Məhkəmə qərarları › İş №2(110)-124/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-124/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-124/2021 19.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 3573,25 manat məbləğində kredit borcu, 383,44 manat məbləğində faiz borcu və 678,86 manat məbləğində cərimə borcu olmaqla cəmi 4635,55 manat borcun, 017R********** saylı kredit razılaşması üzrə 7832 manat məbləğində faiz borcu və 1623,81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10610,52 manat borcun , hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 15246 (on beş min iki yüz qırx altı) manat 7 (yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayənəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatınızda olan İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair 2(110)- 124/2021 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini, iş materiallarında olan 35 saylı, 2xx.xx.2021-ci il tarixli ekspert rəyini məhkəmənin mülahizəsinə buraxdıqlarını, xx.xx.2021-ci il tarixinə saat 15:00-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 017L**********55 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ Dolları məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8200 (səkkiz min iki yüz) manat məbləğində kredit götürdüyünü, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü kredit borcundan 4626.75 manat ödədiyini, onun 3573.25 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 190 gün üçün hesablanmış faiz borcunun 383.44 manat təşkil etdiyini, kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2020-ci il tarixə 190 gün üçün hesablanmış cərimə borcunun 678.86 manat təşkil etdiyini, bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 25 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürdüyünü, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü kredit borcundan 1168 manat ödədiyini, onun 7832 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşması nın 2.3–cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcunun 1154.71 manat təşkil etdiyini, kredit razılaşması nın 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2020-ci il tarixə 205 gün üçün hesablanmış cərimənin 1623.81 manat təşkil etdiyini, uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqavilyə vaxtından əvvəl xitam vermək, qalan krediti məbləğini faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduğunu qeyd edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 3573,25 manat məbləğində kredit borcu, 383,44 manat məbləğində faiz borcu və 678,86 manat məbləğində cərimə borcu olmaqla cəmi 4635,55 manat borcun, 017R********** saylı kredit razılaşması üzrə 7832 manat məbləğində əsas borcu, 1154,71 manat faiz borcu və 1623,81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10610,52 manat borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 15246 (on beş min iki yüz qırx altı) manat 7 (yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 sentyabr 2018-ci il tarixli 017L**********55 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 (Kredit alan) ilə İddiaçı QSC-nin Xırdalan filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasından aydın olur ki, “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 8200 (səkkiz min iki yüz) manat məbləğində kredit verir. Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən “Kredit alan” bu kredit razılaşmasını tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz ıhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Xırdalan filialı tərəfindən Cavabdeh1 aylıq 2.1667 (iki tam on mində min altı yüz altmış yeddi) faiz dərəcəsi ilə 24 ay müddətinə 8200 (səkkiz min iki yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri ərzində ayda 444.0 manat, xx.xx.2020-ci il tarixində isə 428.19 manat olmaqla, cəmi 10640.79 manat pulu İddiaçı QSC-nin Xırdalan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 imza etdirilməklə 8200 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından aydın olur ki, “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 25 (iyirmi beş) ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verir. Kredit Müqaviləsinin 1.2-ci bəndinə əsasən “Kredit alan” bu kredit razılaşmasını tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz ıhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Xırdalan filialı tərəfindən Cavabdeh1 aylıq 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) faiz dərəcəsi ilə 25 ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 - xx.xx.2020–ci il tarixləri ərzində ayda 350.0 manat, xx.xx.2020 - xx.xx.2021 tarixlər ərzində 794.0 manat, xx.xx.2021-ci il tarixində isə 792.19 manat olmaqla, cəmi 12300.19 manat pulu İddiaçı QSC-nin Xırdalan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 imza etdirilməklə 9000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli 017S**********01 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli 017S**********02 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh4 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli 017S**********03 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh3 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçn Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilələrinin 3.1.2-ci bəndinə əsasən uzunmüdddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin gecikdirildikdə,verilmiş kredit məbləğinin qalığının 0.1 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zaminlər ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə Banka 7832 manat məbləğində əsas borcu, 1154,71 manat faiz borcu və 1623,81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10610,52 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh1 xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə Banka 3573,25 manat məbləğində kredit borcu, 383,44 manat məbləğində faiz borcu və 678,86 manat məbləğində cərimə borcu olmaqla cəmi 4635,55 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzləri və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə xx.xx.2020-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(110)- 124/2020 saylı Qərardadından görünür ki, iddia tələbinin həcmi artırılmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(110)- 124/2020 saylı Qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 35 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında xx.xx.2018-ci il tarixli 017R********** saylı və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə (arayışının verilmə tarixinə) əsas borcu 3514,20 (üç min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcu 554,84 (beş yüz əlli dörd manat səksən dörd qəpik) manat, cərimə borcu 343,99 (üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə (arayışının verilmə tarixinə) əsas borcu 7773,31 (yeddi min yeddi yüz yetmiş üç manat otuz bir qəpik) manat, faiz borcu 1236,15 (bir min iki yüz otuz altı manat on beş qəpik) manat, cərimə borcu 198,68 (bir yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "İddiaçı” QSC-nin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli 017L**********55 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 (Kredit alan) ilə İddiaçı QSC-nin Xırdalan filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxxxxxx 2018-ci il tarixli 017L**********55 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə 8200 (səkkiz min iki yüz) manat məbləğində, xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən isə “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 25 (iyirmi beş) ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Müqavilələrə müvafiq olaraq Cavabdeh1 isə aldığı kreditləri faizləri ilə birlikdə vaxtında və lazımi qaydada İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən müvafiq olaraq Cavabdeh1 xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri ərzində ayda 444.0 manat, xx.xx.2020-ci il tarixində isə 428.19 manat olmaqla, cəmi 10640.79 manat, xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən isə Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 xx.xx.2020–ci il tarixləri ərzində ayda 350.0 manat, xx.xx.2020 - xx.xx.2021 tarixlər ərzində 794.0 manat, xx.xx.2021-ci il tarixində isə 792.19 manat olmaqla, cəmi 12300.19 manat pulu İddiaçı QSC-nin Xırdalan filialına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı” QSC-nin Xırdalan filialı ilə Zaminlik müqavilələri bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "İddiaçı” QSC kredit alan və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə borcunun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 35 nömrəli ekspert rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə (arayışının verilmə tarixinə) əsas borcu 3514,20 (üç min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcu 554,84 (beş yüz əlli dörd manat səksən dörd qəpik) manat, cərimə borcu 343,99 (üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə (arayışının verilmə tarixinə) əsas borcu 7773,31 (yeddi min yeddi yüz yetmiş üç manat otuz bir qəpik) manat, faiz borcu 1236,15 (bir min iki yüz otuz altı manat on beş qəpik) manat, cərimə borcu 198,68 (bir yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin iş üzrə iddiaçının iddia ərizəsində xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə iş üzrə cavabdehlərdən faiz borcu üzrə 383.44 (üç yüz səksən üç manat qırx dörd qəpik) manat, xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə isə 1154.71 (bir min bir yüz əlli dörd manat yetmiş bir qəpik) manat tutulmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 35 nömrəli ekspert rəyi ilə xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 554,84 (beş yüz əlli dörd manat səksən dörd qəpik) manat faiz borcu və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə isə 1236,15 (bir min iki yüz otuz altı manat on beş qəpik) manat faiz borcu müəyyən edilsə də, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə faiz borcunun 383.44 (üç yüz səksən üç manat qırx dörd qəpik) manat, xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə isə faiz borcunun 1154.71 (bir min bir yüz əlli dörd manat yetmiş bir qəpik) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşlər və onunla birgə məsuliyyət daşımalarını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqavilələrini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı” Qapalı Səhəmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 017R********** saylı və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmaları ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3514.20 (üç min beş yüz on dörd manat iyirmi qəpik) manat kredit borcu, 383.44 (üç yüz səksən üç manat qırx dörd qəpik) manat faiz borcu, 343.99 (üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat cərimə borcu və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 7773.31 (yeddi min yeddi yüz yetmiş üç manat otuz bir qəpik) manat kredit borcu, 1154.71 (bir min bir yüz əlli dörd manat yetmiş bir qəpik) manat faiz borcu, 198,68 (bir yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13368.33 (on üç min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3.0 manatı iddiaçıya aid edilməli, 27.0 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "İddiaçı” Qapalı Səhəmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 017R********** saylı və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3514.20 (üç min beş yüz on dörd manat iyirmi qəpik) manat kredit borcu, 383.44 (üç yüz səksən üç manat qırx dörd qəpik) manat faiz borcu, 343.99 (üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat cərimə borcu və xx xxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 7773.31 (yeddi min yeddi yüz yetmiş üç manat otuz bir qəpik) manat kredit borcu, 1154.71 (bir min bir yüz əlli dörd manat yetmiş bir qəpik) manat faiz borcu, 198,68 (bir yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13368.33 (on üç min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.0 (iyirmi yeddi) manatı, ümumilikdə 13395.33 (on üç min üç yüz doxsan beş manat otuz üç qəpik) manat pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar