Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1295/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)-208/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı MMC borclu Cavabdeh qarşı “pul” tələbinə dаir əmr icraatı qaydasında məhkəməyə mürаciət еtmiş, xx xxxx 2000-ci ildə Ağdaş rayonunda doğulmuş və hazırda passport qeydiyyatında olan borclu Cavabdeh 17 sentyabr 2019-cu il tarixli müqavilə üzrə qalıq 1644 (bir min altı yüz qırx dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1664 (min altı yüz altmış dörd) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Cavabdeh məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(014)- 1884/2020 saylı qərardadı ilə məhkəmənin 29 oktyabr 2020-ci il tarixli, 2(014)-1884/2020 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 02 fevral 2021-ci il tarixli, 2(014)-208/2021 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi, 17 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1644 (bir min altı yüz qırx dörd) manat məbləğində pul vəsaiti xx xxxx 2000-ci ildə Ağdaş rayonu, Maşad kəndində doğulmuş və Ağdaş şəhər, Maşad küçəsində qeydiyyatında olan Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması, Dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, , İddiaçı MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan ümumi dəyəri 1644 manat olan 1 ədəd İPHONE 8 64 GB GOLD markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləği hər ay 137 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan 17 sentyabr 2019-cu il tarixli müqavilə üzrə dəyəri 1644 (min altı yüz qırx dörd) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1664 (min altı yüz altmış dörd) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsi ödənişlərinin olmasına dair çekləri nəzərə almamışdər. Belə ədalətsiz və əsassız qətnamə onu qane etmir. Məhkəmə əmri yalnız iddiaçı "xxxx"MMC-nin Ağdaş rayon məhkəməsinə təqdim Məhkəmənin diqqətinə çatdırır ki, verilmiş borcun məbləği 1644 manat kimi faizsiz nəzərdə tutulmuşdur. Belə olan halda onun tərəfindən 1644 manat faizsiz məbləğin ödənilmədiyi əsasında həmin məbləğ ondan tutulmalı idi. “Firstec"MMC ilə aralarında 17.08.2019-cu il tarixində müqavilə üzrə 12 ay müddətinə faizsiz, ayda 137 manat olmaqla İPHONE-8 model telefonu alınmışdır. Tərəfindən 17.10.2020-ci il tarixli ödəmə çeki № 016263; 18.11.2020-ci il tarixli ödəmə çeki, №017495, 16.12.2020-ci il tarixli ödəmə çeki №001058-nömrəli ödəniş tapşırıqları ilə ümumilikdə 410 manat pul vəsaiti ''Firstec”MMC-nin kassasına ödənilmişdir. Məhkəmənin çıxartmış olduğu qətnamə ilə onun etmiş olduğu vəsaitlər arasında uyğunsuzluq vardır. Sonradan ödənişlərin dayandırılması "xxxx"MMC-nin öz öhdliklərinin yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)-208/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçı tərəfdən nisyə qaydada ümumi dəyəri 1644 manat olan 1 ədəd İPHONE 8 64 GB GOLD markalı mobil telefon almışdır. Ödəniş qrafikinə əsasən hər ay 137 manat məbləğində ödəniş etməli idi. İlk 3 ay, hər dəfə 137 manat olmaqla ödəniş etsə də, sonradan telefonda yaranmış nasazlıqla bağlı ödənişləri dayandırmışdır. Birinci instansiya məhkəməsi yekun qətnamə qəbul edərkən ödənilmiş 411 manat məbləği nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. ( iddiaçı tərəf məhkəmə tərəfindən göndərilmiş sorğuya da cavab verməmişdir) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılamşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli FSK 3173 saylı nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, qiyməti 1644 manat olan İPHONE 8 64 GB Gold markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hər ay 137 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli 188/20 saylı maliyyə arayışından məlum olur ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC –yə 1644 manat borcu vardır. 14 iyul 2020-ci il tarixli 436/20 saylı pretenziyadan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu 05 (beş) gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərfindən təqdim edilmiş 001058, 017495 və 016263 nömrəli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən FSK 3173 nömrəli müqavilə üzrə 17.10.2019, 18.11.2019 və16.12.2019-cu illərdə hər dəfə 137 manat olmaqla, ümumilikdə 411 manat ödəniş etmişdir (i/m səh.107-109). Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli FSK3173 saylı nisyə satılması haqqında alqı-satqı müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. Belə ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh kreditordan ümumi dəyəri 1644 manat olan 1 ədəd İPHONE 8 64 GB GOLD markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləği hər ay 137 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu FSK 3173 nömrəli müqavilə üzrə 001058, 017495 və 016263 nömrəli ödəniş qəbzləri ilə 17.10.2019, 18.11.2019 və16.12.2019-cu il tarixlərdə hər dəfə 137 manat olmaqla, ümumilikdə 411 manat ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Cavabdeh bunu telefonda yaranmış nasazlıqla əlaqələndirsə də, məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə də tam razılaşmır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh ümumi dəyəri 1644 manat olan borcundan ayrıayrı vaxtlarda 411 manat ödəniş etmiş, lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halını araşdırmamaqla, tərəflər arasındakı münasibətə düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “iddianın təmin olunmuş 411 manat” hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)-208/2021 nömrəli qətnaməsi qismən - yəni “iddianın təmin olunmuş 411 manat” hissəsində ləğv edilsin . İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnаmə “cаvаbdeh Cavabdeh 1233 (min iki yüz otuz üç) manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı Firstec” MMC-yə verilməsi” hissəsində dəyişdirilmədən sаxlаnsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1295/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1295/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver