Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-809/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə İddiaçı iddianın təminetmə tədbirinin tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)- 571/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu barəsində “xxxx” ASC-nin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, 196433 nömrəli akt əsasında hesablanmış 384 manat, 47 qəpik borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə iddianın təmini tədbiri barədə ərizə əlavə etmişdir. İddiaçı ərizədə onun məhkəmənin icraatında olan akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə baxılanadək yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişinin bərpa edilməsi və mülki işə baxılıb, iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişinin cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən kəsilməsi qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2021-ci il tarixli 2(075)- 571/2021 nömrəli qərardadı ilə İddiaçı məhkəmənin icraatında olan akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə baxılanadək yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişinin bərpa edilməsi və mülki işə baxılıb, iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişinin cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən kəsilməsi qadağan edilməsi barədə iddianın təminetmə tədbirinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı qərardadından şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-571/2021 nömrəli qərardadının ləğv edilməsini və Şorsu kəndində yerləşən evinə gələn kəsilmiş elektrik enerjisinin cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin x xxxx 2021-ci il tarixli, 2(075)-571/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-571/2021 nömrəli iddianın təmin edilməsi tədbiri haqqında qərardadından İddiaçı verdiyi şikayət təmin olunmamış və onun şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)- 571/2021 nömrəli qərаrdаdı ləğv edilməli və İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi əsaslı deyildir. İddianı təmin etmək barədə qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə qəbul edilir. Lakin İddiaçı ərizəsinə ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin dayandırılmasını əks etdirən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də yekun məhkəmə qətnaməsi qəbul edilənədək ona məxsus fərdi yaşayış evinə verilmiş elektrik enerjisinin bərpa edilməsi barədə iddia təmini tədbirinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 159-cu maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Göstərilən normanın tələbinə görə iddianın təmini tədbiri təxirəsalınmaz hərəkət olmaqla iddianın gələcəkdə icrasını təmin etməyə xidmət edir. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi Şəki şəhər İHB-nın Şorsu kəndi üzrə nümayəndəsi O.Mahmudovun verdiyi xx.xx.2021-ci il tarixli, 96 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən Şəki rayonu, Şorsu kənd sakini İddiaçı yaşayıdığı evində istifadə olunan elektrik sayğacı xəttən açılaraq hal-hazıradək qoşulmamışdır. Hazırda sakinin evində iki azyaşlı nəvəsinin olması və ümumi olaraq 7 nəfər ailə üzvlərinin yaşadıqları evin elektrik enerjisi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması barədə qənaətini əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi İddiaçı tərəfindən verilmiş iddiаnı təmin etmək haqqında ərizənin təmin edilməməsi bаrədə əsаssız nəticəyə gəldiyindən şikayət təmin edilərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-571/2021 nömrəli qərаrdаdı ləğv edilməli və İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-571/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-571/2021 nömrəli qərаrdаdı ləğv edilsin. Yeni qərardad qəbul edilərək iddianın təmini tədbiri barədə ərizə təmin edilsin. İddiaçı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişi bərpa edilsin və mülki işə baxılıb, iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evinə verilən elektrik enerjisinin verilişinin cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən kəsilməsi qadağan edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-809/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-809/2021
15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver