Məhkəmə qərarları › İş №2(106)-1379/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1379/2024

08.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə - Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1379/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X1 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Kreditor "xxxx" ASC borclular Borclu1 və Borclu2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2501/2017 saylı, 13 may 2024-cü il tarixli (hakim Qalib Paşayev) qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: Kreditor "xxxx" ASC borclular Borclu1 və Borclu2 qarşı 14034.27 (on dörd min otuz dörd dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borcun, 7657.33 (yeddi min altı yüz əlli yeddi dollar otuz üç sent) ABŞ dolları faiz borcunun, cəmi 21691.60 (iyirmi bir min altı yüz doxsan bir dollar altmış sent) ABŞ dolları borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2501/2017 saylı əmri ilə ərizə təmin edilmişdir. Borclu2 məhkəməyə yazılı etiraz göndərərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2501/2017 saylı əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2501/2017 saylı qərardadı ilə Borclu2 məhkəmə əmrinin ləğvinə dair verdiyi etiraz qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən təmin edilməmişdir. İş üzrə Borclu2 şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2501/2017 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə əmrinin surətini rəsmi qaydada aldıqdan sonra məhkəmə etirazını qanunla müəyyən edilmiş müddətdə təqdim etmişdir, prosessual müddətə riayət etdiyi üçün müddətin ötürülməsi əsası ilə etirazın təmin edilməməsi əsassızdır. Cəlilabad Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)- 2501/2017 saylı əmrindən görünür ki, həmin əmrlə borclular Borclu2 və Borclu1 14034.27 (on dörd min otuz dörd dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 7657.33 (yeddi min altı yüz əlli yeddi dollar otuz üç sent) ABŞ dolları faiz borcu, cəmi 21691.60 (iyirmi bir min altı yüz doxsan bir dollar altmış sent) ABŞ dolları borcun ödəniləciyi gün Azərbaycan manatına olan məzənnəsinin və 20 (iyirmi) manat dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İşdə olan Cəliabad rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, həmin qərarla, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2501/2017 saylı əmri üzrə icraata başlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən Borclu2 əmək haqqından tutulmalar başlanılmış, borclu xahiş edərək əmək haqqından tutulmanın dayandırılmasını xahiş etmiş və hər ay banka 200 manat ödəniş edəcəyinə dair söz vermişdir. Borclunun xahişi nəzərə alınaraq tutulma dayandırılmış və Borclu2 tərəfindən hər ay 200 manat ödəniş edilmişdir. Bir müddətdən sonra ödənişlər vaxtında olmamış və yenidən 16 noyabr 2023-cü il tarixdə Borclu2 əmək haqqına yönəldilərək, tutulmalar davam etdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi etirazı təmin etməyərkən doğru qənaətə gəlmişdir. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, qeyd edilən məhkəmə əmri icraya yönəldilmiş, tələb borclunun əmək haqqına yönəldilmişdir. Buna baxmayaraq tərəf etirazı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2501/2017 saylı, 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar