Məhkəmə qərarları › İş №2(110)-13/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-13/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-13/2021 08.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı “İddiaçı“ MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “İddiaçı“ MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8253 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8273 manat məbləğində pulun alınaraq iddiaçı “İddiaçı“ MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı “İddiaçı“ MMC-nin nümayəndəsi Yaşar Ağazadə məhkməyə ünvanladığı ərizəsində yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılması barədə iddiaçının nümayəndəsinin ərizəsinə münasibət bildirməsi üçün xx xxxxxx 2020-ci il tarixdə ona məktub göndərilmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı “İddiaçı“ MMC-nin nümayəndəsinin baxılmamış saxlanılması barədə ərizəsinə heç bir etirazının olmadığını, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdehin də ərizəyə etiraz etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı bank tərəfindən hökümət ödəniş portalı vasitəsilə xx.xx.2019-cu il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə kömürülmüş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “İddiaçı“ MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “İddiaçı“ MMC tərəfindən hökümət ödəniş portalı vasitəsilə xx.xx.2019-cu il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə kömürülmüş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı “İddiaçı“ MMC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar