Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2012/2021 18.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı Sahib oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd üzrə nümayəndəliyi, Ağsu Rayon Kalva Bələdiyyəsi və Ağsu Rayon Dilman Bələdiyyəsinə qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, ərazinin, eləcə də fermanın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sahib oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd üzrə nümayəndəliyi, Ağsu Rayon Kalva Bələdiyyəsi və Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24.11.2020-ci il tarixli Çıxarışa əsasən tam xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714,7 kv.m əmlak kompleksini (ferma) və 0,081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsini özbaşına zəbt edərək tutmuş Cavabdeh1, Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmalarını, ərazinin, eləcə də fermanın boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 “iddianın təmin etmə tədbiri" barədə vəsatət verərək mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsində iddiaçı tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərə qadağa qoyulmasını xahiş etmişlər. Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadı ilə (hakim Anar Əsgərov) mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsində iddiaçı tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərə qadağa qoyulması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət Ağsu Rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və onların şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)- 922/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 157.1-ci mаddəsinə əsаsən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qərara alarkən göstərmişdir ki, iddianın təmin tədbiri barədə ərizə iddianın gələcəkdə icrasının təmin edilməsinə yönəldiyindən və cavabdehlərin hər hansı bir tələbləri olmadığından, ərizə rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iş Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2012/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2012/2021
18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver