Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-321/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "7,19 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və hər ilə 300 kiloqram taxıl ziyanlığının cavabdehdən 19 il müddəti üçün alınaraq ona verilməsi tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 4203/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işəaçıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı Cavabdeh qarşı 7,19 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və hər ilə 300 kiloqram taxıl ziyanlığının cavabdehdən 19 il müddəti üçün alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7,19 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və hər ilə 300 kiloqram taxıl ziyanlığının cavabdehdən 19 il müddəti üçün alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəki rayon X6 xx xxxxxx 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Şəki rayonu Turan qəsəbəsində 16,15 hektar torpaq sahəsi onun və ailə üzvləri olan X13, X9, X10, X19 və X7 birgə mülkiyyətlərinə verilmişdir. Bununla bağlı onların adına 1999-cu il tarixdə “Torpağa mülkiyyət hüququna dair” JN-0004 (KOD 40401027) nömrəli Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 5 hektarını satmışlar və özlərinə 11,15 hektar torpaq sahəsi qalmışdır. Bununla bağlı da onların adına xx xxxx 2006-cı il tarixdə JN-0004 (KOD 40401027) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Onlar həmin torpaq sahəsinə taxıl səpməklə istifadə etsələr də, Şəki kənd Bələdiyyəsinin sədri olan iş üzrə Cavabdeh 19 ildir ki, onlara məxsus olan torpaq sahəsinin 7,19 hektarını qanunsuz olaraq zəbt etdirməklə, öz məqsədləri üçün istifadə edir. Cavabdeh həmin hərəkətləri ilə bağlı o, ildə əldə edə biləcəyi 300 kiloqram taxıldan məhrum olmuşdur. Bununla bağlı bir çox aidiyyəti orqanlara şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Mülkiyyətində olan və zəbt edildiyini göstərdiyi həmin torpaq sahəsinə münasibətdə X20 adlı şəxsin adına Cavabdeh tərəfindən hansısa bir sənəd verilsə də, X20 özü ona həmin torpaq sahəsinin Cavabdeh sərəncamında olduğunu bildirmişdir. Buna görə də ona dəymiş ziyanla bağlı Cavabdeh təqsirkardır. Bu səbəbdən də Cavabdeh qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Aqrar islahat zamanı Cavabdeh adına ayrılmış torpaq sahəsi isə ona məxsus torpaq sahəsi ilə həmsərhəd deyildir və kifayət qədər uzaq məsafədə yerləşir. Mülkiyyətində olan 7,19 hektar torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli və 19 il müddəti üçün hər ilə 300 kiloqram taxıl ziyanlığının Cavabdeh alınaraq ona verilməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən İİİ şəxslər X9 və İslamova (Məmmədova) Elnarə Elton qızı mahiyyət etibarı ilə eyni məzmunlu izahatlar verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər X13, X19 və X16 birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbinə etiraz etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, 2005-2010 və 2010-2015-ci illərdə Şəki kənd Bələdiyyəsinin üzvü vəzəfisində, 2016-cı ildən isə həmin bələdiyyənin sədri vəzifəsində işləyir. Onun tərəfindən İddiaçı məxsus olan torpaq sahəsi zəbt edilməmişdir. Əslində, İddiaçı mübahisəsi Asif Hümbətov adlı şəxslə olmalıdır. Belə ki, Asif Hümbətov adlı şəxs də həmin ərazidə əkin aparmışdır. Çünki, Şəki kənd Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsinə əsasən Şəki rayonu Şəki kənd Bələdiyyəsinin ərizəsində olan kənd təsərüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən X11 icarəsinə 99 il müddətinə 40 hektar torpaq sahəsi verilmişdir. X14 icarəyə verilmiş həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəddir. Bundan başqa, qeyd edilən torpaq sahəsi X11 icarəsinə verilən dövrdə o, Şəki kənd Bələdiyyəsində işləməmiş, həmin torpaq sahəsinin X11 icarəsinə verilməsi ilə əlaqədar onun hər hansı bir rolu olmamışdır. Onun özünə məxsus torpaq sahəsi isə iddiaçının torpaq sahəsindən kənarda yerləşir. Hesab edir ki, İddiaçı ona qarşı olan iddiası əsassızdır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Aqrar islahatı zamanı ona 5 ailə üzvü ilə birlikdə 12,74 hektar pay torpaq sahəsi verilmişdir. Təxminən hər ailə üzvünə 2,5 hektar torpaq sahəsi ayrılmışdır. Onun torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə həmsərhəddədir. O, həmin torpaq sahəsinin 9 hektarından istifadə edir, qalan 3,74 hektar torpaq sahəsi ilə bağlı hər il bələdiyyəyə 80-90 manat ödəniş etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsindən İddiaçı apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apelyаsiyа şikаyətində Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 4203/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəüçüncü şəxslər X13, X19, X9, İslamova (Məmmədova) Elnarə Elton qızı və X12 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Dövlət X25 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 18/835 nömrəli məktubda göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiya ilə bağlı Turan qəsəbə ərazi komissiyasının Mərkəzə təqdim etdiyi icmal siyahıya əsasən 3 il (2016-2018) ərzində Turan qəsəbə sakini X8 2016-cı ildə 10,29 hektar buğda sahəsi üçün 926,10 manat, 2018-ci ildə isə 7,0 hektar buğda və 3,5 hektar arpa olmaqla cəmi 10,5 hektar sahəyə görə 805,0 manat subsidiya hesablanmış, İddiaçı isə yalnız 2017-ci ildə 11,15 hektar buğda sahəsinə görə 1003,50 manat subsidiya hesablanaraq hesabına köçürülmüşdür. Müraciətdə göstərilən digər ailə üzvlərinə qeyd olunan müddət ərzində subsidiya hesablanmamışdır. İşdə olan Şəki rayonu Turan Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 66 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN 0476 (KOD 40401027) nömrəli Dövlət Aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində yerləşən 11,15 hektar torpaq sahəsinin konkret hansı hissəsində Şəki kənd Bələdiyiyyəsi tərəfindən əkin, becərmə işlərinin aparıldığı bilinmir. Lakin tam əminliklə bilinir ki, 15 ildən artıq müddətdir ki, nəinki İddiaçı, hətta 11 ailəyə məxsus təxminən 50,0 hektar pay torpaq sahələri öz cizgilərindən sürüşdürülərək Şəki kənd Bələdiyyəsinə verilmişdir. Bu səbəbdən də həmin 11 ailə məcburriyyət qarşısında Turan bələdiyyəsinə məxsus ehtiyat əkin sahəsində əkin, becərmə və biçin işlərini aparmışlar. İşdə olan Şəki şəhər İHB-nin Şəki kənd ərazi komissiyası tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 820 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh özünə məxsus cəmi 4,08 hektar torpaq sahəsində əkin aparmışdır. Ondan 2,92 hektar arpa, 1,16 hektar üzüm bağıdır. İşdə olan xx xxxxxx 2006-cı il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN- 4243 (KOD 40400001) nömrəli Dövlət aktından görünür ki, Şəki rayonu Şəki kənd Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 19 nömrəli qərarı və xx xxxxxx 2003-cü il tarixli icarə müqaviləsinə əsasən Şəki rayonu Şəki kənd Bələdiyyəsinin ərizasində olan, kənd təsərüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən cizgidə göstərilən sərhədlər daxilində 40 hektar torpaq sahəsi 99 il müddətinə X11 icarəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon X6 xx xxxxxx 1998ci il tarixli 59 nömrəli qərarı ilə Şəki rayonu Turan qəsəbəsində 16,15 hektar torpaq sahəsi X13 və onun ailə üzvləri olan İddiaçı, X9, X10, X19 və X7 birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin 5 hektarı satıldıqdan sonra İddiaçı və müstəqil tələb irəli sürməyən İİİ şəxslər olan X9, X10, X19 və X7 cizgidə göstərilən sərhədlər daxilində 11,15 hektar birgə torpaq sahəsi qalmışdır. İddiaçı da birgə mülkiyyətlərində olan 11,15 hektar torpaq sahəsinin 7,19 hektarının Şəki kənd Bələdiyyəsinin sədri olan iş üzrə Cavabdeh tərəfindən 19 ildən artıq müddətdə zəbt edildiyini, Cavabdeh həmin hərəkətləri ilə bağlı hər ildə əldə edə biləcəyi 300 kiloqram taxıldan məhrum olduğunu əsas göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, iddiaçının özünün öz torpaq sahəsindən istidadə etdiyini bildirərək iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, İddiaçı Cavabdeh qarşı 7,19 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və hər ilə 300 kiloqram taxıl ziyanlığının cavabdehdən 19 il müddəti üçün alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Belə ki, əvvəla, iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan 11,15 ha torpaq sahəsinin 7,19 ha hissəsinin zəbt edilməsi və həmin hissədən 19 il ərzində istifadə edə bilməməsi barədə iddiaçının mülahizəsi həqiqətə uyğun görünmür. Ona görə ki, Şəki Dövlət X18 məlumatına müvafiq olaraq, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiya ilə bağlı Turan qəsəbəsi üzrə siyahıya əsasən 3 il (2016-2018-ci illər) ərzində təsərrüfat başçısı (iddiaçının əri) X8 2016-cı ildə 10,29 hektar buğda sahəsi üçün 926,10 manat, 2018-ci ildə isə 7,0 hektar buğda və 3,5 hektar arpa olmaqla cəmi 10,5 hektar sahədə əkinə görə 805,0 manat subsidiya hesablanmış, İddiaçı isə yalnız 2017-ci ildə 11,15 hektar buğda sahəsinə görə 1003,50 manat subsidiya hesablanaraq ödənilmişdir. Bu məlumatla təsdiq olunur ki, iddiaçı və ailə üzvləri onlara məxsus pay torpağından özləri istifadə edir və bununla əlaqədar dövlət dəstəyindən yararlanırlar. Digər tərəfdən, iddiaçı ona və ailə üzvlərinə məxsus 11,15 ha torpaq sahəsinin 7,19 ha hissəsinin zəbt edilməsi barədə iddiasını hər hansı müvafiq sübutla (səlahiyyətli orqanın və ya şəxsin arayışı, baxış aktı, protokolu, rəyi və s.) əsaslandırmamışdır. Bundan başqa, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(075)- 55/2017 nömrəli qətnaməsindən görünür ki, bu qətnamə iddiaçı X1 cavabdehlər X2, X4 və Şəki rayonu Şəki kənd Bələdiyyəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması və torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair” mülki iş üzrə qəbul edilmişdir. Həmin qətnamədə olan cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi İddiaçı izahatında göstərilmişdir ki, «Elton Məmmədov onun həyat yoldaşıdır. Onlar Şəki rayonu Turan qəsəbə sakini olmaqla kənd təsərrüfatı ilə məşğul olurlar. Şəki rayon X6 xx xxxxxx 1998-ci il tarixli 59 saylı qərarı ilə E.Məmmədova və ailə üzvlərinə Turan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 16,15 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan ona və ailəsinə ayrılmış qeyd edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olurlar. Həmin torpaq sahəsi onlara qanunvericiliklə müəyyən edilmiş qaydada verilmişdir...». İddiaçının istinad edilən qətnamədə olan öz izahatı ilə müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinə məxsus pay torpağı heç kəs tərəfindən zəbt edilməmiş və özlərinin istifadəsindədir. Ona görə də iddiaçının hazırkı iddia tələbi əsassızdır. Bundan əlavə, iddiaçı ona və ailə üzvlərinə məxsus 11,15 ha torpaq sahəsinin 7,19 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, lakin iddiaçı ilə cavabdehin torpaq sahələri həmsərhəd və ya qonşu sahələr deyil, ona görə də cavabdehin mübahisəli torpaq sahəsinə keçib oranı zəbt və istifadə etməsi qeyri-mümkündür. Şəki şəhər İHB-nin Şəki kənd ərazi komissiyası tərəfindən verilmiş arayışa əsasən də, Cavabdeh özünə məxsus cəmi 4,08 hektar torpaq sahəsindən istifadə edir; ondan 2,92 hektar əkin yeri, 1,16 hektar üzüm bağıdır. Göründüyü kimi, Cavabdeh başqasının, o cümlədən iddiaçının torpaq sahəsini zəbt etməmişdir, istifadə etdiyi torpaq sahəsi isə özünə məxsusdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı, birinci instansiya məhkəməsində olduğu kimi, Cavabdeh qismində cəlb etməsini belə əsaslandırmışdır ki, Cavabdeh onun torpaq sahəsini özü əkib-becərməsə də, lakin Cavabdeh Bələdiyyə sədri olaraq onun torpaq sahəsi də daxil olmaqla cəmi 40 ha torpaq sahəsini bələdiyyə torpağı adı ilə X14 icarəyə vermişdir. Asif Hümbətovdan onun torpaq sahəsindən çıxmasını tələb edəndə isə o, həmin torpaq sahəsini ona Cavabdeh verdiyini və buna görə sonuncuya pul ödədiyini bildirir. İddiaçının bu izahatından görünür ki, onun iddia tələbi üzrə Cavabdeh əsl cavabdeh deyildir; iddia edilən torpaq sahəsi X20 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, məhkəmə iclasları zamanı İddiaçı Cavabdeh əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o həmin təkliflə razılaşmayaraq iddiasını Cavabdeh qarşı irəli sürməkdə davam etmişdir. Bundan başqa, iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan torpaq aktının lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. MPM-in 54.2-ci maddəsinə görə, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin İddiaçı iddiasının təmin edilməməsinə dair qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-321/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-321/2020
15.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver