Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-107/2021 11.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində payların müəyyən olunması yaşayış evinə məcburi qaydada köçürülmə tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Şəhriyar kəndində yerləşən mərhum atası X1 mülkiyyətində olan fərdi yaşayış evindən payların müəyyən olunması, cavabdeh tərəfindən ona qarşı yaradılmış maneələrin aradan qaldırılması və onun həmin yaşayın evinə məcburi qaydada köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı məhkməyə ərizə təqdim edərək işin məhkəmədənkənar həll olunması məqsədilə mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil İddiaçı Cavabdeh ilə arasındakı mübahisəni məhkəmədən kənar öz aralarında həll etməsi məqsədilə məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasında iştrak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh də məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə "Kapital Bank" Şərur filialı vasitəsilə 63592 №li qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində payların müəyyən olunması yaşayış evinə məcburi qaydada köçürülmə tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə "Kapital Bank" Şərur filialı vasitəsilə 63592 №li qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-107/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-107/2021
11.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver