Məhkəmə qərarları › İş №2(107)-758/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-758/2023

03.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-758/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Eyvazova) Dəyanət Qüdrət qızı, Cavabdeh6 və Cavabdeh7 qarşı tikilinin sökülməsi, evə köçürülmə və maneələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, evə köçürülmə və maneələrin qadağan edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Eyvazova) Dəyanət Qüdrət qızı, Cavabdeh6 və Cavabdeh7 qarşı tikilinin sökülməsi, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Eyvazova) Dəyanət Qüdrət qızı, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,1748 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X7, X10 və Cavabdeh7 tərəfindən inşa edilmiş texniki pasportda mövcud olmayan qanunsuz tikililərin və qanunsuz hasarın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, X10 və Cavabdeh7 hesabına sökülməsi, onun və ailə üzvləri X1, X5 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 135,5 kvadrat metr olan fərdi yaşayış evinə köçürülmələri və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X7, X10 və Cavabdeh7 tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə göndərərək, ünvan 1 ünvanında yerləşən 0,1748 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X7, X10 və Cavabdeh7 tərəfindən inşa edilmiş texniki pasportda mövcud olmayan qanunsuz tikililərin və qanunsuz hasarın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, X10 və Cavabdeh7 hesabına sökülməsi, onun və ailə üzvləri X1, X5 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 135,5 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməyi və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, X10 və Cavabdeh7 tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması, cavabdehlər Cavabdeh3 və X2 **********49- 10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan "C" tikilisindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 135.5 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1748 hektar torpaq sahəsinin 1/3 hissəsi isə Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ümumi birgə mülkiyyətində, 1/3 hissəsi Cavabdeh6 və 1/3 hissəsi Cavabdeh7 mülkiyyətindədir. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, Cavabdeh6 və Cavabdeh7 onun paylı mülkiyyətində olan torpaq sahəsindən, fərdi yaşayış evindən və orada inşa edilmiş yardımçı tikililərdən onun və ailə üzvlərinin istifadə etməsinə imkan vermirlər. Bir müddət əvvəl cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 həyətə giriş darvazasını qıfılla bağlamış, onların həyətə girişlərinə mane olurlar. Həmçinin onlar tərəfindən istifadə edilən tövləni də Cavabdeh1 və Cavabdeh3 bağlamış və onların əmlakları orada qalmış, orada saxladıqları ərzaq məhsulları xarab olmuşdur. Həmçinin onun və cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsində texniki pasportda mövcud olmayan qanunsuz tikililər inşa edilmişdir ki. həmin tikililər bir mülkiyyətçi kimi onun icazəsi olmadan qanunsuz olaraq inşa edilmiş, torpaq sahəsi cavabdehlər tərəfindən özbaşına bölünmüş, hasarlanmışdır. Həmin tikililər və mişar daşından inşa edilən hasar onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Beləliklə cavabdehlər onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehlərin özünün istədiyi kimi özbaşına paylı mülkiyyətdə olan əmlakı bölməyə hüququ yoxdur. Paylı mülkiyyətdə olan həmin daşınmaz əmlakın naturada bölünməsi də qeyri mümkündür. O həmin evin və torpaq sahəsinin ona düşən hissəsinin naturada bölünməsi və ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etsə də Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(075)-4221/2018 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığı üçün iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddanın qismən təmin olunması, İddiaçı və onun ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 135.5 kvadrat metr olan Cavabdeh2 istifadəsində olan hissədə fərdi yaşayış evinə köçürülsünlər. Texniki pasportda mövcud olmayan həyətyanı sahə daxilində uzunluğu 49 metr, hündürlüyü isə 1.60 metr olan hasar cavabdehlərin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsi və ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evi iddiaçı və cavabdehlərə vərəsəlik üzrə keçərək onların payları müəyyən olunmaqla birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinin ekspert rəyi ilə naturada bölünməsi mümkün deyildir. Lakin İddiaçı və cavabdehlər ümumi razılıq əsasında həmin torpaq sahəsinin müxtəlif yerlərində ekspert rəyi ilə təyinatı müəyyən edilməyən tikililər inşa edilmiş və hər biri əvvəlcədən müəyyən etdikləri tikililərdə yaşayırlar. "Texniki Passport"-da, zəbt sahə kimi qeyd edilən ərazidə yerləşən, "F" qrifi ilə işarələnmiş tövlənin və darvazanın isə həmin torpaq sahəsinin girişinə maneə törətməməsi müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsi və ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evi üzrə birgə mülkiyyətçi olduğundan onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmə və texniki pasportda mövcud olmayan həyətyanı sahə daxilində uzunluğu 49 metr, hündürlüyü isə 1.60 metr olan hasarın sökülməsi barədə tələbi əsaslıdır. İddiaçının digər tələbi ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsində inşa edilmiş Cavabdeh3 və X2 **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan "C" tikilisindən çıxarılmaları hissəsində isə həmin torpaq sahəsində inşa edilmiş tikililər hər birinin əvvəlcədən müəyyən etdikləri tikililərdə razılaşmaqla yaşayırlar. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddiaçının torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması hissəsində olan iddiası üzrə iddiaçı və cavabdehlərin birgə mülkiyyətində olan ona məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin iddiaçı tərəfindən zəbt edilməsini, ilk iddia üzrə tövlənin kimin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini, dəmir darvazanın kimin mülkiyyətində olan torpaq sahəsində quraşdırılmasını müəyyən etməyin mümkünsüz olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan həmin hissədə də təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (tövlə) kimi qeyd olunan "F" tikilisi cavabdehlərin paylı mülkiyyətindədir. İş üzrə Cavabdeh1 da bütün məhkəmə iclaslarında etiraf etmişdir ki, həmin tikilini başlamış və oradan iddiaçını istifadə etməyə qoymur. Həmçinin Cavabdeh1 etiraf etmişdir ki, **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (tövlə) kimi qeyd olunan "F" tikilisinin yerləşdiyi torpaq sahəsinə girişdə onun tərəfindən quraşdırılmış darvazanı bağlamış və onu və ailə üzvlərini həmin darvazadan istifadə etməyə qoymur. O, iddia tələbində paylı mülkiyyətində olan “F” tikilisindən qapısı bağlandığı üçün istifadə edə bilmədiyini qeyd edərək qapısının açılmasını, “F” tikilisinin yerləşdiyi torpağa gediş-gəliş darvazasının bağlanması səbəbindən isə “F” tikilisinə gəlib-gedə bilmədiyini qeyd etsə də, məhkəmə onun fikirlərini təhrif edərək həmin hissədə iddianı təmin etməyərək qeyd etmişdir ki, "Texniki Passport"da, zəbt sahə kimi qeyd edilən ərazidə yerləşən, "F" qrifi ilə işarələnmiş tövlənin və darvazanın isə həmin torpaq sahəsinin girişinə maneə törətməməsi müəyyən edilmişdir. “F” tikilisinin və darvazanın kimin mülkiyyətində olan torpaq sahəsində yerləşməsinin müəyyən edilməməsi əsası ilə iddianın rədd edilməsi tamamilə məntiqi təfəkkürə ziddir. Belə ki, kimin torpağında yerləşməsindən asılı olmayaraq o, “F” tikilisinin mülkiyyətçisidir və əşyadan istifadə mülkiyyət hüququnun məcmusunu formalaşdıran tərkib hissələrindən biridir. Onun mülkiyyətində olan daşınmaz əmlakın hansı torpaq sahəsində yerləşməsindən, istifadəyə törədilən hər–hansı bir maneə mülkiyyət hüququnun pozulmasıdır. Beləliklə o, öz mülkiyyətində olan **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (tövlə) kimi qeyd olunan "F" tikilisindən istifadə edə və həmin tikiliyə gedib-gələ bilmir. **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan “C” tikilisində Cavabdeh3 və onun arvadı X6 yaşayır. Onların **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan “C” tikilisində yaşamaları mülkiyyətçi kimi onun hüquqlarını pozur və beləliklə bütün paylı mülkiyyətçilərin anbar kimi istifadə etməli olduğu tikilidən onların istifadə etməyinə mane olur. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)- 11/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh4, Həsənova (Eyvazova) Dəyanət Qüdrət qızı, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinəəsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsində apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən darvazanın açılmasına aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsi iddianın təmin edilməyən darvazanın açılmasına aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportda C qrifi ilə işarələnmiş anbar tikilisi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında həyətdə olan tikililərin istifadəsi ilə bağlı razılaşma olmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, açılması tələb edilən darvaza həqiqətən ümumi istifadədə olan torpağa açılan darvazadır və həmin darvaza cavabdehlər tərəfindən bağlanmışdır. Bu hal cavabdehlərin özləri tərəfindən də yerində baxış keçirilən zaman etiraf edilmişdir. F qrifi ilə işarələnmiş tövlə ilə bağlı isə, həmin tövləyə gediş gəlişin bağlanması halı aşkar edilməmişdir. Cavabdehlər də iddiaçının həmin tövləyə girişinə etiraz etmədiklərini bildirmişlər. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, darvazanın açılması ilə bağlı hissədə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın darvazanın açılması hissəsində təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Eyni zamanda iddiaçının mülkiyyətindən maneəsiz istifadə etmək barədə konstitusion hüququnu məhdudlaşdırmış olardı ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən darvazanın açılmasına aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsi iddianın təmin edilməyən darvazanın açılmasına aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(075)-11/2023 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş darvazasının açılması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə giriş darvazasının açılması hissəsində təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə giriş darvazası açılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver