Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-497/2020 07.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxx” X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 176,82 (bir yüz yetmiş altı manat səksən iki qəpik) manat əsas borc, 4,71 (dörd manat yetmiş bir) manat məbləğində faiz borcu olmaqla cəmi 181,53 (bir yüz səksən bir manat əlli üç qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 2024tkAHM/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrıldığını, tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci maddəsinə əsasən borcverən “bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Cavabdehin ona təqdim olunduğu plastik kartdan ümumilikdə 1643,85 (bir min altı yüz qırx üç manat səksən beş qəpik) manat vəsaitin nağdlaşdırdığını, ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh 1643,85 (bir min altı yüz qırx üç manat səksən beş qəpik) manat əsas borcundan 1467,03 manat ödəniş etdiyini, (1643,85- 1467,03=176,82), qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələrin hesablandığını, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək Cavabdeh 176,82 (bir yüz yetmiş altı manat səksən iki qəpik) manat əsas borc, 4,71 (dörd manat yetmiş bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 181,53 (bir yüz səksən bir manat əlli üç qəpik) manat borc pulun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh bildirişi almişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli 2024tkAHM/14 saylı Kredit xətti və Bank hesabı müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxxxxx” KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a illik 30 faiz olmaqla 84 ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və plastik kartı təqdim edir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Plastik kartda olan kredit xətti yalnız müştərinin kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Bu zaman istifadə olunmuş kredit xəddindən istifadəyə görə minimum 3%,maksimum 6%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir... Həmin Müqavilənin 3.8 ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. Həmin Müqavilənin 8.3-cü maddəsinə əsasən “Müştəri” krediti bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə ödəniş müddətinin sonundan başlayaraq “Bank” “Müştəri”yə qarşı qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən - 360%-dək miqdarında və kreditdən istfadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən - 360%-dək miqdarında cərimə tətbiq edir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 176,82 (bir yüz yetmiş altı manat səksən iki qəpik) manat əsas borc, 4,71 (dörd manat yetmiş bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 181,53 (bir yüz səksən bir manat əlli üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2014 - xx.xx.2020-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli Balansdankənar məxaric orderinin surətindən görününr ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə bir ədəd plastik kart imza etdirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxxxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar VN Milli Gəlir Departamentinin AZ17CTRE******************** saylı hesabına 20 manat rüsum ödəmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 176,82 (bir yüz yetmiş altı manat səksən iki qəpik) manat əsas borc, 4,71 (dörd manat yetmiş bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 181,53 (bir yüz səksən bir manat əlli üç qəpik) manat məbləğində pul tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh 176,82 (bir yüz yetmiş altı manat səksən iki qəpik) manat əsas borc, 4,71 (dörd manat yetmiş bir) manat məbləğində faiz borcu olmaqla, cəmi 181,53 (bir yüz səksən bir manat əlli üç qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 201,53 (iki yüz bir manat əlli üç qəpik) manat borc pul məcburi tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-497/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-497/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver