Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-351/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qəsdə son qoyma və zəbt edilmiş əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-753/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-753/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ä əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,20 ha torpaq sahəsi və ümumi sahəsi 107,10 m2 sahəsi olan fərdi yaşayış evindən sonuncuların istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin zəbt etdikləri həmin əmlaklardan çıxarılması və iddiaçıların həmin əmlaklara köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, X14, İddiaçı1 qızının nümayəndəsi Vəkil sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçıların evə köçürülməsi hissəsində iddia tələbinin azaldılmasını bildirərək iddia ərizəsinin qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi və Vəkil Cuma oğlu iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və X4 ümumi birgə mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,20 ha torpaq sahəsi və ümumi sahəsi 107,10 m2 sahəsi olan fərdi yaşayış evi vardır. Qeyd olunan daşınmaz əmlak üzərində iddiaçılarin hüquqları xx xxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Tərəflərin arasında uzun çəkən məhkəmə mübahisələri olmuş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(84)-433/2017 nömrəli qərarı ilə həmin iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə X1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində İddiaçı2, İddiaçı3 və X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur. Bundan başqa hazırki iş üzrə cavabdeh İsmayılov Cavabdeh1 Zəminə İsmayıl qızına, X5, X3, X6 və maraqlı şəxs Zaqatala Rayonu 2 saylı Dövlət Natoriat Kontoruna qarşı anasından miras qalmış torpaq sahəsinin və onun üzərində tikilmiş yaşayış evinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlaklar üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək xx xxxxx 1994-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 1975-ci il tarixdə çay daşından tikilərək, üstü şiferlə örtülmüş, ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 24 kv.m, köməkçi sahəsi 15 kv.m olan yaşayış evinin miras əmlak qəbul edilməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və həmin miras əmlaklar üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(033)-816/2017 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, xx xxxxx 1994-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış Zaqatala rayonu sahəsində yerləşən 1975-ci il tarixdə çay daşından tikilərək, üstü şiferlə örtülmüş, ümumi əmlak olmaqla qanun üzrə birinci vərəsə olan oğlu iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin miras əmlaklar üzərində ona qanun üzərində vərəsəlik hüququnun verilməsi, iddiaçı smayılov Alavuddin Feyzulla oğlunun ödədiyi 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(033)-816/2017 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər İddiaçı1, X10 və X13 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1342/2018 iş nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(033)-816/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1342/2018 iş nömrəli qətnaməsindən iş üzrə cavabdehlər İddiaçı1, X10 və X13 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1342/2018 iş nömrəli qətnaməsi ləğv edilərək, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-766/2019 iş nömrəli qətnaməsi ilə iş üzrə cavabdehlər İddiaçı1, X10 və X4 apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(033)- 816/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-766/2019 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda mübahisə predmeti olan Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,20 ha torpaq sahəsi və ümumi sahəsi 107.10 kv.m. sahəsi olan fərdi yaşayış evini zəbt edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə edir, həmçinin həyətin və evin giriş qapılarını bağlamaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 həmin əmlaklara girişinə də maneçilik törədirlər. İddiaçılar cavabdehlərdən mülkiyyətlərində olan qeyd olunan əmlaklardan istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə və evə daxil olmağa qoymamaq) son qoymaları və zəbt etdikləri həmin əmlakdan çıxmalarını tələb etməklərinə baxmayaraq cavabdehlər bundan qərəzli olaraq imtina etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə iddiaçılar hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia əsaslıdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul edir və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Lakin hazırda yaşamaq üçün başqa yeri olmadığından ona iddiaçılara məxsus daşınmaz əmlakdan çıxması üçüm vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini araşdırmadan, iddia tələbinə iddiaçının nümayəndəsi tərəfindən qeyd edilən halları nəzərə almaqla qətnamə qəbul etmişdir. İddiaçılar ümumiyyətlə Zaqatala rayonunda yaşamamış, mübahisəli mənzilə gəlməmiş, onlara qarşı qərəzli hərəkətlər edilməmişdir. Mübahisəli ev miras əmlak olmuş, həmin ev onun və ailə üzvləri tərəfindən tikilmiş, uzun illərdir ki, həmin evdə yaşayırlar. İddiaçı va cavabdehlər arasında uzun illər məhkəmə mübahisələri olsa da, iddiaçılar həmin evdə bir gün də olsun yaşamamışdırlar, iddiaçılara həmin evə dair mülkiyyət hüquqularının qeydə alınması halı ona məlum olmamışdır. O və ailə üzvləri mübahisəli evin mövcudluğundan həmin evdə yaşayırlar və həmin evdə yaşayan digər şəxslərin işə cəlb edilmədən onların iştirakı olmadan mənzildən çıxarılması qanunsuzdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)- 753/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçılar İddiaçı2, İddiaçı3, X14, İddiaçı1 qızı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)- 753/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixdə İddiaçı1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********06-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli təsdiq edilmiş çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107.10 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, X8 və İddiaçı3 adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-816/2017 nömrəli xx xxxxxxx 2017ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı1, X5, İddiaçı2 Salavuddin oğluna və X11, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras torpaq sahəsinin və onun üzərində tikilmiş yaşayış evinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlaklar üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsi, xx xxxxx 1994-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində vəfat etmiş X7 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1975-ci il tarixdə çay daşından tikilmiş, üstü şiferlə örtülmüş, ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 24 kv.m, köməkçi sahəsi 15 kv.m olan yaşayış evinin iddiaçı X12 tərəfindən mirası qəbul etməsi faktı müəyyən edilməsi, iddiaçı X2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-766/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(033)-816/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X5, İddiaçı2, X11 və maraqlı şəxs Zaqatala Rayonu 2 saylı notariat kontoruna qarşı “xx xxxxx 1994-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində vəfat etmiş X7 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1975-ci ildə çay daşından tikilib, üstü şiferlə örtülmüş, ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 24 kv.m, köməkçi sahə 15 kv.m olan yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilmə faktının müəyyən edilməsinə və həmin əmlakın üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5046/2019 nömrəli qətnaməsindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 26 və 29-cu maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli və “Broniovski Polşaya qarşı” iş üzrə xx xxxx 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107.10 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, X8 və İddiaçı3 adına ümumi birgə mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdehlər Cavabdeh1h oğlu və Cavabdeh2 iddiaçılara mülkiyyət hüququ əsasında məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evindən istifadə edir və həmin daşınmaz əmlakların mülkiyyətçiləri olan iddiaçıların həmin əmlaklardan istifadəsinə maneələr yaradırlar və iddiaçılara məxsus torpaq sahəsi və fərdi yaşayış evindən çıxmırlar. İddiaçılar iddia tələbini müdafiə edirlər. Cavabdeh1h oğlu isə özlərinə məxsus yaşayış yerləri olmadığından onlara möhlət verilməsini xahiş edir. Göründüyü kimi, iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxmamaları, torpaq sahəsini və fərdi yaşayış evini boşaltmamaları iddiaçıların mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi araşdırılmasında həm də müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 qızının ümumi birgə mülkiyyətlərində olan barəsində mübahisə gedən fərdi yaşayış evindən istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 qızının xüsusi mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evi üzərində cavabdehlər hər hansı hüquqa malik olmadığı halda, onların həmin torpaq sahəsinə və fərdi yaşayış evinə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətləri iddiaçıların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən sahiblik və istifadə etmələrinə uzun müddətdir ki, maneçilik yaradır. Ona görə də cavabdehlərin iddiaçılara məxsus əmlakdan iddiaçıların faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı2, İddiaçı3, X14 və İddiaçı1 qızının ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulmalı, cavabdehlər zəbt etdikləri Zaqatala rayonu Əliabad qəsəbəsində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107,10 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-753/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-753/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-351/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-351/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver