyyətə verilməsinə dair JN-208A, KOD ********* nömrəli şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 kəndində ümumi sahəsi 0,7420 ha olan torpaq sahəsi Cavabdeh3 və X10 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 2 kəndində qeydiyyatda olan Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak– ƏMDK-nın yanında DƏDRX-nın Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2022- ci il tarixdə **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,7420 ha olan torpaq sahəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 kəndində 0,49 ha torpaq sahəsi Cavabdeh3 və X10 ümumi birgə mülkiyyəti kimi, həmin sahədə yerləşən 58,40 m2 olan fərdi yaşayış evi X10 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 2 kəndində qeydiyyatda olan Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak– ƏMDK-nın yanında DƏDRX-nın Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2023- cü il tarixli **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 kəndindəki 0,49 ha torpaq sahəsi və onun üzərindəki 58,40 m2 olan fərdi yaşayış evindən ibarətdir. ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsi, 58,40 m2 olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Beləliklə, X7 miras qalan əmlak- ünvan 2 kəndində ümumi sahəsi 0,7420 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyana aid hissəsi, ünvan 2 kəndində 0,49 ha torpaq sahəsinin miras qoyana aid hissəsi və həmin sahədə yerləşən 58,40 m2 olan fərdi yaşayış evidir. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə uyğun olaraq miras əmlak bütünlüklə Cavabdeh3 adına rəsmləşdirilmiş və 0,49 ha torpaq sahəsi, 58,40 m2 olan fərdi yaşayış evi sonuncunun mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Hazırki tələbində iddiaçı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, onların hüquqi nəticələrinin ləğv edilməsini, yaşayış evi və həyətyanı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda vərəsə olaraq payının müyyən edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, hər bir əmlak üzrə iddiaçının 1/3 payını müəyyən etmiş, bu zaman digər vərəslərin də bərabər surətdə- hər birinin 1/3 hissədə payını nəzərə almışdır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissədə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəf apellyasiya şikayətində qətnaməni ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsinin 1/3 hissəssində payın müəyyən edilməsi hissədə mübahisələndirmiş, həmin hissədə qətnamənin ləğv edilməsini, iddiaçıya ünvan 2 kəndi ünvanında yerləşən 0,49 ha torpaq sahəsinin X3na aid hissəsinin 0.245 ha torpaq sahəsinin 1/3 hissəsində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mahiyyətcə cavabdeh onun payının düzgün müəyyən edilmədiyini, paylar müəyyən edilərkən mübahisələndirilən hissədə məhkəmənin onun payının nəzərə alınmadığını bildirmişdir. Kollegiya MPM-in 372.6-cı maddəsinə əsasən işə apellyasiya şikayəti həddində baxır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin edərkən payların müəyyən edilməsində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ünvan 2 kəndində 0,49 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh3 və X10 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, 0,49 ha torpaq sahəsi üzrə miras qoyanla yanaşı həm də Cavabdeh3 mülkiyyətçidir. Qanunun tələbinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Qanunla təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi). Birinci instansiya məhkəməsi payları müəyyən edərkən Cavabdeh3 payını nəzərə almamış, torpaq sahəsi üzrə hər bir vərəsəyə əmlakdan (torpaq sahəsindən) 1/6 pay müəyyən etməli olduğu halda, səhvən 1/3 pay müəyyən etmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə bütün əmlak üzrə deyil, miras dairəsinə daxil olan hissədə (əmlakın ½ hissəsində) paylar müəyyən edilməlidir. Bu baxımdan miras əmlak üzrə hər bir vərəsənin 1/3 hissədə payı, nəticədə iddiaçının əmlak üzərində 1/6 payı tanınmalıdır. (Bu zaman həmin əmlak üzrə Cavabdeh3 payı ½ + 1/6 = 4/6 pay, digər vərəsənin payı- 1/6 kimi tanınmalıdır). Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə payları müəyyən edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etsə də payların müəyyən edilməsində səhvə yol vermişdir ki, bu da məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə qətnamə dəyişdirilməli, iddia həmin hissədə təmin edilərək iddiaçının həmin əmlak üzrə 1/6 payı müəyyən edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə- ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsi üzrə payların müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin hissədə iddia təmin edilməli, ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsi üzrə İddiaçı 1/6 hissədə payı müəyyən edilməlidir. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(056)-2125/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə- ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsi üzrə payların müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin hissədə iddia təmin edilsin. ünvan 2 kəndində yerləşən 0,49 ha torpaq sahəsi üzrə İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar