Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-381/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti verilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 687/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin ediərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə İddiaçı ½ payının müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildən istifadə və sahiblik etməsinə qarşı mənzilin giriş-cıxış qapısının açarını dəyişərək iddiaçının həmin mənzilə daxil olmasına mane olmaq məqsədi ilə iddiaçıya həmin açarı verməməklə Cavabdeh tərəfindən yönəlmiş qəsdə son qoyulması və İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 687/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Muradova Vüsalə Xəqani qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5110/2020 nömrəli qərarı ilə Cavabdeh və onun vəkili Muradova Vüsalə Xəqani qızının kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-687/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onların birgə nikahı müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə Cavabdeh ilə nikah bağlamışdır. Cavabdehlə nikahda olduqları müddətdə, yəni xx xxxx 1996-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzili əldə etmişlər. Həm o, həm də cavabdeh hal-hazıradək həmin mənzildə qeydiyyatdadırlar. 2000-ci ilin dekabr ayında iş üzrə Cavabdeh sözügedən mənzili tərk edərək, yaşamaq üçün Bakı şəhərinə getmiş, özü isə 2002-ci ilədək həmin mənzildə yaşayışını davam etdirmişdir. O, 2002-ci ildə səhhətində yaranmış problemlər və işsizliklə bağlı olaraq Rusiya Federasiyasına getmiş və 2018-ci ilədək orada yaşamışdır. 2018-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtmış və mənzildən istifadə etmək istədikdə görmüşdür ki, Cavabdeh onun razılığı və icazəsi olmadan həmin evə qanunsuz olaraq kirayəçi yerləşdirmiş və dolayısı ilə də həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Bundan sonra o, cavabdehlə nə qədər əlaqə yaratmağa və mənzilə sahiblik, o cümlədən istifadə hüququnu təmin etməyə cəhd etsə də, buna nail ola bilməmişdir. O, bu ana qədər ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bilməmişdir. Daha sonradan ona məlum olmuşdur ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Vəkil sorğusu əsasında əldə olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil üzərində hüquqlar xx xxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh ilə birgə nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə payının müəyyən edilməsi, cavabdehin həmin mənzildən onun istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağına qoymamaq) son qoyulması və həmin mənzilə köçürülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarındakı nikahın pozulmasından 2019-cu ilin aprel ayında xəbəri olmuşdur. Mübahisəli ev onun pulu ilə alınmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx xxxxxx 1995-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 20 nömrəli mənzil isə tam mülkiyyət hüququ ilə ona məxsusdur, bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Bildirir ki, həmin evin alınmasında İddiaçı ona heç bir köməklik etməmiş, ümumiyyətlə Cavanşirin heç vaxt pulu olmamışdır. Evin yarı pulunu atası vermiş, digər yarısını isə öz qızıl-zinət əşyalarını satmaqla əldə etmişdir. O, iddiaçını heç vaxt öz şəxsi mənzilinə qeydiyyata salmamışdır. Bu barədə İddiaçı bildirdikləri həqiqətə uyğun deyildir. Onunla İddiaçı arasında münasibətlər 2000-ci ilədək davam etmiş və o, 2000-ci ildə Cavanşirdən faktiki ayrılaraq, Bakı şəhərinə yaşamaq üçün getmişdir. İddiaçı isə 2002-ci ildə işləmək və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. O, Cavanşirlə nikahlarının pozulması üçün Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 nömrəli qətnaməsinə əsasən onunla İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Onun İddiaçı mərhum valideynləri ilə əlaqəsi olmuş, onların boşanması barədə İddiaçı valideynlərinə məlumat vermişdir. İddiaçı atasının və anasının həmin vaxt ona bildirdiyinə görə X8 öz valideynləri ilə daim telefon əlaqəsi saxlamış və İddiaçı valideynləri onunla Cavanşirin nikahının 2005-ci ilin yanvar ayının 05-də pozulduğunu ona bildirmişlər. İddiaçı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 iş nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikahın pozulmasından məlumatı olmuş və o, bu barədə həmin vaxt bilmişdir. Bu faktı o hal da sübut edir ki, Cavanşirin iddia etdiyi kimi, onun 2018-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdığı və nikahın pozulmasından narazı olduğu halda, nəyə görə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 iş nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnaməni mübahisələndirməmişdir. Bir daha qeyd edir ki, o və İddiaçı faktiki olaraq 2000-ci ildə ayrılmışlar və məhz həmin vaxt onların arasında heç bir ailə münasibətləri olmamışdır. Belə olan halda 2000-ci ildən onların nikahı formal xarakter daşımış və onlar heç bir münasibət saxlamamışlar. 2005-ci ildə onların arasında bağlanmış nikahın pozulması bu formal münasibətlərin huquqi xitamı olmuşdur. İddiaçı heç vaxt mənzillə bağlı onunla əlaqə saxlamamış və onunla bu barədə görüşüb söhbət etməmiş, ona hər hansı irad və narazılığını bildirməmişdir. O, İddiaçı Rusiya Federasiyasında yaşadığı ünvanı, həmçinin Cavanşirin nə vaxt oradan qayıdacağını və ya qayıtmasını bilməmişdir. Belə ki, Cavanşirdən 2000-ci ildə faktiki ayrılmış və onunla nikah münasibətlərini kəsmişdir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən ər-arvad arasında əmlak mübahisəsinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin 3 illik iddia müddəti keçdiyindən Ailə Məcəlləsinin 36.9-cu maddəsinə və Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilib, İddiaçı ona qarşı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin növbəti iclasında Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq olunması barədə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən İddiaçı ona qarşı əmlakın bölünməsi və sair iddia tələbinə iddia müddətini tətbiq etməklə, həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edirlər. Belə ki, iddiaçı X7 ilə Cavabdeh arasında nikahın Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən pozulmasından iddiaçının 2019-cu ildə xəbəri olmuşdur. Çünki, iddiaçı X7 həmin qətnamə qəbul olunan dövrdə Rusiya Federasiyasında olmuşdur. Onun həmin qətnamədən (nikahın pozulmasından) xəbərdar olması ilə bağlı Balakən Rayon Məhkəməsinin hüquqi mövqeyini əsassız hesab edirlər. Cavabdeh da məhkəmə iclasında vermiş olduğu ifadəsində həmin müddətdən sonra iddiaçı ilə əlaqə saxlamadığını bildirmişdir. Bununla yanaşı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsindən, iş materiallarına əlavə edilmiş Balakən Mənzil İstismarı Müəssisəsinin xx xxxxxxx 2019-cu il tarixli, 285 nömrəli arayışından və Cavabdeh məhkəmədə verdiyi izahatından da göründüyü kimi, mübahisəli mənzili ilk olaraq 2000-ci ildə Cavabdeh tərk edib Bakı şəhərinə getmiş, iddiaçı isə Rusiya Federasiyasına gedənədək həmin mənzildə yaşamışdır. İddiaçının 2018-ci ilədək Cavabdeh geri qayıdaraq həmin mənzilə sahiblənməsindən və orada kirayəçi yerləşdirməsindən də ümumiyyətlə xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil iddiaçı X7 ilə Cavabdeh nikahda olduqları müddətdə onların ümumi gəlirləri hesabına əldə edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddiası “nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə payının müəyyən edilməsi” ilə bağlıdır. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarı ilə yalnız Ailə Məcəlləsinin 36.9-cu maddəsində qeyd olunan qaydada əmlakın bölünməsinə 3 illik iddia müddətinin tətbiqi şamil olunur. Əmlaka payın müəyyən edilməsi ilə bağlı iddialara Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tətbiqi əsassız və qanunsuzdur. Belə ki, həmin məsələni Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyyə etmişdir. Göründüyü kimi, iddiaçı X1 Məhkəməsi Plenumunun qərarı qəbul edənədək, yəni xx xxxx 2019-cu il tarixinədək bilə bilməzdi ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakına payın müəyyən edilməsinə 3 (üç) illik iddia müddəti tətbiq ediləcək. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bununla da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X4 şəhəri R. Səmədov küçəsi 41/20 ünvanında yerləşən mənzilini Cavabdeh satmışdır. İşdə olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 20 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh xüsusi mülkiyyətidir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 3 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə onun adına qeydiyyata alınmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddası təmin edilmiş, X16 ilə cavabdeh X6 arasında bağlanmış xx xxxxxx 1995-ci il tarixli, 13 saylı nikah qeydi ləğv edilmişdir. İşdə olan xx xxxxxx 2005-ci il tarixli AZ-İ 024573 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X16 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin fevral ayının 23-ü günündə 16 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3659 №-li arayışından görünür ki, İddiaçı şəhərin A.Məmmədov küçəsi 33 №-li evində yaşayır. İşdə olan Balakən Mənzil-İstismarı Müəssisəsinin xx.xx.2019-cu il tarixli, 285 №-li arayışından görünür ki, Cavabdeh Balakən şəhəri H.Əliyev (keçmiş R.Səmədov) 41/20 ünvanındakı mənzildə tək qeydiyyatdadır, keçmiş yoldaşı İddiaçı 1996-2002-ci illərdə həmin mənzildə yaşamasına baxmayaraq, qeydiyyatda olmamışdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 1995-ci ildə rəsmi nikahla evlənmişlər. Tərəflər birgə nikahda olduqları dövrdə xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 şəhəri R.Səmədov küçəsi 41/20 ünvanında yerləşən mənzilini Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən ləğv edilmişdir. xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına alınmış mənzilə onun xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Hal-hazırda iddiaçı birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka olan mülkiyyət hüququnun cavabdeh tərəfindən məhdudlaşdırıldığını iddia edərək, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə onun payının müəyyən edilməsini, cavabdehin onun həmin mənzildən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulmasını və həmin mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi qətnaməsində iddianı təmin etməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı onunla cavabdeh X13 birgə nikah dövründə alqısatqı müqaviləsinə əsasən əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə payının müəyyən edilməsi və həmin əmlakın onlar arasında bölünməsi tələbi ilə əlaqədar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh də iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia üzrə iddia müddətinin keçdiyini bildirmiş və iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə verdiyindən iddiaçının mübahisəli mənzildən payının müəyyən edilməsi, mənzilə köçürülməsi və s. barədə iddia tələbləri rədd edilməlidir. Qeyd edildiyi kimi, əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Soltanəhməd oğlu 2019-cu ilin ortalarında Azərbaycan Respublikasına qayıdaraq mübahisəli mənzildən istifadə etmək istədikdə onun həmin mənzil üzərində paylı mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulduğunu bilmiş və iddiaçı üçün Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin axımı məhz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2019-cu ilin ortalarından başlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və bununla bağlı birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 5110/2020 nömrəli qərarında göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddiaya baxarkən müvafiq tərəflərin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etməli, işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməli idi. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehlə nikahının pozulmasını daha əvvəllər bilməli olduğu hallar nəzərə alınmamışdır... Ona görə də Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh və onun vəkili Muradova Vüsalə Xəqani qızının kassasiya şikayətini qismən təmin edərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-687/2020 nömrəli qətnaməsi ləğv etmiş və işi yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... İş üzrə hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin qərarındakı göstərişlərin icrası məqsədilə Balakən rayon Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğular göndərilmişdir. Məhkəmə kollegiyasının sorğusuna Balakən rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2021-ci il tarixli, 05176-281/13 nömrəli cavab məktubunda qeyd olunur ki: - iddiaçı X3 Cavabdeh ilə Balakən rayon qeydiyyat şöbəsində xx.xx.1995-ci il tarixdə bağlanmış 12 nömrəli nikahı xx.xx.2005-ci il tarixdə həmin şöbənin 16 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən qadının təşəbbüsü ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-14 saylı qətnaməsi əsasında pozulmuş, qadına AZ- İ seriyalı 024573 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmiş, iddiaçı X6 isə nikahın pozulması haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, **********10 nömrəli cavab məktubunda qeyd olunur ki: - Balakən şəhəri Heydər Əliyev prospekti 41 ünvanında yerləşən 20 nömrəli mənzil X14 və Cavabdeh aralarında bağlanmış xx xxxx 1996-cı il tarixli Balakən rayonu Dövlət notariat kontorunun 3M-10 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına özgəninkiləşdirilərək ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixində 03 saylı reyestr kitabının 27-ci səhifəsində daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət üzrə təkrar qeydiyyat olaraq qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası işin hallarını Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5110/2020 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq, işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək bu nəticəyə gəlir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, (32.2.2) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 8-ci maddəsinə görə, iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır... Hazırkı işin müəyyən olunmuş hallarına əsasən, tərəflər birgə nikahda olduqları dövrdə xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzili Cavabdeh adına almışlar. Mülki Məcəllənin 146-cı maddəsinə müvafiq olaraq həmin vaxtdan tərəflərin mübahisəli mənzil üzərində birgə sahiblik və istifadə hüquqları yaranmışdır. 2000-ci ildən tərəflər arasında ailə münasibətləri pozulmağa başlamış, cavabdeh iddiaçıdan ayrılaraq yaşadıqları (mübahisəli) mənzili tərk edib Bakı şəhərinə getmişdir. İddiaçı isə 2002-ci ildə Rusiya Federasiyasına getmiş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək orada yaşamışdır. İddiaçı Azərbaycana qayıtdığı 2019-cu ilin ortalarına kimi cavabdehlə maraqlanmamış və onunla əlaqə saxlamamışdır. Cavabdeh isə iddiaçı ilə aralarında olan nikah formal xarakter daşıdığından həmin nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən tərəflər arasındakı nikah ləğv edilmişdir. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə tərəflər arasındakı nikahın pozulması qeydə alınmış və bu barədə cavabdehə müvafiq şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx xxxx 2019-cu il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur... Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər... Həmin Qərarda həmçinin müəyyən olunur ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır... Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə aralarındakı nikahın pozulmasından 2019-cu ilin aprel ayında xəbər tutması barədə mülahizəsi ağlabatan və qaneedici hesab edilə bilməz. Belə ki, iddiaçı Rusiya Federasiyasında yaşamış olsa da, Balakən rayonunda yaşayan valideynləri və yaxın qohumları ilə əlaqə saxlaması, onlarla maraqlanması istisna olunmur. İddiaçı Cavabdeh ilə də maraqlanmaması və aralarındakı nikahın pozulduğunu bilməməsi inandırıcı görünmür. Həmçinin məhkəmə iddiaçının hələ 2000-ci ildən faktiki ər-arvad münasibətlərində olmadığı və həmin vaxtdan ayrıldığı Cavabdeh aralarındakı nikahın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ehtimalını qeyri-mümkün hal kimi təsəvvür etməsini və aralarındakı nikahın pozulmasından yalnız 14 il sonra xəbər tutmasını ağlabatan hesab etməmişdir. Həqiqətən də, Cavabdeh 2002-ci ildən Rusiya Federasiyasına getmiş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək orada məskunlaşmış iddiaçının nə vaxtsa geri qayıdacağını nəzərə almağa və onu gözləməyə borclu deyildi. Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. İddiaçı da Rusiya Federasiyasına gedərkən cavabdehlə aralarında olan nikahın aqibətini düşünməli, nikahın birtərəfli qaydada pozulmasının mümkünlüyünü və bundan irəli gələn hüquqi nəticələri də nəzərə almalı idi. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Şərh olunanlara əsasən İddiaçı 2005-ci ilin yanvar ayının 05-dən onunla Cavabdeh arasında nikahın pozulduğunu və qanuna görə həmin müddətdən başlayaraq 3 illik iddia müddəti ərzində ümumi əmlakın bölünməsi üçün iddia ilə məhkəməyə müraciət edilməli olduğunu bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli Qərarında iddia müddəti institutunun mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı ilə aralarındakı nikah pozulandan sonra da cavabdeh 10 ildən artıq müddət ərzində iddiaçı ilə ümumi mülkiyyətləri olan mübahisəli mənzil barəsində təkbaşına sərəncam vermək niyyətində olmamış, yalnız xx.xx.2016-cı il tarixdə həmin mənzil üzərində özünün xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı onunla cavabdeh arasındakı nikahın nə vaxt pozulduğunu bilməsini müəyyən etmək mümkün olmasa belə, lakin iddiaçı həmin nikahın pozulması və bunun hüquqi nəticələri barədə vaxtında bilməli (xəbər tutmalı, məlumat əldə etməli), birgə əmlakın bölünməsi tələbini də vaxtında, yəni cavabdehlə nikahının pozulduğunu bilməli olduğu vaxtdan 3 illik iddia müddəti ərzində irəli sürməli idi. İddiaçı isə məhkəmədə hazırkı iddianı qaldıranadək iddia müddətini ötürmüş, cavabdeh də iddia müddətinin tətbiqini tələb etmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. İddiaçının mübahisəli mənzildə mülkiyyət payının müəyyən edilməsi barədə tələbi iddia müddətinin keçməsinə görə rədd edildiyindən, onun bu tələbdən asılı olan digər tələblərinin də təmin edilməsi mümkün olmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-381/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-381/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver