Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X45rşı «müqavilələrin etibarsızlığı və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1351/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddiа təmin edilmiş, Şəki rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 2V440 reyestr nömrəli, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və xx xxxx 2018-ci il tarixli, 2V-430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-108 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 4Ə-814 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 2V-440 reyestr nömrəli, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və xx xxxx 2018-ci il tarixli, 2V-430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X22 onun babasıdır. Nuxa rayon ZDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1961-ci il tarixli 27 nömrəli iclas protokolu ilə şəhərin 93-cü kvartalında 19-cu rayon S.Vurğun küçəsi 9 nömrəli evdə yaşayan X12 öz həyətyanı 550 kv.m torpaq sahəsində tikdiyi birmərtəbəli iki otaqdan ibarət evinin sənədləşdirilməsi qərara alınmışdır. Babası xx xxx 1965-ci ildə vəfat etmişdir. X2, Cavabdeh4, Cavabdeh5, X7 və X8 adlı 5 övladı olmuşdur. Babası vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vərəsə kimi atası X23 qəbul etmiş və hal-hazıradək həmin evdə atası və onun ailəsi yaşamaqdadır. Babasının digər vərəsələri Cavabdeh4, Cavabdeh5, X7 və X8 atalarından miras qalmış əmlaka dair vərəsəliyi qəbul etməmişlər. X42 babası vəfat edərkən ayrı yaşamış, bibisi Firəngiz Səmədova isə ərdə olmuşdur. Digər əmiləri Cavabdeh4 1974-cü ildən, Cavabdeh5 1976cı ildən Rusiya Federasiyasında yaşamışlar. Əmiləri Cavabdeh4 1979-cu ildə, Cavabdeh5 1981-ci ildə həmin evdən qeydiyyatdan çıxmışlar. Hətta əmisi Cavabdeh5 1988-ci ildə Rusiyada notariusda ərizə yazaraq atasından qalan mirasdan imtina etdiyini bildirmişdir. Mübahisəli evdə uzun illər atası X23 ailəsi ilə birlikdə yaşamış, bibisi və əmilərinin həmin evə qarşı heç bir iddiaları olmamışdır. Lakin 2018-ci ilin sonlarında X1nın oğlu, hazırkı iş üzrə Cavabdeh1 ona qarşı “onun mülkiyyətində olan Şəki şəhəri, S.Vurğun küçəsi 2 saylı fərdi yaşayış evindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən onun həmin evdə yaşaması üçün törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 babasından miras qalmış mübahisəli evin 4/5 hissəsinin mülkiyyətçisidir. Bundan sonra ona məlum olmuşdur ki, mərhum babası X12 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi idarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə **********72-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, əmiləri Cavabdeh4 və Cavabdeh5 xx xxxxxxx 2017-ci il tarixli, 2V440 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə babası X16 məxsus fərdi yaşayış evinin hər birinə 1/5 hissə olmaqla vərəsə kimi tanınmışlar. Həmin vaxt notariat xidmətində əmilərinin adından etibarnamə əsasında Cavabdeh1 bütün sənədlərə imza etmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisindən götürülmüş xx xxxxxxx 2017-ci il tarixli, 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına əsas olmuş sənədlərdən görünür ki, həmin sənədlərin içərisində Cavabdeh5 doğum haqqında şəhadətnaməsinin surəti mövcud deyil. Bundan sonra Cavabdeh5 və Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə əmiləri Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyət hüququ üzrə onlara məxsus ünvan 1 ünvanında yerləşən hər birinə məxsus 1/5 hissəsini daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bibisi qızı Cavabdeh2 bağışlamışlar. Sözügedən müqaviləni həmin vaxt əmilərinin adından etibarnamə əsasında Cavabdeh1 Cavabdeh2 adından isə etibarnamə əsasında Valeh Yusifli imza etmişlər. Bundan sonra Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Əhmədova X25 şəhəri, S.Vurğun küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 2/5 hissəni qardaşı Cavabdeh1 bağışlamışdır. Həmin müqaviləni Cavabdeh2 adına etibarnamə əsasında Valeh Yusifli imza etmişdir. Buradan açıq-aşkar bəlli olur ki, Cavabdeh1 dayıları Vahid və Şahid İsmayılovların adına olan paylarını birbaşa öz adına bağışlaya bilmədiyi üçün Valeh Yusiflinin vasitəsi ilə bacısının adına bağışlatmış, bundan sonra öz adına keçirmişdir. X1 xx xxxx 2009-cu il tarixdə vəfat etmişdir. Onun oğlu Cavabdeh1 xx xxxxx 2018-ci il tarixdə, yəni anasının vəfatından 9 il sonra ərizə ilə Şəki şəhəri 2 saylı Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Firəngiz Səmədovanın 6 övladı olmasına baxmayaraq Cavanşir Səmədovun vərəsəliyinə münasibət bildirilmədən, təkcə Cavabdeh1 adına xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə baxmayaraq notarius qanunsuz olaraq Cavabdeh1 həmin şəhadətnaməni vermişdir. Digər vərəsələr Eldar, Asif, Yeganə və Cavahir ərizə yazaraq mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüklərini etiraf etmişlər. X3 isə xx xxxxxx 1995-ci il tarixdə vəfat etmişdir. Onun qızı Cavabdeh3 xx xxxx 2018-ci il tarixdə, yəni atasının vəfatından 23 il sonra ərizə ilə Şəki şəhəri 2 saylı Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Həmin vaxt Məmmədəli Hacıyevin 4 övladının və arvadının olmasına baxmayaraq onun Rəşid adlı oğlunun və arvadı Cavahirin vərəsəliyinə münasibət bildirilmədən təkcə Cavabdeh3 Məmmədli qızının adına verilmişdir. Həmçinin, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə baxmayaraq notarius qanunsuz olaraq Cavabdeh3 həmin şəhadətnaməni vermişdir. Digər vərəsələr Sədaqət və Vüqar ərizə yazaraq mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüklərini etiraf etmişlər. Bundan sonra Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 1/5 hissəsini Cavabdeh1 satmışdır. Bundan sonra Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, sözügedən şəhadətnamələr və çıxarışlar verilərkən bir mülkiyyətçi kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili X9 iddianı müdafiə etdiklərini bildirmişlər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, X22 onun babasıdır. Babası xx xxx 1965- ci il tarixdə vəfat etmişdir. Babasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/5 hissəsinin mülkiyyətçisidir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə dayıları Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyət hüququ üzrə onlara məxsus ünvan 1 ünvanında yerləşən hər birinə məxsus 1/5 hissəsini daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bacısı Cavabdeh2 bağışlamışlar. xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Əhmədova X25 şəhəri, S.Vurğun küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 2/5 hissəni ona bağışlamışdır. Bundam başqa xx xxxxx 2018-ci il tarixdə, yəni anasının vəfatından sonra ərizə ilə Şəki şəhəri 2 saylı Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmiş, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən anasına məxsus 1/5 hissəni qəbul etmişdir. xx xxxxxxx 2018-ci il tarixdə dayısı qızı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 1/5 hissəsini ona satmışdır. Bundan sonra adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, sözügedən şəhadətnamələr və çıxarışlar verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Əksinə iddiaçı bir mülkiyyətçi kimi onun hüquqlarını pozaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X52 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 isə nümayəndələrinin brinci instansiya məhkəməsinin iclasında iştirakını təmin etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X50 nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilən X13 göstərmişdir ki, İddiaçı onun qonşusudur. Özü 43 ildir ki, ünvan 2 ünvanında yaşayır. O, ailə həyatı qurub həmin evə köçdükdən sonra İddiaçı doğulmuşdur. Mübahisəli evdə iddiaçının atası Vaqif Hacıyev ailəsi ilə birlikdə yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilən X32 göstərmişdir ki, İddiaçı və Cavabdeh1 onun qonşularıdır. Şəki şəhəri, S.Vurğun küçəsində 1960-cı ildən bəri yaşayır. Lakin Cavabdeh5 və Cavabdeh4 həmin evdə yaşadığını görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilən X14 göstərmişdir ki, 1987-ci ildə ünvan 3 ünvanına gəlin köçmüşdür. İddiaçı, onun atası və anasını yaxından tanıyır. Mübahisəli evdə Vaqif Hacıyev ailəsi ilə birlikdə yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilən X15 göstərmişdir ki, İddiaçı və Cavabdeh1 onun qonşularıdır. ünvan 2 ünvanında İddiaçı və onun ailəsindən başqa heç kəsi görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, onlar məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyillər, onu qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Məhkəmə bu işə birtərəfli və qeyri-obyektiv baxmış, işin bütün hallarını qarşı tərəfin xeyrinə təhrif etmiş, son nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu evin mülkiyyətçisi olmuş Hacıyev İsmayıl 1965-ci ildə dünyasını dəyişmişdir. Həmin vaxt onun-Cavabdeh5 18 yaşı olmuş və o, atasının ölümündən sonra hərbi xidmətə getmiş, 1969-cu ildə hərbi xidmətimi başa vurmaqla Azərbaycana qayıtmış və 1978-ci ilə kimi bu ünvanda yaşamışdır. Yəni atası vəfat etdikdən sonra o, qardaşı Vaqif və şahid sağ olmuş, bu evdə faktiki olaraq yaşamışlar. Bununla da onlar mirası faktiki olaraq qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Lakin bu halların yetərincə sübutlarla təsdiq olunmasına baxmayaraq məhkəmə qəbul etdiyi qətnamədə belə bir qənaətə gəlmişdir ki, guya yalnız iddiaçının atası olmuş mərhum qardaşı Vaqif vərəsəliyi faktiki olaraq qəbul etmişdir. O-Cavabdeh5 Rusiyada yaşasa da bu evlə heç vaxt əlaqəni kəsməmiş, gedib-gəlmiş və qardaşı Şahid 80-ci illərin əvvəllərində ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə mübhisəli evə gəlmiş və burada bir müddət yaşamışdır. Onun daima Azərbaycana gəldiyi vaxtlarda yaşayış yeri bu mülk olmuş və o, hətta 80-ci ildə onun Rusiyadan göndərdiyi pul əsasında iddiaçının atası olmuş mərhum qardaşı əmisi X17 ev almışdır. Onun məqsədi bu idi ki, qardaşı Vaqifin öz evi olsun. Lakin, onun oğlu olan iddiaçı onların xəbəri və razılığı olmadan atasına məxsus olan ərazi ilə onlara aid olan torpaq sahəsini 2 nəfər şəxsə qanunsuz olaraq satmış və tikinti işləri aparılmışdır. Məhkəmənin qəbul etdiyi qətnamədə onların mirası qəbul etməmələri barədə yazdıqları onların gələcəkdə həmin miras əmlakdan tam olaraq məhrum edilmələrinə xidmət edir, mülkiyyət və vərəsəlik hüquqlarını kobud surətdə pozur, buna görə də qətnaməni qanunsuz hesab edir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1351/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X9 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4,Cavabdeh3, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X50 nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh5 və Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 xx xxx 1965-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan Şəki rayon 2 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X52 ünvanlanmış xx xxxxx 2017-ci il tarixli, 193 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsələri aşağıdakılardır: arvadı – X33 (vəfat edib), oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – X23 (vəfat edib), oğlu – X7 (vəfat edib) və qızı – X8 (vəfat edib). İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X33 xx xxxxx 1959-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh4 və Cavabdeh5 etibarnamə üzrə nümayəndələri Cavabdeh1 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli ərizələrin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 və Cavabdeh5 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi tanınaraq miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər. İşdə olan Şəki rayon 2 saylı notariat kontoru tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsələri Cavabdeh4 və Cavabdeh5 miras əmlakdan hər biri 1/5 hissə olmaqla bərabər pay almalıdır. Mərhumun adına 3/5 hissə açıq saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (3/5 hissə), Cavabdeh5 (1/5 hissə) və Cavabdeh4 (1/5 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, 4Ə-108 reyestr nömrəli “hədiyyə verənlər” Cavabdeh5 və Cavabdeh4 ilə “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 və Cavabdeh4 Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evindən özlərinə aid 2/5 hissəni Cavabdeh2 bağışlamışlar. Müqaviləni Cavabdeh5 və Cavabdeh4 əvəzinə Cavabdeh1, Cavabdeh2 əvəzinə isə X39 imzalamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (3/5 hissə) və Cavabdeh2 (2/5 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan Şəki şəhər İHBnin “İpəkçi” məhəllə Nümayəndəliyi tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 3/240 nömrəli vərəsəliyə dair arayışın təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2009-cu il tarixdə vəfat etmiş X5 vərəsələri aşağıdakılardır: həyat yoldaşı – X19 (vəfat edib), oğlu – X10 (vəfat edib), qızı – Səmədova (Əhmədova) Cavahir Cahangir qızı, oğlu – X20, oğlu – Cavabdeh1, qızı – Səmədova (Musayeva) Yeganə Cahangir qızı, oğlu – X24. İşdə olan Səmədova (Musayeva) Yeganə Cahangir qızı tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, Səmədova (Musayeva) Yeganə Cahangir qızı xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü, mirası qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Ərizəni Səmədova (Musayeva) Yeganə Cahangir qızının əvəzinə X39 imzalamışdır. İşdə olan X20 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü, mirası qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İşdə olan X24 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, X24 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü, mirası qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İşdə olan Cavabdeh1 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi tanınaraq miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. İşdə olan Şəki rayon 2 saylı notariat kontoru tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş 2V-234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Cavabdeh1 miras əmlakdan 3/5 hissəsinin 1/5 hissəsində pay almalıdır. Mərhumun adına 2/5 hissə açıq saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (2/5 hissə), Cavabdeh2 (2/5 hissə) və Cavabdeh1 (1/5 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxx 2018-ci il tarixli, 4Ə-814 reyestr nömrəli “hədiyyə verən” Cavabdeh2 ilə “hədiyyə alan” Cavabdeh1 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evindən özünə aid 2/5 hissəni Cavabdeh1 bağışlamışdır. Müqaviləni Cavabdeh2 əvəzinə X39 imzalamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (2/5 hissə) və Cavabdeh1 (3/5 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X7 XX sentyabr 1994- cü il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan X11 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü, mirası qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İşdə olan X18 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü, mirası qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İşdə olan Cavabdeh3 tərəfindən Şəki rayon 2 saylı notariat kontoruna ünvanlanmış xx xxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi tanınaraq atası X6 düşən 1/5 hissədə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. İşdə olan Şəki rayon 2 saylı notariat kontoru tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş 2V-430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Cavabdeh3 miras əmlakdan 2/5 hissəsinin 1/5 hissəsində pay almalıdır. Mərhumun adına 1/5 hissə açıq saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (1/5 hissə), Cavabdeh1 (3/5 hissə) və Cavabdeh3 (1/5) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxxx 2018- ci il tarixli, xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “satıcı” Cavabdeh3 ilə “alıcı” Cavabdeh1 arasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, ” Cavabdeh3 Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evindən özünə aid 1/5 hissəni Cavabdeh1 5000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində 0.055 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (1/5 hissə) və Cavabdeh1 (4/5 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə 43-cü maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 527, 532, 552, 554, 561 və 562-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) 140, 144.1, 144.2, 146.1, 1133.1, 1133.2 və 1243.3-cü maddələrinə, Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 5 №-li Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, miras qoyan X22 xx xxx 1965-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1965-ci il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Şəki şəhərində daimi yaşadığından və daşınmaz əmlak Şəki şəhərində yerlədiyindən mirasın açıldığı yer Şəki şəhəridir (həmin Məcəllənin 529-cu maddəsi). Miras əmlaka X22 öldüyü məqamadək malik olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daxil olmuşdur. X12 vərəsələrindən həyat yoldaşı X33 xx xxxxx 1959-cu il tarixdə vəfat etmiş, mübahisəli fərdi yaşayış evində isə mərhum X12 vərəsəsi X23 ailəsi ilə birlikdə yaşadığından miras əmlakı faktiki surətdə idarə etməyə başlayaraq mirası qəbul etmiş hesab olunmuşdur. Lakin miras əmlak X12 digər vərəsələri Cavabdeh4, Cavabdeh5, X7 və Səmədova (Hacıyeva) Firəngiz İsmayıl qızı tərəfindən qəbul edilməmiş, X23 öldüyü məqamadək, yəni 2011-ci ilədək onun tərəfindən idarə edilmişdir. X23 xx xxx 2011-ci il tarixdə vəfat etmiş, miras əmlakı onun oğlu İddiaçı faktiki olaraq qəbul edərək idarə etməyə başlamışdır. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak vərəsələrdən yalnız X23, onun vəfatından sonra isə İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə tərəflərin izahatları, şahidlərin ifadələri ilə öz təsdiqini tapır və mübahisə doğurmur. Birinci instansiya məhkəməsinin tədqiqi zamanı həmçinin müəyyən olunmuşdur ki, mərhum X12 vərəsələri Cavabdeh4 və Cavabdeh5 1970-ci illərdən etibarən Azərbaycan Respublikasında yaşamamış, hazırda Rusiya Federasiyasının vətəndaşıdırlar. Onlar mirası rəsmi və ya faktiki qaydada qəbul etməmiş, bununla da mirasın qəbulu müddətini ötürmüş, miras qoyanın ölümündən 52 il sonra Şəki rayon 2 saylı notariat kontoruna etibarnamə üzrə nümayəndələri vasitəsilə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Bununla da mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə baxmayaraq notarius tərəfindən Mülki Məcəllənin tələblərinin pozulmasına gətirib çıxarılmışdır. Həmçinin, mərhum X12 vərəsələri X7 və Səmədova (Hacıyeva) Firəngiz İsmayıl qızı mirası rəsmi və ya faktiki qaydada sağlıqlarında qəbul etməmiş, mirasın qəbulu müddətini ötürmüş, miras qoyanın ölümündən 53 il sonra onların vərəsələri Cavabdeh3 və Cavabdeh1 Şəki rayon 2 saylı notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Bununla da mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə baxmayaraq notarius tərəfindən Mülki Məcəllənin tələblərinin pozulmasına gətirib çıxarılmışdır. Məhz göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara (mərhum X12 vərəsələri Cavabdeh4, Cavabdeh5, X7 və X8 tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək və Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrini tətbiq edərək cavabdehlər tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Göründüyü kimi xx xxxxxxx 2017-ci il tarixli, 2V-440 reyestr nömrəli, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və xx xxxx 2018-ci il tarixli, 2V-430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin onların əsasında Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. xx xxxxxxx 2017-ci il tarixli, 2V-440 reyestr nömrəli, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və xx xxxx 2018-ci il tarixli, 2V-430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, onların əsasında Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olduğundan həmin şəhadətnamə və müqavilələr əsasında Cavabdeh1 verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, Şəki rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 2V-440 reyestr nömrəli, xx xxxxx 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və xx xxxx 2018-ci il tarixli, 2V- 430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-108 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 4Ə814 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-160/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-160/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver