Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-587/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 və Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-271/2020 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evinin pəncərəsinin onun hesabına daş hörgü ilə bağlanması, şirval, yağış sularının özü tərəfə axıdılması və qaz paylayıcı xəttinin onun həyətinin kənarından keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evinin onlara açılan pəncərəsinin onun hesabına daş hörgü ilə bağlanması, evlərinin, hamamının yağış, qar, şirval sularının özü tərəfə axıdılması və ona məxsus olan qaz paylayıcı xəttinin onun həyətinin çıxarılıb özü tərəfdən aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-271/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi üçün çəkilmiş qaz borusunun İddiaçı mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən keçən hissəsinin çıxarılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi, ekspertiza tədqiqatanın dəyəri olan 300 manatın 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınıb “xxxx” MMC-nin Kapital Bank ASCnin Gənclik Mall filialındakı KOD 201025 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h: AZ37NABZ**********0000001944, VÖEN **********, hesab AZ53AİİB******************** hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmiş X4 apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi düzgün olmamışdır. Bundan əlavə hazırki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh də iddiaçıya qarşı eyni tələb üzrə iddia qaldırsa da, həmin işə ayrıca icraatda baxılmış, bir icraatda birləşdirilməmişdir. Ona görə də, 271 və 1116 saylı işlər üzrə apellyasiya şikayətləri bir icraatda birləşdirilərək baxılmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-271/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-271/2020 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********44-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X8 prospekti dalan 37, ev 12 (Yeni qaydalarla Şəki şəhəri, X8 küçəsi ev 1231) ünvanında 0,117 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evindən ibarət əmlak-evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X1, fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi ümumi birgə İddiaçı, fərdi yaşayış evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X2 və fərdi yaşayış evi 1 / 8 hissə və torpaq sahəsi ümumi birgə X3 adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş **********73-10301 reystr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X8 prospekti dalan 37-də mülkiyyətində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 40 kvadrat metr yaşayış sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 418 saylı rəyində göstərilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında Cavabdeh mülkiyyətində olan mübahisələndirilən pəncərələr texniki pasportda öz əksini tapmaqla tikinti norma və qaydalarının tələblərinə uyğundur. Həmin tikililərin saxlanılması Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 12 ünvanına açılan pəncərə boşluqların mövcudluğu İddiaçı Aabdulkərim qızının öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə törətmir. Cavabdeh məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən yağış və ya qar yağması zamanı axan sular İddiaçı öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə yaratmır. Həmin sular kənarlaşdırılması üçün damın kənarlarına sinkləşdirilmiş materialdan novaçalar quraşdırılmişdır. Cavabdeh məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi üçün çəkilmiş qaz borusu qonşular arasındakı ortaq divara bitişik şəkildə quraşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında Cavabdeh mülkiyyətində olan mübahisələndirilən pəncərələr texniki pasportda öz əksini tapmaqla tikinti norma və qaydalarının tələblərinə uyğundur. Həmin tikililərin saxlanılması Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 12 ünvanına açılan pəncərə boşluqların mövcudluğu İddiaçı Aabdulkərim qızının öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə törətmir. Cavabdeh məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən yağış və ya qar yağması zamanı axan sular İddiaçı öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə yaratmır. Həmin sular kənarlaşdırılması üçün damın kənarlarına sinkləşdirilmiş materialdan novaçalar quraşdırılmişdır. Eyni zamanda müəyyən olunur ki, Cavabdeh məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi üçün çəkilmiş qaz borusu qonşular arasındakı ortaq divara bitişik şəkildə quraşdırılmış və həmin qaz xəttinin üzərində gələcəkdə istismarla bağlı hallara nəzarət olunması üçün yerinin dəyişdirilərək hasarın üzərinə və ya istifadəçi istiqamətində keçirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məcəllənin 171.2-ci maddəsinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, məhkəmə tərəfindən Cavabdeh məxsus evdə tikinti işləri aparılarkən tikinti norma və qaydalarına riayət edilib-edilməməsi, aparılan tikinti işlərinin iddiaçının öz hüquqlarını həyata keçirməsinə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 418 saylı rəyində göstərilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında Cavabdeh mülkiyyətində olan mübahisələndirilən pəncərələr texniki pasportda öz əksini tapmaqla tikinti norma və qaydalarının tələblərinə uyğundur. Həmin tikililərin saxlanılması Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 12 ünvanına açılan pəncərə boşluqların mövcudluğu İddiaçı Aabdulkərim qızının öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə törətmir. Cavabdeh məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 37,ev 10 ünvanında yerləşən tikililərdən yağış və ya qar yağması zamanı axan sular İddiaçı öz hüquqlarını həyata keçirməsinə tikinti-texniki cəhətdən maneə yaratmır. Həmin sular kənarlaşdırılması üçün damın kənarlarına sinkləşdirilmiş materialdan novaçalar quraşdırılmişdır. Lakin apelyatorlar ekspertiza rəyi ilə razılaşmamışdır. Narazılıqlarını isə tutarlı dəlillərlə əsaslandıra bilməmiş, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Bundan başqa kollegiya şikayətin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi qanunvericilik bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsini məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi tanımışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)- 271/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-271/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-587/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-587/2021
18.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver