Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-439/2021 31.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququna dair manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçılar iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayonu, Gümüşlü kəndində yerləşən X1 həyətyanı torpaq sahəsində inşa etdiyi tikililərə Cavabdeh tərəfindən edilən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə dair manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddiaçıların daşınmaz əmlaka sahiblik və istifadə hüququna dair sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı2 tərəfindən Kapital Bank ASC-nin “Şərur” X2 Orqanının hesabına 20.05.2021-ci il tarixli 20305 nömrəli qəbzlə ödənmiş 10 (on) manat dövlət rüsumu İddiaçı2 geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-439/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-439/2021
31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver