Məhkəmə qərarları › İş №2(107)-2191/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2191/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2191/2020 23.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən apelyasiya mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər onlar üçün hər ay hər uşaq üçün 100 manat, ümumilikdə 200 manat məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı “apelyasiya şikayəti” vermişdir. İddiaçı şikayətində “Şəki Apelyasiya Məhkəməsində indiyə qədər yığılmış 420 manat borcun silinməsinə və alimentin 100 manata endirilməsinə dair şikayət və ya protest təqdim edilməsini” xahiş etmişdir Mülki Prоsessuаl Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayəti iş üzrə iddia ərizəsi və qəbul olunmuş qətnamə ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçının şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələbləri uzlaşmır. Belə ki, iddiaçı iddia ərizəsində “birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər onlar üçün hər ay hər uşaq üçün 100 manat, ümumilikdə 200 manat məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini” xahiş etsə də apelyasiya şikayətində yığılmış 420 manat borcun silinməsini də xahiş etmişdir. Bundan əlavə şikayətin məzmunundan görünür ki, iddiaçı apelyasiya şikayəti əvəzinə “şikayət” verimiş, şikayətdə MPM-in 361.1-ci maddəsinin tələbində göstərildiyi kimi məhkəmənin adı və ünvanını göstərməmiş, həmçinin şikayətin “xahiş edirəm” hissəsini qeyri-müəyyən göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara kifayət qədər diqqət yetirmədən şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 358.0.1-ci maddəsinə görə, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apelyasiya məhkəmələrinin mülki kollegiyalarına şikayət verilə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən, apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən, apelyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə аpelyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpelyаsiyа qeyri-mümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-365-ci maddələrinin tələbləri baxımından qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Q ə r а r а а ld ı : Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-786/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-365-ci maddələrinin tələbləri baxımından qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar