Məhkəmə qərarları › İş №2(107)-1005/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1005/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1005/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1, cavabdehlər Cavabdeh2, X25, Cavabdeh4 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, mülkiyyətdən isdifadəyə törədilən maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “əmlakın bölünməsi, payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa edilmiş tikililərin sökülməsi, mülkiyyətdən isdifadəyə törədilən maneələrin aradan qaldırılması, evə köçürülmə- əmlakın bölünməsi, payın naturada ayrılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X25, Cavabdeh4 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, mülkiyyətdən isdifadəyə törədilən maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair ilk; İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı “əmlakın bölünməsi, payın naturada ayrılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)-105/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 18/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1 qızının, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3 və 6/54 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. 08 may 1993-cü il tarixli, qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X17, 1/3 hissəsi X3, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır.

3. DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, **********68- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 1/3 hissəsi X3, 1/3 hissəsi X17, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. 07 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 1992-ci il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı ünvan 3 ünvanında qeydiyyatda olan X9, qızı ünvan 4 ünvanında qeydiyyatda olan X4, oğlu ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1, qızı ünvan 3 X10, qızı ünvan 5 ünvanında qeydiyyatda olan X5r və onların hər biri miras əmlakdan 1/5 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir.

5. 07 iyul 2021-ci il tarixli miras payın bağışlanılması müqaviləsindən görünür ki, X9, X10, X4 və X12 xx.xx.2021-ci il tarixli, 2V-439 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hər birinə çatası 1/3 (üçdə bir) hissənin 1/5 (beşdə bir) hissə olan paylarını vərəsələr sırasında olan Cavabdeh1 bağışlamışlar.

6. DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi X17, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı X18r və o miras əmlakdan 6/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir.

8. 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi oğlu X30 olmuş, lakin onun xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsəsi ünvan 7ında qeydiyyatda olan X6, ünvan 7ında qeydiyyatda olan X26 və ünvan 7ında qeydiyyatda olan X22r və onarın hər biri miras əmlakdan 2/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir.

9. 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi oğlu X31 olmuş, lakin onun xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və ünvan 3 ünvanında qeydiyyatda olan X19r və onarın hər biri miras əmlakdan 3/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir.

10. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18 avqust 2021ci il tarixdə tərtib edilmiş 2221 inventar nömrəli, **********68-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, ünvan 3-da (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48-də) 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı ev 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarətdir.

11. 07 sentyabr 2021-ci il tarixli, 2221 invertar nömrəli, reyestr nömrəsi **********68- 10301 olan texniki paportundan görünür ki, ünvan 3 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin 2/54 hissəsi X1, 2/54 hissəsi X13, 2/54 hissəsi X20, 3/54 hissəsi İddiaçı, 3/54 hissəsi X14, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi X15 mülkiyyətindədir.

12. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 3/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1 qızının, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi X15, 2/54 hissəsi X1, 2/54 hissəsi X13, 2/54 hissəsi X20 və 3/54 hissəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş 2221 inventar nömrəli, **********68-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, ünvan 3-da (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48-də) 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı ev 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarətdir.

14. 11 noyabr 2021-ci il tarixli, 2221 invertar nömrəli, reyestr nömrəsi **********68- 10301 olan texniki paportundan görünür ki, ünvan 3 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin 18/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3 mülkiyyətində olmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 10/7348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 3 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və.s) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9, bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Ekspertiza xərci 50 manat təşkil edir.

16. Şəki Apellyasiya Məhkəməsin 4 oktyabr 2022-ci il tarixli,2(107)-1005/2022 qərqrdadı ilə Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)-105/2022 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmayan “qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi” hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə baxılmamış saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi, onun mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməyi və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. 10 noyabr 2021-ci il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan həmin evin və torpaq sahəsinin ona düşən 18/54 hissə payının naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

20. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsinin 18/54 hissəsi onun, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi X16, 6/54 hissə Cavabdeh3, 6/54 hissə Cavabdeh4 paylı mülkiyyətindədir. Bildirmişdir ki, həmin ünvanda 1992-93-cü illərdən yaşamışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun paylı mülkiyyətində olan torpaq sahəsindən, fərdi yaşayış evindən istifadə etməyinə imkan vermirlər. Göstərmişdir ki, həmin evin 24.3 kv.m olan otağından istifadə etməyinə və orada əşyalarının olmasına baxmayaraq Cavabdeh1 həmin otağa çıxış pilləkənindən onu istifadə etməyə qoymur. Həmin pilləkənin özünə məxsus olduğunu bildirir və hazırda da həmin pilləkənin ətrafında müəyyən qanunsuz tikinti işləri aparır. Halbuki, həmin daşınmaz əmlak paylı müəkiyyətdə olmaqla naturada bölünməmiş və Cavabdeh1 payı naturada ayrılmamışdır. Həmçinin qeyd etmişdir ki, onun və cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsində icazəsiz tikililər inşa edilmişdir ki, həmin tikililər bir mülkiyyətçi kimi onun icazəsi olmadan qanunsuz olaraq inşa edilmiş, torpaq sahəsi cavabdehlər tərəfindən özbaşına bölünmüşdür. xx.xx.2021-ci il tarixli, 2221 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda da qeyd edilmişdir ki, yaşayış evinin ümumi sahəsi 130.2 kv.m olan hissəsi, o cümlədən 44.3 kv.m 2 yaşayış otağı və 85.9 kv.m köməkçi sahəsi icazəsiz artırılmışdır. Həmin tikililər onun mülkiyyətində hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdehlərin özünün istədiyi kimi özbaşına paylı mülkiyyətdə olan əmlakı bölməyə hüququ yoxdur. Paylı mülkiyyətdə olan həmin daşınmaz əmlakın naturada bölünməsi də qeyri mümkündür. Ona görə də o, həmin qanunsuz tikililər cavabdehlərin öz vəsaiti hesabına sökülməli, o, həmin evə köçürülməli və cavabdehlər tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəsinə törədilən maneələr aradan qaldırılmalıdır. Lakin onunla cavabdeh arasında cavabdehlərin hazırkı faktiki bölgüsünə dair heç bir razılaşma olmamışdır. Cavabdehlər qanunsuz olaraq paylı mülkiyyətdə olan fərdi yaşayış evini və torpaq sahəsini bölmüşlər. Bundan əlavə cavabdehlər onun icazəsi və razılığı olmadan paylı mülkiyyətdə olan torpaq sahəsində texniki pasportda göstərilməyən tikililər inşa etmişlər. Lakin cavabdehin inşa etdiyi qanunsuz tikililərin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir və onun icazəsi olmadan cavabdehlər orada tikinti işləri apara bilməzdilər. Həmçinin cavabdehlər ona mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermirlər və o, orada yaşaya bilmir. Ona görə də o, paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçülürməlidir.

21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən ev xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən hər birinin 1/3 hissə payı olmaqla atası X7, əmiləri X17 və X27 paylı mülkiyyətlərində olmuşdur. Bildirmişdir ki, atasının 1/3 hissə payı ilə bağlı vərəsəlik işi açılmış və vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən onun payı olan 1/3 hissə adına qeydiyyata alınmış, əmisi X21 1/3 hissə payı hər birinə 1/3 hissənin 1/3 hissəsi olmaqla vərəsələri olan Zənfirənin, Mahirin və Tahirin adlarına qeydiyyata alınmışdır. X2 1/3 hissə payı isə öz adında qalmışdır (xx.xx.2021-ci il tarixli **********68- 10301 reyestr nömrəli çıxarış). Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə X2 gəlinidir. İddiaçı 2021-ci ildə qaynatası X17 1/3 hissə payına vərəsəlik işi açdırmış, vərəsəlik hüququna dair şəhadətnamə almış və bunun əsasında ona daşınmaz əmlakın dövlət reyestrindən 07 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin 18/54 hissəsi onun, 18/54 hissəsi İddiaçı, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi Cavabdeh4 paylı mülkiyyətlərindədir. Bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız 18/54 hissəsi xx.xx.2021-ci il tarixli çıxarışla cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı evin paylı mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməyinə imkan vermir. O, tez-tez yaşayış otaqlarına giriş pilləkəni ilə bağlı mübahisələr yaradır, həmin pilləkənin ona məxsus olduğunu bildirir. Halbuki, hələ atası və əmiləri sağ olarkən razılaşma əsasında öz aralarında yaşayış evini və həyətyanı torpaq sahəsini bölmüşlər. Həmin vaxtdan da sözügedən pilləkən onlara məxsus otaqlara giriş üçün qoyulmuşdur. Bu hal 1987-ci il tarixdə atasının adına tərtib edilmiş texniki pasporta da öz təsdiqini tapır. Ümumiyyətlə həmin pilləkən qoyulan zaman cavabdehin tələb etdiyi yerdə heç bir tikili olmamış, əşyalarını yığdığı otaq sonradan tikilmişdir. Buna baxmayaraq o, cavabdehə onun üçün öz hesabına yeni pilləkən qoydurmağı və hasar çəkdirməyi təklif etmişdir. Lakin cavabdeh qərəzli olaraq buna razı olmamışdır. Göründüyü kimi cavabdeh hüquqdan sui-istifadə edərək, qərəzli olaraq ona ziyan vurmaq niyyəti ilə belə hərəkətlər edir. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya payn ayrılması üsulu və şərtləri barədə cavabdeh heç cürə razılığa gəlmir.

22. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 07 iyun 2022-ci il tarixli, 2(075)- 105/2022 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi; -İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 8 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməsi; -həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrin qadağan edilməsi; - ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumunun onun özünə aid edilməsi; - Cavabdeh1 İddiaçı qarşı ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan həmin evin və torpaq sahəsinin ona düşən 18/54 hissə payının naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X8 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsinin 18/54 hissəsi Svetlananın, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi X16, 6/54 hissə Cavabdeh3, 6/54 hissə Cavabdeh4 paylı mülkiyyətindədir.

24. Göründüyü kimi həm iddiaçının, həm də cavabdehlərin paylı mülkiyyətdə olan payları naturada ayrılaraq bölünməmişdir. Yəni Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evi və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsi üzərində iddiaçının 18/54 hissə payı naturada ayrılaraq bölünməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının ünvan 8 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi tələbinə dair hissəsi əsassızdır və iddianın bu hissəsi təmin edilə bilinməz. Belə ki, cavabdehlər tərəfindən inşa edilməsi ehtimal edilən tikililərin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tikilməsi müəyyən olunmur. Yəni iddiaçı qanunsuz tikililərin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

25. Lakin tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı təxminən 30 il qeyd edilən ünvan 8 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində olan 209.9 kvadrat metr olan fərdi yaşayış evində yaşamışdır. Hər iki tərəfin bildirdiyinə görə həmin evin tərkibində iddiaçının təxminən 24 kv.m ölçüdə 1 otaqlı evi, həmçinin həmin evin içərisində iddiaçının yaşaması üçün lazımı əşyaları vardır. Müəyyən olundu ki, iddiaçı 1992-ci ildən 17 il həmin evdə yaşamış, 2009-cu ildən isə Bakı şəhərinə köçərək deməsinə görə orada kirayə yaşayır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər onun köçərək orada yaşamsına maneçilik yaradırlar.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 169.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə, 53-cü maddəsinin 3-cü hissəsinə, 53-cü maddəsinin 4-cü hissəsinə və 54-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

27. Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)-105/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

28. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnaməni ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsin hissəsində əsassız və qanunsuz hesab edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh esdilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, ziddiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.

29. Belə ki, məhkəmə ilk iddianı qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı təxminən 30 il qeyd edilən Şəki şəhəri, Bağbanlarküçəsi, dalan 36 ünvanında yerləşən 0,072 ha torpaq sahəsində olan 209,9 kv m olan fərdiyaşayış evində yaşamışdır. Hər iki tərəfinin bildirdiyinə görə həmin evin tərkibində iddiaçının təxminən 24 kv m ölçüdə bir otaqlı evi, həmçinin həmin evin içərisində iddiaçının yaşaması üçün lazımı əşyalarıvardır. Müəyyən olundu ki, iddiaçı 1992-ci ildən 17 il həmin evdə yaşamış, 2009-cu ildən isə Bakı şəhərinə köçərək, deməsinə görə orada kirayə yaşayır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər onun köçərək orada yaşamasına maneçilik yaradırlar.

30. Bununla bağlı onu qeyd etmək istəyir ki, iddiaçı Bakı şəhərində yaşamaqla ildə bir-iki dəfə sözügedən paylı mülkiyyətində olan otağına gəlir. İddiaçıya məxsus olan həmin otaq da tam bərbad vəziyyətdədir və orada yaşamaq, qalmaq mümkün deyil. Hətta otağın damından da yağış suları içəriyə tökülür. İddiaçıya məxsus otağın belə bir vəziyyədə olması isə ona məxsus otaqlara da özmənfi təsirini göstərir. Bundan başqa o, hər dəfə gələrkən yaşayış otaqlarına giriş pilləkəni ilə bağlı mübahisələr yaradır, həmin pilləkənin ona məxsus olduğunu bildirir. Halbuki, hələ atası və əmiləri sağ olarkən razılaşma əsasında aralarında yaşayış evini və həyətyanı torpaq sahəsini bölmüşlər. Həmin vaxtdan da sözügedən pilləkən onlara məxsus otaqlara giriş üçün qoyulmuşdur. Bu hal 1987-ci il tarixdə atasının adına tərtib edilmiş texniki pasportda da öz təsdiqini tapır. Ümumiyyətlə həmin pilləkən qoyulan zaman cavabdehin tələb etdiyi yerdə heç bir tikili olmamış, əşyalarını yığdığı otaq sonradan tikilmişdir. Buna baxmayaraq o İddiaçı onun üçün öz hesabına yeni pilləkən qoydurmağı və hasar çəkdirməyi təklif etmişdir. Lakin iddiaçı qərəzli olaraq buna razı olmamışdır. Göründüyü kimi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh hüquqdan suiistifadə edərək, qərəzli olaraq mənə ziyan vurmaq niyyəti ilə belə hərəkətlər edir və qərəzli olaraq məhkəməyə müraciət etmişdir. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya payın ayrılması üsulu və şərtləri barədə ciddiaçı heç cürə razılığa gəlmir. Onu da qeyd etmək istəyirəmki, sözügedən həmin mübahisəli pilləkən Svetlana ilə onun birgə mülkiyyətindədir. Lakin Svetlana həmin pilləkəndən qaydasında istifadə etmir. Belə ki, o, pilləkəndən istifadə edərkən ayaqqabasını çıxarmır, səs-küy salaraq otağına daxil olur. Həmin pilləkən rəhmətlik atası tərəfindən tikilmiş və hər ikisinin istifadə etməsinə razılıq verilmişdir. Svetlana onun oğlunun arvadı olmuşdur. O. təxminən 17 il qeyd edilən evdə yaşamış, lakin əmisioğlu vəfat etdikdən sonra iddiaçı təxminən 2009-cu ildən Bakı şəhərində yaşayır. İddiaçının həmin ünvanda bir otaqlıevi vardır. Həmin evin içərisində heç bir əşyası yoxdur. Onların heç birinin payları rəsmi olaraq naturada bölünməmişdir. O, özünə aid olan hissəy də pilləkən daxil olmaqla hasar çəkdirmək və onun üçün də yeni bir pilləkən qoydurmaq istəyir. Lakin iddiaçı qərəzli olaraq buna imkan vermir. Bundan başqa o və digər cavabdehlər məhkəmə iclasında iddiaçıya ona məxsus otağa girib-çıxmağa maneçilik törətmədiklərini bildirmişlər. Bu hal məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Belə olan halda məhkəmə cavabdehlərin iddiaçıya ona məxsus otağa girib-çıxmağına maneələr törətdiklərini necə müəyyən etmişdir? Göründüyü kimi məhkəmə iddiaçının izahatını mötəbər sübut kimi qəbul etmiş, onların izahatlarını isə qəbul etməmiş, qəbul etməməyinin də səbəbini izah etməmişdir.

31. 2) Məhkəmə yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 10/7348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyini əsas götürərək qarşılıqlı iddianı təmin etməmişdir.

32. Qeyd edir ki, ekspert rəyini əsassız hesab etdiyi üçün məhkəməyə yazılı vəsatətlə müraciət edərək işin tam, obyektiv və hərtərəfli araşdırılaraq həqiqətin üzə çıxarılması üçün iş üzrə təkrar ekspertizanın təyin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, ekspert tikinti-texniki obyektlərinin tədqiqat metodikası kimi “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinə və ekspertin rəydə qeyd etdiyi metodik tövsiyyələrə (hansı tövsiyyələrə məlum deyil) istinad edilmişdir. Lakin metodik əsasların nədən ibarət olduğu açıq-aydın qeyd edilməmiş, mülkiyyətdə olan evin texniki cəhətdən bölünməməsinin mümkün olmaması əsaslandırılmamışdır.

33. Ekspert öz rəyini belə əsaslandırmışdır ki, tədbiq olunan ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəxt, dəhliz və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.

34. Halbuki, ekspert obyektiv tədqiqat aparsaydı görərdi ki, sözügedən ünvanda yerləşən evin 3 giriş-çıxış qapısı var və hər bir mülkiyyətçiyə düşən hissədə kommunal xidməti sahələri, işıq, qaz, su sayğacları və s. mövcuddur. Göründüyü kimi ekspert rəy verərkən sadəcə olaraq metodik ədəbiyyatların adlarını yazmış, məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarını düzgün tətbiq etməmiş, nəticədə əsassız rəy vermişd ir. Əgər məhkəmə tərəfindən tədqiqat obyektinə (evə) baxış keçirilsəydi, hər şey aydın olardı.

35. Məhkəmə ekspertizası prosessual hərəkət olduğu üçün onun metodlarına konkret tələblər şamil edilir: qanunilik, elmi əsaslandırma, dəqiqlik, effektivlik və təhlükəsizlik “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmalı və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməlidir. Bundan başqa iddiaçı sadəcə olaraq əvvəlcədən ona məxsus pilləkən üstündə söz-söhbət yaradaraq qərəzli olaraq belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmiş evə çıxış pilləkəni isə ona məxsusdur və həmin pilləkənə uzun illər bundan qabaq, hələ atası sağlığında tikilmişdir. Atası və əmiləri öz sağlıqlarında razılaşmaya əsasən öz aralarında yaşayış evini, torpaq sahəsini bölmüşlər. Həmin vaxtdan da sözügedən pilləkən evin ona məxsus hissəsinin otaqlarına giriş üçün qoyulmuşdur. Bu hal 1987-ci il tarixdə atasının adına tərtib edilmiş texniki pasportda da öz təsdiqini tapmışdır.

36. Lakin məhkəmə vəsatətini təmin etməmiş, səbəbini də əsaslandırmamışdır. Göründüyü kimi hakim ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə yalnız ekspert rəyini və iddiaçının izahatını əsas götürmüş, onun izahatını, dəlillərini qəbul etməmiş, etməməyinin səbəbini göstərməmiş, ekspert rəyi məhkəmədə tədqiq edilməmiş, digər sübutlarla yanaşı qiymətləndirməmiş, vəsatətini təmin etməmiş, vəsatətinin təmin edilməməsini əsaslandırmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə çıxarmışdır.

37. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 105/2022 saylı qətnaməsini ilk iddinın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edərək, ilk iddianın həmin hissədə də təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci iltarixli, 2(075)-105/2022 saylı qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir.

39. Belə ki, məhkəmə həmin hissədə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

40. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, göründüyü kimi həm iddiaçının, həm də cavabdehlərin paylı mülkiyyətdə olan payları naturada ayrılaraq bölünməmişdir. Yəni Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evi və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsi üzərində iddiaçının 18/54 hissə payı naturada ayrılaraq bölünməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının ünvan 8 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3Kamal oğlu və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi tələbinə dair hissəsi əsassızdır və iddianın bu hissəsi təmin edilə bilinməz.

41. Belə ki, cavabdehlər tərəfindən inşa edilməsi ehtimal edilən tikililərin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tikilməsi müəyyən olunmur. Yəni iddiaçı qanunsuz tikililərin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin hesab edir ki, birinci instansiya məhkəməsinin bu yanaşması olduqca yanlışdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə olaraq paylı mülkiyyətdə olan daşınmaz əmlakda bütün payçıların razılığı olmadan hər hansı bir tikinti işlərinin aparılması digər payçıların mülkiyyət hüququnu pozur. Bilindiyi kimi tikinti işlərini aparan şəxs öz mülkiyyətində olan torpaq sahəsində tikinti işləri apara bilər. Lakin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi paylı mülkiyyətdə olduğundan qanunsuz tikinti işlərini aparan şəxslər həmin tikililəri öz mülkiyyətlərində olan torpaq sahəsində yox bir neçə şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən həmin tikililər qanunsuzdur. Nə qədər ki, paylar naturada bölünməmişdir orada bütün payçıların icazəsi olmadan tikinti işləri aparıla bilməz. Lakin birinci instansiya məhkəməsinin yanaşmasından belə çıxır ki, nə qədər ki, torpaq sahəsi naturada bölünməyib ki, harda nə istədi inşa edə bilər. Lakin bu mövqe tamamilə “XAOS”-a gətirib çıxara bilər.

42. Tərəfindən qaldırılmış ilk iddianın təmin edilməyən hissəsi paylı mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsidalan 36 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsidir. Buna görə də həmin tikililərin qanuni olub olmaması sübut edilməli idi. Bundan ötrü də həmin sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən həmin tikililərin tikinti norma və qaydalarına uyğun olub olmaması araşdırılmalı idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən ilk iddiaya münasibətdə ekspertiza təyin edilməmişdir.

43. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)- 105/2022 saylı qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə iclasında iştirak edən ilk İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “qanunsuz tikilinin sökülməsi hissəsini” rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə tələbin bu hissəsi üzrə ekspertiza təyin etməli idi. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş edir.

46. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar iddiaçı ilə qarşılıqlı razılıq əsasında mübahisəni həll etməyə cəhd etsələr də, sonuncu onların təklifi ilə razılaşmır. O, iddiaçıya öz payından istifadə etməsinə heç vaxt maneə törətməmiş, bu gün də etiraz etmir. Hətta iddaçıya istifadə etdiyi otaq üçün ayrıca giriş-çıxış pilləkənini öz hesabına düzəltməyə də razıdır, lakin iddiaçı bütün təkliflərə etiraz edir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir.

47. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar mübahisəni daim qarşılıqlı razılıq əsasında həll etməyə çalışsalar da, iddiaçı tərəf buna etiraz edərək onları məhkəməyə vermişdir. Bu gün də istəyir ki, mübahisə qarşılıqlı razılıq əsasında öz həllini tapsın. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir.

48. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxıb, yekun qərar verilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. 33 və 34-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 154.2-ci maddəsinə əsasən həmin Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MMnin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

51. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi ilk iddiaçı qətnamənin təmin olunmyana hissəsini, yəni qanunsuz tikilinin sökülməsi hissəsini, qarşılıqlı iddiaçı isə ilk iddianın təmin olunmuş və qarşılıqlı iddianın təmin olunmayan hissələrini mübahisələndirmişdir.

54. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyun 2022ci il tarixli, 2(075)-105/2022 nömrəli qətnaməsi dəyişdirilmədən (ilk iddianın təmin olunmayan “icazəsiz inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi hissəsi istisna olmaqla) saxlanılmalıdır.

56. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. İddia tələblərinin mahiyyətindən və ifadə tərzindən görünür ki, ilk iddiaçının tələbi üç hissədən ibarət olmaqla - ünvan 8 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi, - onun mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməsi və - həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrin aradan qaldırılmasından,

58. Qarşılıqlı iddaiçının tələbi isə payların naturada ayrılmasından ibarətdir.

59. İşin mübahisəsiz hallarındın müəyyən edilir ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsinin 18/54 hissəsi Svetlananın, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi X16, 6/54 hissə Cavabdeh3, 6/54 hissə Cavabdeh4 paylı mülkiyyətindədir.

60. Göründüyü kimi həm iddiaçı, həm də cavabdehlər mübahisəsi gedən əmlakda paylı mülkiyyətə malikdirlər.

61. Mövcud mübahisə üzrə ilk iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

62. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün ilk iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdeh tərəfin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

63. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

64. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, ilk iddiaçı tərəf mübahisəli əmlaka paylı mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını və həmin əmlaka köçməyi tələb etmək vəzifəsinin daşıyıcısıdır.

65. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib,ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

66. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iş üzrə birinci instyansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və verilmiş ekspert rəyinə əsasən tərəflərin paylı mülkiyyətində olan əmlakın naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir.

67. Məhkəmə kollegiyası cavabdehin (qarşılıqlı iddiaçının) apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüquq əsasında tərəflərə məxsusdur. Məhkəmə payın naturada bölünməsini təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq mümkün olmaması nəticəsinə gəlmişdir.

68. Qarşılıqlı iİddiaçı (cavabdeh) tərəf paylı mülkiyyətin hazırda öz aralarında bölünməsinin mümkün ola biləcəyini qeyd etmişdir. Lakin işin hallarından müəyyən edilir ki, paylı mülkiyyət bir neçə şəxsə məxsus olmaqla mülkiyyətçilərin hər hansının sıradan çıxması və sıradan çıxmış mülkiyyətçinin payının digər hər hansı mülkiyyətçiyə keçməsi və mövcud vəziyyətdə naturada bölgünün mümkün olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə verilmiş ekspert rəyinə əsasən bunun münmkünsüz olması müəyyən edilmişdir.

69. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

71. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.

72. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir

73. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

74. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən (ilk iddianın təmin olunmayan “icazəsiz inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi hissəsi istisna olmaqla) saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)-105/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver