Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2147/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tаrixli, 2(051)-831/2021 saylı qərardadından iddiaçı X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadına əsasən iddiaçı X2 Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiasının baxılmamış saxlanması qərara alınmışdır. İddiaçı X6 həmin qərardaddan şikayət vermişdir. İddiaçı X1 şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051)-831/2021 nömrəli qərardadından verdiyi şikayətində göstərmişdir ki, məhkəmə işi baxılmamış saxlamaqda haqlı olmamışdır. Belə ki o, məhkəmə prosesinin iştirakı olmadan keçirilməsi ilə bağlı məktub göndərmiş və məhkəmə də qarşı tərəfin gəlib-gəlməməsindən asılı olmayaraq işə baxmalı idi. Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı X6 həmin qərardaddan şikayət vermişdir Mingəçevir şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 16 avqust 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadı ləğv edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadından iddiaçı X2 verdiyi şikayətə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, şikayət vaxtında verilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından müəyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(051)- 831/2021 saylı qərardadı iddiaçı X3 çatdırılmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə qərardad tərəfə rəsmi qaydada təqdim edilməlidir. İş materiallarında isə sözügedən qərardadın iddiaçıya çatdırılması barədə hər hansı bir sübut yoxdur. Ona görə də kollegiya hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadı ləğv edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadından iddiaçı X2 verdiyi şikayətə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tаrixli, 2(051)-831/2021saylı qərardadı tam ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051)-831/2021 saylı qərardadından iddiaçı X2 verdiyi şikayətə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2147/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2147/2021
04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver