Məhkəmə qərarları › İş №2(110)-331/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-331/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-331/2021 04.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas borcu 135.00 (bir yüz otuz beş manat, sıfır qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 155,40 (yüz əlli beş manat, qırx qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi Əliəsgər Axundov 30.04.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin Cavabdeh qarşı əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair 2(110)-331/2021 saylı mülki işə Şərur rayon məhkəməsinin icraatında baxıldığını, Cavabdeh oğlunun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC qarşısında iddia ərizəsində qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyini tam olaraq icra etdiyini, qeyd olunanlara əsasən 2(110)-331/2021 saylı mülki iş üzrə iddia tələbinin mahiyyətinə dair qətnamə qəbul etmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizənin baxılmamış saxlanılması barədə xahişini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş portalı vasitəsilə 12.10.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş portalı vasitəsilə 12.10.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar