Məhkəmə qərarları › İş №2(110)-321/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-321/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-321/2021 02.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə 18 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6859,08 manat əsas borc, 1680,3 manat faiz borcu olmaqla ümumilikdə 8539,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını 26 aprel 2021-ci il tarixə təyin etmişdir. Qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirən məhkəmə, mülki işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək, həmin iş üzrə məhkəmə baxışı iclasını 21 may 2021-ci il tarixə təyin etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Tərəflər məhkəmə baxışı iclasına gəlmədiyindən mülki işin baxılması 02 iyun 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər təkrar iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı ASC vasitəsilə 17 mart 2021-ci il tarixdə ********* nömrəli qəbzlə X1 AZ21NABZ********************4 saylı hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılmalıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC vasitəsilə 17 mart 2021-ci il tarixdə ********* nömrəli qəbzlə X1 AZ21NABZ********************4 saylı hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar