Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-856/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 19843,40 ABŞ dolları, bundan 3064,31 ABŞ dolları əsas, 6825,57 ABŞ dolları faiz, 9495,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 458,38 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Buradan da görünür ki, Cavabdeh öldüyünə görə onun öhdəliklərinə xitam verərək, hüquqi varislərinin müəyyən edilmədən cavabdehlərin sırasından çıxarılması qanunsuz olmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə çıxarılmış iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 saylı qərardadından iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin verdiyi şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə Cavabdeh qeydiyyat yeri ilə bağlı iddia ərizəsinə əlavə etdiyi DİN BPMQ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışla müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxx 1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx xxxxxx 2017-ci il tarixdə öldüyünə görə qeydiyyatdan çıxarılmışdır. Lakin, iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin arayışa əsasən öldüyü bildirilən Cavabdeh vərəsələrinə qarşı deyil, məhz öldüyü qeyd edilən şəxsə qarşı məhkəmədə iddia qaldırmışdır. Ölmüş şəxsin iddiaya cavab verməsi mümkünsüz olduğundan ona qarşı iddiaya məhkəmədə baxılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-550/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-856/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-856/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver