Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-208/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı, Cavabdeh iddiaçılara qarşı (açar sözlər: fərdi yaşayış evinə dair yaşamaq, istifadə hüququnun tanınması və ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus həyətyanı torpaq sahəsinin natura qaydasında bölünməsi və mənzilə payların naturada bölgüsü və istifadə qaydalarının müəyyən edilməsi tələbləri) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X11 və X4 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı2, eyni zamanda iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair yaşamaq, istifadə hüququnun tanınması və ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus həyətyanı torpaq sahəsinin natura qaydasında bölünməsi tələbinə dair” ilk iddia, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “mənzilə payların naturada bölgüsü və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnаməsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanında 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 m2 sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəli qeydiyyata alınmışdır. İddiaçı2 torpaq sahəsi (6/36 hissə), İddiaçı3 torpaq sahəsi (6/36 hissə), İddiaçı4 torpaq sahəsi (6/36 hissə) Cavabdeh yaşayış evi (5/6 hissə), torpaq sahəsi (8/36 hissə), İddiaçı1 yaşayış evi (1/6 hissə), torpaq sahəsi (10/36 hissə) müəyyən olunmuşdur.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar Namiq Vəliyev, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi, torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin, qalan hissədə, yəni fərdi yaşayış evində yaşamaq, istifadə hüququnun tanınması və köçürülmənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahi etmişdir.
4. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvad, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 isə onların övladlarıdır. Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında iddiaçıların ümumi paylı mülkiyyətinə həyətyanı torpaq sahəsi daxildir. ünvan 3 ünvanına dair mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmı əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli (Cavabdeh münasibətdə ) və xx.xx.2022-ci il tarix ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən təsbit edilmişdir. X14 İddiaçı1 anasıdır. X14 vəfat etmişdir. Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi ondan miras qalmış və həmin fərdi yaşayış evinə vərəsəlik işi açılmaqla yaşayış evinin 5/6 hissəsi Cavabdeh mülkiyyəti hesab edilmiş, digər 1/6 hissəsi X9 mülkiyyətində qalmışdır (İddiaçı1 çatmalı olan paydır). Cavabdeh İddiaçı1 bacısı, İddiaçı2 baldızı, digər iddiaçılar Səbrin və Nəsrinin isə bibisidir. İddiaçıların əsas və daimi yaşayış yeri Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 olmuşdur. İddiaçı1 ünvan 5 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayır və günəmuzd işləyir. İddiaçı2 Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanına 11 noyabr 1997-ci il tarixdə gəlin köçmüş, övladlarını həmin evdə dünyaya gətirmişdir. Həmin ünvanda qeydiyyatdadır. ünvan 7 ünvanlarda kirayədə yaşayır. İddiaçı3 ünvan 8 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. İddiaçı4 ünvan 8 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. İddia tələbi üzrə mübahisə predmeti olan Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh nəzarətindədir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə, yaşamaq hüququnun tanınmasını və həmin evə köçürülməsini istəyirlər. ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair iddiaçılar paylarının natura qaydasında bölünməsini istəyirlər, o cümlədən iddiaçıların hüquqi maraqlarının üstüstə düşməsini nəzərə alan payları eyni istiqamətdən ayrılmasını istəyirlər. Məhkəməyə müraciət etməmişdən öncə, yuxarıda qeyd edilən istəklərini cavabdehə bildirmişlər. Cavabdeh isə bu barədə tələblərini qəbul etməmiş və həmin daşınmaz əmlaka dair iddiaçıların heç bir hüquq, haqlarının olmadığını bildirərək anasının, X9 mübahisələndirilən əmlakı ona vəsiyyət etdiyini bildirmişdir.
5. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 12 oktyabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyyətdə olan 0.0548 ha torpaq sahəsi mərhum X7 məxsus 6/36 hissəsindən ibarətdir. Ona verilmiş həmin şəhadətnaməyə əsasən onun adına verilmiş çıxarışda torpaq payı 11/36 hissə qeyd olunmuşdur. Lakin İddiaçı2 adına verilmiş çıxarışda onun torpağa payı 8/36 hissə, mənzilə isə 5/6 hissə qeyd olunmuşdur. Fərdi yaşayış evinin özünə aid hissəsini, yəni 5/6 hissəni 19 aprel 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 vermişdir, buna baxmayaraq mənzilin kirayə pulları İddiaçı2 təqdim olunmuşdur və bu günə kimi də ona ödənilir. İddiaçılar torpağın naturada bölgüsünü, fərdi yaşayış evindən yaşamaq istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini tələb etsələr də, fərdi yaşayış evinin paylara uyğun bölünməsini məqsədli şəkildə qeyd etməmişlər. İddiaçıların yaşadıqları otaq həyətin arxa tərəfinə düşür və həyətə çıxışı mümkündür və həmin hissədə həyətyanı torpaq sahəsi olmaqla küçəyə çıxışı da var. Bu səbəbdən də ilk iddia üzrə iddiaçıların fərdi yaşayış evində onun payına düşən hissəsinə köçürülməsi və istifadə hüquqlarının tanınması qanuna ziddir və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla pozulmasına gətirib çıxarır. Fərdi yaşayış evi naturada bölünməklə, istifadə qaydaları müəyyən edilməlidir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, habelə digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2 ilk iddianı qismən müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, İddiaçı1lə nikahlarını rəsmi qeyd etdirdikdən sonra, sonuncunun valideynlərinə məxsus Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və orada yaşamışdır. Bu nikahdan 2 övladı, İddiaçı3 və İddiaçı4 doğulmuşlar. Yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 6/36 hissəsi onun, 6/36 hissəsi İddiaçı3, 6/36 hissəsi Nəsrinın, 10/36 hissəsi əri İddiaçı1, qalan 8/36 hissəsi isə baldığı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X10 vəfat etdikdən sonra isə qeyd edilən yaşayış evinin 5/6 hissəsi Cavabdeh, digər 1/6 hissəsi isə əri İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Aralarında mübahisə olduğundan Cavabdeh bir müddət onları həmin evdə yaşamağa icazə verməmiş, evi kirayə olaraq başqa şəxsə vermişdir. Lakin hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən bir müddət sonra onlar ailəliklə həmin evə köçmüş və hazırda da həmin evdə yaşayırlar. Bununla bağlı hazırda mübahisələri yoxdur. Lakin, torpaq sahəsində olan paylarının onların vahid maraqları nəzərə alınmaqla, habelə İddiaçı1 yaşayış evində olan payının Cavabdeh məxsus paydan ayrılmasını istəyirlər. Ekspertin təqdim etdiyi rəy əsasında torpağın bölgüsünün aparılması onların maraqlarına uyğundur və torpağın həmin qaydada bölgüsünü təmin edilməlidir. Belə ki, yaşayış evinin bir otağının qapısı həyətə, darvazanın qarşısına açılsa da, digər qapısı bilavasitə küçəyə açılır. Bu səbəbdən evin həmin hissəsinin, evin həyətinə, torpağın onların payına düşən hissəsinə açılan qapını bağlamaqla, küçəyə açılan qapını isə saxlamaqla Cavabdeh mülkiyyətinə verilməsi, ekspert rəyində qeyd edilən qaydada torpaq sahəsini bölünməsi mümkündür. İlk iddianın ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması hissəsində təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi, habelə həmin evin yerləşdiyi torpaq sahəsinin 8/36 hissəsi ona mülkiyyət hüququ üzrə məxsusdur. İddiaçı1 onun qardaşı, digər iddiaçılar isə onun qardaşının ailə üzvləridir. Yaşayış evinə dair bir müddət Elşən Abdullayev adlı şəxslə kirayə müqaviləsi bağlasa da, müqavilə üzrə kirayə haqqını qardaşı İddiaçı1 və onun arvadı İddiaçı2 almışdır. Daha sonra isə onlar ailə olaraq həmin evə köçmüş və orada yaşamağa və istifadə etməyə davam etmişlər. Bununla bağlı onlara hər hansı maneə törətməmişdir. Həmin yaşayış evinin paylar üzrə bölgüsü mümkün deyildirdir. Torpaq sahəsinin ekspert rəyinə uyğun bölgüsü isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, ekspert rəyində qeyd edilən qaydada bölgü aparılarsa həyətdən və həyətdə yerləşən yardımçı tikililərdən onun istifadə hüququ tam olaraq məhdudlaşdırılacaq. Eyni zamanda elə olduğu təqdirdə əlavə təmir-tikinti işləri aparılmalıdır ki, buna da müəyyən xərclər gərəkdir. Digər tərəfdən ilk iddia üzrə İddiaçı2 İddiaçı1lə ailə münasibətləri artıq pozulmuşdur, bu səbəbdən İddiaçı2 yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılmasının marağındadır. Bu səbəbdən ilk iddianın təmin edilməməsini, fərqli qaydada bölgü aparılmaqla qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, Cavabdeh ilə kirayə müqaviləsi bağlayaraq Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə yaşamaq üçün öncədən İddiaçı2 və İddiaçı1lə razılaşmışdır. 2021-ci il aprel ayından hər ay 300 manat ödəməklə Cavabdeh ilə kirayə müqaviləsi bağlamışdır. Kirayə pulunu 2022-ci ilin noyabr ayına kimi İddiaçı2 və İddiaçı1 ödəmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X15 bildirmişdir ki, iş üzrə tərəflərin qohumudur. Belə ki, İddiaçı2 ilə İddiaçı1 ailə münasibətləri pozulmuşdur. Qohumların biri ilə söhbət əsnasında İddiaçı2 bildirmişdir ki, yaşadıqları evin satılmasına nail olacaq və bundan sonra İddiaçı1lə boşanacaqdır.
10. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 220.1, 220.2 və 220.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... mübahisə ilə bağlı X3 18 iyul 2023-cü il tarixli, 10/1520 nömrəli ekspertiza rəyində rəy verən ekspert 4 nəfərdən ibarət olan iddiaçı tərəfin maraqlarının üst – üstə düşməsini nəzərə alaraq texniki cəhətdən bölgünün mümkün olduğu qənaətinə gəlmişdir. Lakin, bununla bağlı məhkəmənin gəldiyi nəticə iddiaçı tərəfin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı tərəf, artıq formalaşmış bir ailədir. Mülkiyyət hüquqlarının natura qaydasında ayrılmasını tələb etdikləri həyətyanı torpaq sahəsi respublikamızda torpaq islahatı keçirilən zaman əvəzsiz olaraq iddiaçı tərəfə verilmişdir. İddiaçı tərəf, öz ailələrinin mülkiyyəti altında olan həyətyanı torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək istəyirlər. Həmin torpaq sahəsində öz maraqlarının təmin etmək məqsədilə tikili tikmək, orada hər hansı bir işlə məşğul olmaq və sairə arzularını reallaşdırmaq imkanları qanunla tanınmalıdır və belə bir məhdudiyyətin qoyulması, yəni natura qaydasında bölgü tələblərinin rədd edilməsi birbaşa mülkiyyət hüquqlarının pozulması deməkdir. Hansıki, iddiaçıların maraqlarının təmin edilməsi ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilə bilərdi. Çünki, iş materiallarında ixtisaslı ekspertin əsaslandırılmış rəyi vardır. Eyni zamanda, həmin rəy, əslində, iddiaçıların həyətyanı torpaqdan paylarının azalması ilə nəticələnir. Çünki, həyətyanı torpaq sahəsini 2 hissəyə, yəni 8/36 və 28/36 hissədə texniki cəhətdən bölgü mümkün hesab edilərkən, fərdi yaşayış evinin altındakı torpaq sahəsi nəzərə alınmamışdır. Bu hal da Cavabdeh maraqlarına uyğun hesab edilməlidir. Baxmayaraq ki, həyətyanı torpaq sahəsinin 2 hissəyə texniki cəhətdən mümkünlüyünə dair tərtib edilmiş rəydə iddiaçılar ailəsi olaraq onların torpaq sahələrinin həcmi azalır, onlar bölgünün həmin rəyi əsasında bölünməsinə razı idilər. Çünki, ailə olaraq mülkiyyətlərinin altında olan həyətyanı torpaq sahəsində gələcəyini planlaşdırmaq onların da haqqıdır. Mülkiyyətçi ailə olaraq 28/36 hissədə paylarını natura qaydasında ayıra bilməməkləri mülkiyyətçi olaraq istifadə, sahiblik və sərəncam vermək hüquqlarının pozulması deməkdir. İş üzrə qətnamə qəbul edilərkən məhkəmə iş üzrə müəyyən edilmiş edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)- 30/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçııların nümayəndəsi İddiaçı2, eyni zamanda iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək göstərmişlər ki, iddiaçılar hal hazırda mübahisəli evdə yaşayırlar və onlara qarşı hər hansı bir maneə yoxdur, ona görə də birinci instansiya məhkəməsində işə baxılarkən ilk iddianın yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinə münasibətdə tələblərini geri götürmüşlər. Tərəflər arasında barışığın əldə olunması imkanı gözdən keçirilmiş lakın ümumi razılığa gəlmək mümkün olmamışdır. Ona görə ki, mübahisəli fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi sözügedən evdən daha qiymətlidir. Cavabdeh isə Bakı şəhərində yaşayır və mübahisəli evdə yaşamaq niyyəti yoxdur. Cavabdeh təklif edir ki, ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak olaraq satılsın və satışdan əldə olunmuş vəsaitin 3/4 hissə ona verilsin. Həmin təklif iddiaçı tərəfi qane etməmişdir. Belə ki, əgər cavabdeh həmin vahid daşınmaz əmlakın satışından əldə olunan vəsaitin müvafiq şəkildə bölünməsini təklif etsəydi, iddiaçı tərəf bunu qəbul edərdi. Ona görə ki, vahid daşınmaz əmlak satılmış olduğu təqdirdə onun qiymətinin yuxarı olmasını həyətyanı torpaq sahəsinin qiyməti təmin edəcəkdir, çünki torpaq sahəsi evə nisbətən daha dəyərlidir. Ev köhnə olduğuna görə onun qiyməti aşağıdır, torpaq sahəsi isə şəhərin mərkəzində yerləşdiyindən daha qiymətlidir. Ona görə də şikayətin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsinin ləğv edərək ilk iddianın qalan hissədə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.19. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddiaya aid hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. (...) İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (...).
25. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (...).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
30. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 m2 sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəli qeydiyyata alınmış və İddiaçı2 torpaq sahəsində 6/36 hissə, İddiaçı3 torpaq sahəsində 6/36 hissə, İddiaçı4 torpaq sahəsində 6/36 hissə, Cavabdeh yaşayış evində 5/6 hissə, torpaq sahəsində 8/36 hissə, İddiaçı1 yaşayış evində 1/6 hissə, torpaq sahəsində 10/36 hissə payları müəyyən olunmuşdur. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşayın evinin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla həm torpaq sahəsinin mülkiyyətçiləri, həm yaşayış evinin paylı mülkiyyətçisi İddiaçı1 ailə üzvü kimi həmin ünvanda istifadə hüququna malik olmaqla hazırda da həmin evdə yaşayırlar.
43. İlk və qarşılıqlı iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar hər birinin Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi barədə tələb irəli sürsə də, iş üzrə tərəflərin izahatları ilə təsdiq olunur ki, iddiaçılardan İddiaçı1 yaşayış evinin payı mülkiyyətçisi olmaqla, digəər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə evin paylı mülkiyyətçisinin ailə üzvləri olmaqla istifadə hüququna malik olub hazırda həmin evdə yaşayır və sərbəst şəkildə istifadə edirlər. İddiaçıların nümayəndəsi İddiaçı2 evdə yaşadıqlarını və hər hansı bir maneələrin olmadığını bildirməklə bu hissədə ilk iddianı müdafiə etməmişdir.
44. Birinci instansiya məhkəməsi iddianın Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyinə əsasən Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh payı 5/6, İddiaçı1 payı 1/6 olması nəzərə alınmaqla mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qarşılıqlı iddianın torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh belə bir qarşılıqlı tələb irəli sürsə də ekspert rəyi ilə müəyyən edilmiş bölgü qaydasını qəbul etməmişdir. Eyni zamanda Cavabdeh həm yaşayış evinin, həm torpaq sahəsinin mövcud paylar üzrə bölgüsünün mümkünlüyü barədə hər hansı sübut təqdim etməmişdir.
45. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli 10/1520 nömrəli ekspertiza rəyində qeyd olunur ki, - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh payı 5/6, İddiaçı1 payı 1/6 olması nəzərə alınmaqla mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89- un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğunu nəzərə alaraq, sözügedən torpaq sahəsinin mülkiyyəçilərin paylarına uyğun şəkildə bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. - Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin paylar birgə olmaqla tərəflər arasında 2 hissəyə yəni 8/36 və 28/36 (10/36, 6/36, 6/36 və 6/36) texniki cəhətdən bölgüsü mümkündür. Qeyd olunur ki, torpaq sahəsinə dair bölgü variantı rəyə əlavə edilmiş sxemlərdə ətraflı göstərilmişdir (bax rəyə əlavəyə). - Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin bögüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.24 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq təhqiqat aparılmadı.
46. İlk iddia tələblərinin ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üstüstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması hissəsini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə müəyyən edilmiş qaydada torpaq sahəsinin iki hissəyə bölünməsi nəzəri baxımdan mümkün olsa da, bu qaydada bölgü Cavabdeh mülkiyyətçi olaraq həm torpaq sahəsindən, həm həmin torpaq üzərində yerləşən yardımçı tikililərdən və yaşayış evindən istifadə hüququnu məhdudlaşdıracaqdır.
47. Belə ki, ekspert rəyində qeyd edilmiş qaydaya uyğun olaraq Cavabdeh ayrılması mümkün olan hissə yaşayış evinin sol hissəsinə düşür ki, həmin hissədən küçəyə hər hansı çıxış hazırda mövcud deyil. Digər tərəfdən bu qaydada bölgü aparılarsa Cavabdeh paylı mülkiyyətçisi olduğu yardımçı tikililərdən istifadəsi mümkün olmayacaqdır.
48. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda sözü gedən ekspert rəyinə tənqidi yanaşmışdır ki, kollegiya da bununla razılaşır.
49. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(107)-208/2024 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.
50. Təkrar ekspertizanın keçirilməsinə dair qərardadda işin faktiki hallarına uyğun olaraq aydınlaşdırılıb cavablandırılması üçün aşağıdakı sual qoymuşdur:
1. Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğunu nəzərə alaraq, sözügedən torpaq sahəsinin tərəflər arasında 2 hissəyə, yəni 8/36 və 28/36 (10/36, 6/36, 6/36 və 6/36) texniki cəhətdən bölgüsü mümkün olduğu halda, Cavabdeh mülkiyyətçi olaraq həm torpaq sahəsindən, həm həmin torpaq üzərində yerləşən yaşayış evindən və yardımçı tikililərdən istifadə hüququnu məhdudlaşdırırmı?
2. Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətçi olaraq fərdi yaşayış evindən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən yardımçı tikililərdən istifadəsi zamanı müvafiq tikinti normalarının tələblərinə əməl olunmaqla bölgü sərhədlərinin çəkilməsinin mümkün olub-olmaması müəyyən edilsin.
3. Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin 2 hissəyə bölündüyü halda, Cavabdeh mülkiyyətçisi olduğu fərdi yaşayış evinin yanından çəkiləcək sərhəd hasarları ilə fərdi yaşayış evinin ara məsafəsi saxlanılmaq şərti ilə tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq bölğünün mümkün olub-olmaması müəyyən edilsin.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1309 saylı məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki; 1-ci sual üzrə: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğunu nəzərə alaraq, sözügüdən torpaq sahəsinin tərəflər arasında 2 hissəyə, yəni 8/36 və 28/36 olması nəzərə alınmaqla mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölünməsi “inşaat Norma və Qaydaları’’ 2.08.01.89-un 1.1, 2,2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığından Cavabdehnm mülkiyyətçisi olaraq həm torpaq sahəsindən, həm həmin torpaq üzərində yerləşən yaşayış evindən və yardımçı tikililərdən istifadə hüququnu məhdudlaşdırıb- məhtudlaşmamasj məsələsi üzrə tədqiqat aparılmadı. 2 və 3-cü suallar üzrə: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin 2 hissəyə bölündüyü halda, Cavabdehnm mülkiyyətçisi olduğu fərdi yaşayış evinin yanından çəkiləcək sərhəd hasarları ilə fərdi yaşayış evinin ara məsafəsi saxlamaq şərti ilə tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq (tərəflərinin paylarına uyğun şəkildə, 8/36 hissə düşən sahədən 20,1m2 (121,7-101,6) az təşkil etdiyini nəzərə alaraq) bölgün mümkün olmadığı müəyyən edilir.
52. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəylərinin kifayət qədər aydın olmaqla bir-birini tamamladığını vurğulayaraq hesab edir ki, həmin ekspert rəylərini MPMin 88 və 103-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirir.
53. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1309 saylı ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
54. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin 18 iyul 2023-cü il tarixli 10/1520 nömrəli ekspertiza rəyinə uyğun olaraq paylar birgə olmaqla tərəflər arasında 2 hissəyə yəni 8/36 və 28/36 (10/36, 6/36, 6/36 və 6/36) texniki bölünməsi yalnız cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə mümkündür.
56. Buna görə məhkəmə kollegiyası da həyətyanı torpaq sahəsinin işə əlavə edilmiş 18 iyul 2023-cü il tarixli 10/1520 nömrəli ekspert rəyi əsasında bölünməsini qanuna uyğun hesab etmir.
57. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlili əsassız olduğundan təmin edilə bilməz.
58. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur.
59. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
60. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları əsasən düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
63. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul iddiaçılardan müştərək qaydada tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tаrixli, 2(039)-30/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul iddiaçılardan müştərək qaydada tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov