Məhkəmə qərarları › İş №2(107)-1851/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1851/2020

21.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1851/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 və Cavabdeh4 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəsi X4, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X2rşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 nömrəli qərardadından iş üzrə iddiaçı X3 tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X2rşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, X14 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair olan xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/1257 reyestr nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə, həmçinin, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılmasına dair qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı X3 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, X14 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair olan xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx xxxxxxxx 2013-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı, Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylıvə Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi, həmin əmlakın əvvəlki vəziyyət qaytarılması, həmçinin həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə Cavabdeh3 vəfat etməsi bildirilmiş, məhkəmənin sorğusuna əsasən Şəki rayon 2 saylı X12 xx xxx 2018-ci il tarixli 359 saylı məktub ilə ölüm haqda şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələrin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixdə ölmüş, onun oğlu Mahmud Səmədli xx xxxx 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə almaqla onun mirasını qəbul etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq Cavabdeh3 vərəsəsi X5 və Cavabdeh4 cavabdeh qismində işə cəlb etmişdir. İddiaçı X1 xx xxxx 2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə birlikdə iddianın təmini tədbiri barədə ərizəsi daxil olmuşdur. Həmin ərizədə o, hazırki mülki işin obyektiv və hərtərəfli araşdırılması həmçinin qətnamənin icrsının həyata keçirilməsi məqsədi ilə Şəki şəhəri, M.F.Axundov 72 ünvanında 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının üzərinə həbs qoymaqla həmin əmlakların özgəninkiləşməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixi 2(075)-1347/2018 nömrəli qərardadı ilə iddiaçı X1 ərizəsi təmin edilmiş və hazırki mülki işin obyektiv və hərtərəfli araşdırılması həmçinin qətnamənin icrsının həyata keçirilməsi məqsədi ilə Şəki şəhəri, M.F.Axundov 72 ünvanında 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının üzərinə həbs qoymaqla həmin əmlakların özgəninkiləşməsinin Şəki 2 saylı Notariat kontoruna və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Mülki işə baxılaraq, Şəki rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1347/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh4 apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)- 2718/2018 saylı qətnaməsi ilə Məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1347/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən cavabdeh X8 və vəkili X9 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(102)- 2753/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-2718/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2221/2019 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X1 cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəsi X8 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs - Şəki rayon 2 saylı X7 qаrşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı X1 və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(102)-8007/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2221/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəməyə ərizə ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1347/2018 saylı qərardadının ləğv edilməsi, xx xxxx 2018-ci il tarixli, 2(075)-1347/2018 saylı qətnaməsinin icrasının dayandırılması, icra sənədlərinin ləğv olunmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəsi X4, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X2rşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1347/2018 nömrəli iddianın təmin edilməsi tədbiri haqqında qərardadının ləğv ediməsi, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1347/2018 saylı qərardadı əsasında Şəki şəhəri, M.F.Axundov 72 ünvanında 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. İddiaçı X3 xx xxxx 2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 saylı qərardadının ləğv edərək ərizənin yenidən araşdırılması üçün icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 nömrəli (hakim C.İmanov) qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəsi X4, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı X2rşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1347/2018 nömrəli iddianın təmin edilməsi tədbiri haqqında qərardadının ləğv edilməsi və Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1347/2018 saylı qərardadı əsasında Şəki şəhəri, M.F.Axundov 72 ünvanında 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Qərardaddan iddiaçı X3 şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(075)-1347/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı ona münasibətdə düzgün qəbul edilməyib. Belə ki, məhkəmə qərardadında qeyd etmişdir ki, guya məhkəmə iclası barədə məlumatlandırılmağına baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və məhkəməni iştirak edə bilməməyi barədə məlumatlandırmamışdır. Lakin, bununla əlaqədar qeyd etməyi zəruri bilir ki, əvvəlki məhkəmə iclası barədə qərardad çıxarılan zaman şikayətində də qeyd etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixə təyin edilən iclası barədə o, elə xx.xx.2020-ci il tarixdə Bakı şəhərində yerləşən 1001 indeksli poçtdan saat 15.30-da məktub almış, təbii ki, bu onun məhkəmədə iştirakını mümkünsüz edir. Maraqlıdır ki, bu dəfəki iclas barədə məhkəmə ona ümumiyyətlə bildiriş göndərməmişdir. Onun məhkəmə iclasında iştirakını mümkünsüz edən bir digər hal isə dünyada mövcud olan COVİD-19 pandemiyası ilə əlaqədar o, ölkədə elan olunan karantin tədbirlərinə görə Bakı şəhərində sərt karantin tədbirlərinin həyata keçirilməsi olmuşdur. Nəticədə Bakı şəhərindən ölkə üzrə bütün istiqamətlərdə nəqliyyatın hərəkəti dayandırılmışdır. Bu isə onun vaxtında Bakıdan Şəkiyə getməyinə mane olan hal olmuşdur. Bütün bu çətinlikləri nəzərə alaraq o, elə poçt şöbəsindəcə məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Təəssüflər olsun ki, əldə olan bütün imkanlardan istifadə edərək məhkəməni məlumatlandırmağına baxmayaraq məhkəmə onun iştirakı olmadan qərardad qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 şikayətə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər davam etmiş və sonda qərar onların xeyrinə həll olunmuşdur. Hesab edir ki, iddianın təmin tədbiri kimi əmlakın üzərinə qoyulmuş həbs uzun müddət davamn edə bilməz. Lakin iddiaçı müxtəlif üsullarla bu prosesi yubatmağa çalışır. Birinci instansiya məhkəməsinin ucraatı zamanı da iddiaçı məhkəmə proseslərinə gəlməmişdir. Şikayəti qəbul etmir və birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X3 və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir. (İddiaçı xx.xx.2020-ci il tarixdə şəxsən iş materialları ilə tanış olmuşdur). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini iclasda iştirak edən Cavabdeh4 izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunvericiliyə əsasən iddianın təmin edilməsinə əsas məqsəd məhkəmənin gələcəkdə qəbul ediləcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi hallar ilə bağlıdır və həmin qərardadla iş mahiyyəti üzrə həll oluna bilməz. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edilərkən məhkəmə iddiaçının iddia tələbinin əsaslılığını və həmin iddia ilə bağlı gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansı qanunazidd hərəkətlər edə biləcəyi haqqında şübhələrin əsaslı olub-olmamasını müəyyən etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində iddianı təmin etmək üçün görülə bilən tədbirlər göstərilmişdir və bu tədbirlər sırasında cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq da nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə müəyyən edilmişdir ki, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.2-ci maddəsi). Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Mülki Prosessual Məcəllənin 162.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyəminənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edilodikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır Mülki işdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X14 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201.3 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsinə Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Mülki işdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X14 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201.3 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X14 prospekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201.3 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsi Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin ləğvinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsi və qoyulmuş həbsin götürülməsi bir mülkiyyətçi kimi əmlak sahibinin hüquqlarının qorunması baxımından da məqsədə müvafiq hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1347/2018 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1347/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver