Məhkəmə qərarları › İş №2(107)-610/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-610/2020

06.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-610/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(039)-2700/2019 saylı qərardadından Ərizəçi verdiyi şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli Arxiv arayışında Məmmədov Əlsevər kimi göstərilmiş onun - Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-2700/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Ərizəçi məhkəməyə şikayət təqdim edərək Yevlax Rayon Məhkəməsinin 2(039)-2700/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(039)-2700/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Ərizəçi şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı şəxs işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(039)- 2700/2019 saylı qərardadı ləğv edilərək, mülki işə Mülki Prosessual Qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qanunun mənasına görə məcburetmə hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi vəzifələri təmin edən təsir etmə üsuludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “İnzibati şikayətlər üzrə icraat” adlanan Vİİ fəslinin 71.2-ci maddəsinin tələbinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də həmin fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında baxdığı işlər sırasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi də vardır. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Ərizəçi Yevlax Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli Arxiv arayışında Məmmədov Əlsevər kimi göstərilmiş onun - Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni ərizə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli Arxiv arayışında Məmmədov Əlsevər kimi göstərilmiş onun - Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə ümumi məhkəmələrdə baxılır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 305-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında baxdığı işlər sırasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi də vardır. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Hazırki mülki iş üzrə isə birinci instansiya məhkəməsi hüquq normalarının tələblərini pozaraq ərizəni məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən əsassız olaraq imtina etmiş və ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasənAzərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(039)-2700/2019 saylı qərardadı ləğv edilərək, mülki iş Mülki Prosessual Qnunvericiliyin tələblərinə riayət edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Ərizəçi şikаyəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(039)-2700/2019 saylı qərardadı ləğv edilsin. Mülki iş Mülki Prosessual Qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver