Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2887/2019 28.11.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə İddiaçı və qızının Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə veriməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş Apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddiа təmin edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən Cavabdeh və ailəsinə məxsus "Çaliaxo" adlanan sahədə yerləşən 1.70 ha torpaq sahəsi üzrə tərəflər arasında 08 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin İddiaçı dəmməṀ qızının mülkiyyətinə verilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonunun, Əliabad qəsəbəsində “Çaliaxo” adlanan sahədə yerləşən Cavabdeh ailə üzvlərinə məxsus 1.70 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasına dair qərardad çıxararaq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılarkən iş üzrə cavabdehə ***- ***-**-** nömrəli telefonla məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş 08 dekabr 2014-cü il tarixli tərəflər arasında imzalanaraq təsdiq edilmiş aktdan görünür ki,1.70 ha torpaq sahəsini cavabdeh iddiaçıya 1500 ABŞ dollarına satmışdır. İş materiallarına əlavə edilmiş 23 aprel 2006-cı il tarixli aktdan görünür ki, cavabdehin ailə üzvlərinin sözügedən torpaq sahəsinin satılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş arayışdan görünür ki, cavabdein ailə üzvləri 5 nəfər, hər biirnin payı isə 0.34 ha olmaqla, 1.70 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi ailə üzvlərinə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyаsiyа şikаyəti vermiş. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, məhkəmənin qətnaməsindən narazıyam və ləğv edilməsini xahiş edirəm. Məhkəmə işə birtərəfli baxaraq ədalətsiz qətnamə çıxararaq mənim hüquqlarımı pozmuşdur. Ona görə də həmin qətnamə ləğv olunmalıdır. Qeyd etmək istəyirəm ki, məhkəmə işə baxarkən qanunun bir çox tələblərini pozmuşdur. Belə ki, iddia ərizəsi və həmin ərizəyə əlavə edilmiş sənədlərin surətləri mənə təqdim edilməmiş,adıma rəsmi bildiriş göndərilməmişdir. Qətnamədə qeyd edilir ki, işə baxılarkən iş üzrə cavabdehə ***-***-**-** nömrəli telefonla məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Qeyd etmək istəyirəm ki, həmin telefon nömrəsi mənə məxsus deyil. Ona görə də məhkəmə iclasında iştirak edə bilməmişəm. Əgər məhkəmədə iştirakım təmin olunsaydı lazım olan sübutları məhkəməyə təqdim etmək imkanım olardı. Məhkəmə qiyabi qətnamə çıxarmaqla mənim hüquqlarımı pozub. Qeyd etmək istəyirik ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqından Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının, təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qurarlarının icrası məhkəmə hakimiyyət; orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Zaqatala rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 nömrəli qiyabi qətnaməsini ləğv edib yeni qətnamə çıxarmanızı xahiş edirəm. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında alqı-satqıya dair tərtib edilmiş 08 dekabr 2014-cü il tarixli aktda göstərilən 1.70 ha torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə dövlət aktı, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə və mülkiyyət hüququna dair çıxarış yoxdur. O, şikayətinin təmin edilməsini, Zaqatala rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qiyabi qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə Zaqatala rayon Məhkəməsinin 22 iyul 2019cu il tarixli 2(033)-635/2019 saylı qiyabi qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini tələbinə əsasən, İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Apelyasiya şikayəti təmin edilməli, Zaqatala rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilməlidir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır, cavabdehin irəli sürdüyü dəlilləri haqlı sayır. Birinci instansiya məhkəməsi işdə olan tərəflər arasında olan 1.70 ha torpaq sahəsinin alqı-satqısına dair 08 dekabr 2014-cü il tarixli aktını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Zaqatala rayon Əliabad qəsəbəsibdə yerləşən cavabdehin Cavabdeh və ailəsinə məxsus "Çaliaxo" adlanan sahədə yerləşən 1.70 ha torpaq sahəsi üzrə tərəflər arasında 08 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməli və həmin torpaq sahəsinin İddiaçı dəmməṀ qızının mülkiyyətinə verilməlidir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 146.2--ci maddəsinə əsаsən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146-3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası iclasında Cavabdeh nümayəndəsi X2 vermiş olduğu izahatından görünür ki, tərəflər arasında alqı-satqıya dair tərtib edilmiş 08 dekabr 2014-cü il tarixli aktda göstərilən 1.70 ha torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə dövlət aktı, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə və mülkiyyət hüququna dair çıxarış yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisə obyekti olan torpaq sahəsinin statusunu müəyyən etməmiş, Cavabdeh və ailə üzvlərinin mülkiyətində olmayan torpaq sahəsi barədə alqı-satqını bağlanmış hesab etməklə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətanmə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.2, 385.1.4-cü maddələrinin tələblərinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh аpelyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə veriməsi tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hakimlər: Ayaz Mahmudov Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2887/2019
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2887/2019
28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver