Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-20/2022 10.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 10 fevral 2005-ci tarixdə Şərur rayon Çomaxtur kənd icra nümayəndəliyində rəsmi qeydə alınmış 08 mömrəli nikah aktının pozulması, birgə nikahdan olan və yetkinlik yaşına çatmamış 15.08.2007-ci il təvəllüdlü X28 oğlunun və 23.02.2009-cu il təvəllüdlü X4 onun yanında saxlanılması və birgə nikahdan olan və yetkinlik yaşına çatmamış 15.08.2007-ci il təvəllüdlü X28 oğlunun və 23.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 10 fevral 2005-ci il tarixdə Şərur rayon Çomaxtur kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahdan birgə yaşadıqları dövrdə üç övladının-25.07.2001-ci il təvəllüdlü X5, 15.08.2007-ci il təvəllüdlü X9 və 23.02.2009-cu il təvəllüdlü X4 dünyaya gəldiyini, ailə qurduqları ilk vaxtlarda birbirlərini başa düşsələr də fərqli xarakterə malik olduqları üçün cavabdehlə yola gedə bilmədiklərini, son vaxtlar cavabdehin ona qarşı münasibətinin kəskin pisləşdiyini və aralarında tez-tez münaqişələr və söz-söhbətlərin baş verdiyini, onu nalayiq sözlərlə təhqir etdiyini, axırıncı dəfə təxminən 2 (iki) ay olar ki, aralarında baş verən münaqişə zəminində ayrıldıqlarını və çıxıb gəlib valideynləri ilə birlikdə Şərur rayon Çomaxtur kəndində yaşadığını, bir daha ər evinə dönmək fikrinin olmadığını, artıq ailənin faktiki olaraq dağıldığını, qorunub saxlanmasının mümkün olmadığını, aralarında xasiyyət tutmaması səbəbindən nikahının məhkəmə qaydasında pozulması və uşaqlarının onun tərəfindən saxlanılması üçün cavabdeh tərəfindən sabit pul məbləğində aliment ödənilməsi qərarına gəldiyini, cavabdehin iş yeri barədə məlumatının olmadığını habelə onun aylıq qazancı barədə də dəqiq məlumatının olmadığını, uşağın saxlanılması üçün ayda bir uşaq üçün 175 ( yüz yetmiş beş) manat olmaqla iki uşaq üçün 350 (üç yüz əlli) manat pulun yetərli olduğunu və cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu hesab etdiyini qeyd edərək, Cavabdeh ilə arasında 10 fevral 2005-ci tarixdə Şərur rayon Çomaxtur kənd İcra Nümayəndəliyində rəsmi qeydə alınmış 08 mömrəli nikah aktının pozulması, birgə nikahdan olan və yetkinlik yaşına çatmamış 15.08.2007-ci il təvəllüdlü X9 və 23.02.2009-cu il təvəllüdlü X4 onun yanında saxlanılması və birgə nikahdan olan və yetkinlik yaşına çatmamış 15.08.2007-ci il təvəllüdlü X9 və 23.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla iki uşaq üçün 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında məhkəmənin onların barışmaları, ailə münasibətlərini bərpa etmələri üçün 3 ay vaxt verdiyini, bu müddətdə barışmadıqlarını, artıq barışıb bir ailədə yaşamalarının mümkün olmayacağını, hal-hazırda cavabdehlə aralarındakı nikahın pozulmasında fikrinin qəti olduğunu qeyd edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə 10 fevral 2005-ci ildə Şərur rayon Çomaxtur kənd icra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından üç uşaqlarının-25.07.2001-ci il təvəllüdlü X5, 15.08.2007-ci təvəllüdlü X9 və 23.02.2009-cu il təvəllüdlü X4 doğulduğunu, özünün 2-ci qrup əlil olduğunu, iddiaçının telefonunda yad nömrələr tapdığını, ona görə də aralarında mübahisə olduğunu, onun evdən çıxıb getdiyini, 9 aydan artıqdır ki, ayrı yaşadıqlarını, məhkəmənin onların barışmaları, ailə münasibətlərini bərpa etmələri üçün 3 ay vaxt verdiyini, bu müddətdə iddiaçı onunla barışmadığını, artıq barışıb bir ailədə yaşamalarının mümkün olmayacağını dediyini, belə olan halda artıq o da barışmaq istəmədiyini, hazırda uşaqların onunla birlikdə yaşadığını, uşaqlara baxa bilmədiyini, aralarındakı nikahın pozulmasına, uşaqların anası ilə birlikdə yaşamasına etirazının olmadığını, Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin nəzərə alınmamasını, 610 manat təqaüd aldığını, eyni zamanda mebel sexində işlədiyini, uşaqlarından birinin yetkinlik yaşına çatdığını, digər azyaşlı iki uşaqları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyini biləcəyini bildirərək, uşaqların anasının yanında qalmasına etirazının olmaması barədə ətrizəsini məhkəməyə təqdim edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 vermiş olduğu izahatında Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının əməkdaşlarının məhkəmədən daxil olmuş məktubla əlaqədar müvafiq araşdırma apardıqlarını və Şərur rayon Çomaxtur kəndində İddiaçı yaşayış şəraiti ilə tanış olduqlarını, İddiaçı yaşadığı mənzilin 4 otaq bir salon, mətbəx və dəhlizdən ibarət kommunal şəraitli, otaqların tam təmirli rütubətsiz işıqlı olduğunu, mənzilin mülkiyyət hüququ əsasında atası X6 məxsus olduğunu, mənzildə faktiki yaşayanların İddiaçı, atası X10, anası X17 və bibisi X1 olduğunu, ailənin maddi vəziyyətinin normal olduğunu, uşaqların mənzildə yaşaması üçün lazımi şəraitin olduğunu, eyni zamanda Komissiya əməkdaşlarının Cavabdeh Şərur rayon Çomaxtur kəndində yaşadığı mənzilin şəraiti ilə də tanış olduqlarını, Cavabdeh yaşadığı mənzilin 2 otaq, 1 salon, mətbəx və dəhlizdən ibarət, kommunal şəraitli, otaqların təmirli rütubətsiz işıqlı olduğunu, mənzilin mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olduğunu, mənzildə faktiki yaşayanların Cavabdeh, X14, X15 və X9 olduğunu, ailənin maddi vəziyyətinin normal olduğunu, uşaqların mənzildə yaşaması üçün lazımi şəraitin olduğunu, həmçinin Komissiyasının psixoloqunun iştirakı ilə dindirilən tərəflərin yetkinlik yaşlarına çatmayan uşaqları-15.08.2007-ci il təvəllüdlü X18 və bacısı 23.02.2009-cu il təvəllüdlü X15 atası ilə anası ayrı olduğu müddətdə (9 ay müddətində) anaları İddiaçı onlarla maraqlanmadığını, ana qayğısından kənar olduqlarını və ataları Cavabdeh yanında qalmaq istədiklərini bildirdiklərini, Komissiya üzvlərinin uşaqların fikrini nəzərə alaraq 15.08.2007-ci il təvəllüdlü X9 və 23.02.2009-cu il təvəllüdlü X4 ataları Cavabdeh ilə yaşamalarının onların mənafeyinə uyğun hesab etdiklərini, bununla bağlı müvafiq müayinə aktlarını və tərtib edilmiş rəyi məhkəməyə təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və Qəyyumluq və Himayə Komissiyası nümayəndəsinin izahatına və toplanmış digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X11 ilə İddiaçı arasında 10 fevral 2005-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə "Nəcəfov" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, iş üzrə tərəflər 25 iyul 2002-ci il təvəllüdlü Vəliyev Rövşən Nəbi oğlunun valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, iş üzrə tərəflər 15 avqust 2007-ci il təvəllüdlü X12 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, iş üzrə tərəflər 23 fevral 2009-cu il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən tərtib edilən aktlardan görünür ki, Komissiya hər iki valideynin yaşayış yerində uşaqların yaşaması üçün normal şəraitin olması qənaətinə gəlmişdir. Eyni zamanda Komissiya tərtib etdiyi rəydə qeyd etmişdir ki, uşaqların hansı valideynə verilməsi məsələsinə baxarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına və tərbiyəsinə necə təsir göstərəcəyi həmçinin valideynlərdən hansının yanında qalmaq arzusu və valideynlə şəxsi bağlılığı nəzərə alınmalıdır. Komissiya qeyd edilənləri nəzərə alaraq 15 avqust 2007-ci il təvəllüdlü X12 və 23 fevral 2009-cu il təvəllüdlü X4 ataları Cavabdeh oğlunun yanında qalmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, İddiaçı Şərur Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və sabit pul məbləğində aliment tutulması tələbi barədə” iddia qaldırdığını, birgə nikahlarından doğulmuş uşaqlarının iddiaçının yanında qalmasına etiraz etmədiyini, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razılaşmadığını, qərar qəbul edərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tədqiqatının nəticəsində məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında Şərur rayon Şərur rayon Çomaxtur kənd icra nümayəndəliyində 10 fevral 2005-ci il tarixdə 08 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, onların birgə nikahdan doğulmuş övladları - 15 avqust 2007-ci il təvəllüdlü X19 və 23 fevral 2009-cu il təvəllüdlü X15 anaları - İddiaçı yanında saxlanılmalı və 14 iyul 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 15 avqust 2007-ci il təvəllüdlü X12 və 23 fevral 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anası - İddiaçı ödənilməlidir. Məhkəmə nikahın pozulması ilə əlaqədar yuxarıda göstərilən nəticəyə gələrkən onu nəzərə almışdır ki, tərəflər rəsmi nikaha girərək ailə həyatı qurmuş və onların bu nikahından üç övladı doğulmuşdur. Onlar 20 ildən artıq bir müddətdə evli olsalar da, faktiki olaraq uzun müddətdir ayrı yaşayırlar, tərəflər arasında qarşılıqlı anlaşmanın olmaması və bu səbəbdən yaranmış narazılıqlar onlar arasındakı nikah münasibətlərinin davam etməsinə imkan verməmiş və nəticədə iddiaçı cavabdehlə arasında bağlanmış nikahın pozulması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən icraat zamanı tərəflərə barışmaları və ailəni bərpa etmələri məqsədilə ailə qanunvericiliyinə uyğun olaraq üç ay vaxt versə də, verilmiş vaxt ərzində tərəflər barışmamışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən, görünür ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və iddiaçı nikahın pozulmasında israrlıdır. Məhz bu baxımdan məhkəmə tərəfindən iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü müəyyən edildiyindən onlar arasında nikahın pozulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 2.3-cü maddəsində göstərilir ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. - 19.1-ci maddəsində deyilir ki, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; - 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; - 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikah pozulur; - 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. İş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının yanında qalması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iş üzrə tərəflər məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə yaşadığını müəyyən edən saziş təqdim etməmişlər və uşaqlar yetkinlik yaşına çatmadıqlarından ana nəvazişinə, qayğısına daha çox ehtiyacları var. Lakin uşaqlar valideynləri faktiki ayrıldıqları vaxt ərzində ataları, yəni cavabdeh ilə birlikdə yaşasalarda, iddiaçının tələbini, cavabdehin uşaqları saxlaya bilməməsi, onların anasının yanında yaşamalarını istəməsini, Komissiyanın rəyinin nəzərə alınmaması xahişini, uşaqların azyaşlı olmasını, ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasındakı nikah pozularkən onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladları- 15 avqust 2007-ci il təvəllüdlü X12 və 23 fevral 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək anaları - İddiaçı yanında qalmaları uşaqların mənafeyi baxımından daha məqsədə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. - 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidi; - 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Azərbаycаn Respublikаsı «Uşаq Hüquqlаrı» hаqqındа Qаnunun: - 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr; - 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. İnsаn Hüquqlаrı üzrə Avropа Konvensiyаsının tələbinə görə Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bu şərtlə ki, bu, ən yaxşı halda uşağın mənafelərinə zidd olmasın. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini uşaqların hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvimaddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqlara alimentin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş üzrə iddiaçı 15.08.2007-ci il təvəllüdlü X28 oğlunun və 23.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, sağlamlıq vəziyyətlərini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, cavabdehin iddiaçıya uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəməsi barədə izahatını nəzərə alaraq, iddiaçının alimenti sabit pul məbləğində tutulması tələbini qismən təmin edərək Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq 15 avqust 2007-ci il təvəllüdlü X12 və 23 fevral 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları - İddiaçı ödənilməsini qənaətbəxş hesab etmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, nə qədər ki, aliment ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan tutulur, ona görə də hazırkı iş üzrə aliment 14 iyul 2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladı 25 iyul 2002-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatdığından məhkəmə onun hansı valideynin yanında qalması və ona alimentin ödənilməsi məsələsinə münasibət bildirmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 217.3-cü maddəsinə əsasən,qətnamə iş üzrə müyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulmuş nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu - 15 (on beş) manat iş üzrə olaraq Cavabdeh alınaraq dövlət nəfinə köçürülməli, İddiaçı həmin xərci ödəməkdən azad edilməlidir . Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 10 fevral 2005-ci il tarixdə Şərur rayon Çomaxtur kənd icra nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. İş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları - 15 avqust 2007-ci il təvəllüdlü X18 və 23 fevral 2009-cu il təvəllüdlü X15 anaları - İddiaçı yanında saxlanılsın. 14 iyul 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq 15 avqust 2007-ci il təvəllüdlü X9 və 23 fevral 2009-cu il təvəllüdlü X15 qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları - İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra olunsun. Tərəflər arasındakı nikah qeydinin pozulması Qeydiyyat şöbəsində rəsmiləşdirilməsi zamanı 15 (on beş) manat məbləğində pul, dövlət rüsumu olaraq Cavabdeh alınaraq dövlət nəfinə köçürülsün, İddiaçı həmin xərci ödəməkdən azad edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev