Məhkəmə qərarları › İş №2(110)-372/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-372/2021

29.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-372/2021 29.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Kreditor MMCnin Borclu borcun məcburi qaydada tutulması tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1989-cu il ildə Şərur rayonunda doğulmuş və Naxçıvan MR Şərur rayonu Cəlilkənd kəndində qeydiyyatda olan Borclu 1246 manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1266 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iş materialları içərisində olan müqavilədə borclu olaraq göstərilən şəxs Borclu olduğu halda,ərizənin “xahiş etdi” hissəsində tamamilə başqa şəxsin adı göstərilmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, ərizə geri qaytarılarkən Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, kreditor tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Məhkəmə əmrinin verilməsinə dair ərizə və ərizəyə əlavə edilmiş sənədlər kreditor “xxxx” MMC-yə geri qaytarılsın. Kreditor tərəfindən X2 X1 hesabına 13.04.2021-ci il tarixli ********* nömrəli qəbizlə ödənmiş 20 (iyirmi) manat dövlət rüsumu “xxxx” MMC-yə geri ödənilsin. Kreditora izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar