Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-600/2021 04.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Trimmer Philips üzqırxan üçün 21.4 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 63.0 (altmış üç) manat dəbbə, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********62585 İHUAWEİ P30 markalı telefon üçün 407.6 (dörd yüz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 122.0 (bir yüz iyirmi iki) manat dəbbə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********15227 iPhone 11 Pro markalı telefon üçün 2678.4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 803.0 (səkkiz yüz üç) manat dəbbə olmaqla, ümumilikdə 4284.4 (dörd min iki yüz səksən dörd manat qırx qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı gəlməmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinı baş direktoru 04.10.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə məhkəmə iclasının 04.10.2021-ci il tarixə saat 14:00-a təyin olunduğunu, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 28.01.2020-ci il tarixli və 12.05.2019-cu il tarixli və 06.03.2020-ci il tarixli müqavilələrinə əsasən Trimmer Philips üzqırxan, İMEİ kod **********62585 İHUAWEİ P30 və İMEİ kod **********15227 iPhone 11 Pro markalı telefonlar aldığını, nəticədə 4284,4 (dörd min iki yüz səksən dörd manat qırx qəpik) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, 28.01.2020ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 230,4 (iki yüz otuz manat qırx qəpik) manat (12 ay x 19,2 manat + 0 manat ilkin ödəniş) olan Trimmer Philips üzqırxan üçün ümumilikdə 273,4 (iki yüz yetmiş üç manat qırx qəpik) olmaqla, ondan 210,4 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə; 12.05.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1734 (bir min yeddi yüz otuz dörd) manat (12 ay x 136 manat + 102 manat ilkin ödəniş) olan İMEİ kod **********62585 İHUAWEİ P30 markalı telefon üçün ümumilikdə 529,6 (beş yüz iyirmi doqquz manat altmış qəpik) manat olmaqla, ondan 407,6 (dörd yüz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 122 (bir yüz iyirmi iki) manat dəbbə; 06.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2678,4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat (12 ay x 223,2 + 0 manat ilkin ödəniş) İMEİ kod **********15227 iPhone 11 Pro markalı telefon üçün ümumilikdə 3481,4 (üç min dörd yüz səksən bir manat qırx qəpik) manat olmaqla, ondan 2678,4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 803 (səkkiz yüz üç) manat dəbbə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1346,4 (bir min üç yüz qırx altı manat qırx qəpik) manat təşkil etdiyini qeyd edərək, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Trimmer Philips üzqırxan üçün 210,4 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat dəbbə, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********62585 İHUAWEİ P30 markalı telefon üçün 407,6 (dörd yüz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 122 (bir yüz iyirmi iki) manat dəbbə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********15227 iPhone 11 Pro markalı telefon üçün 2678,4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 803 (səkkiz yüz üç) manat dəbbə olmaqla, ümumilikdə 4284,4 (dörd min iki yüz səksən dörd manat qırx qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 12.05.2019-cu il tarixli 00657393 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- telefon quraşdırma və saat quraşdırma xidmətli, İMEİ kodu **********62585 olan HUAWEİ P30 model mobil telefondur. Tərəflər arasında bağlanmış 12.05.2019-cu il tarixli 00657393 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1734 (bir min yeddi yüz otuz dörd) manat olan İMEİ kod **********62585 İHUAWEİ P30 model telefon üçün ilkin ödəniş olaraq 102 manat ödəyərək, qalan məbləği 12 ay müddətinə, ayda 136 manat ödəməyi öhdəsinə götürüb. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.05.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********62585 olan HUAWEİ P30 model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 28.01.2020-ci il tarixli 20065634 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- Trimmer Philips model üzqırxandır. Tərəflər arasında bağlanmış 28.01.2020-ci il tarixli 20065634 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 230.4 (iki yüz otuz manat qırx qəpik) manat olan Trimmer Philips model üzqırxan üçün ilkin ödəniş etmədən həmin məbləği 12 ay müddətinə, ayda 19.2 manat ödəməyi öhdəsinə götürüb. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 28.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh Trimmer Philips model üzqırxanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 06.03.2020-ci il tarixli 20149784 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ kodu **********15227 olan İPhone 11 Pro 64 GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 06.03.2020-ci il tarixli 20149784 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2678,4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat olan İMEİ kodu **********15227 olan iPhone 11 Pro 64 GB model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 12 ay müddətinə, ayda 223.2 manat ödəməyi öhdəsinə götürüb. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.05.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kod **********15227 iPhone 11 Pro markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 13.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 3296.4 (üç min iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 988.0 (doqquz yüz səksən səkkiz) manat məbləğində cərimə, ümumilikdə 4284.4 (dörd min iki yüz səksən dörd manat qırx qəpik) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 14.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 03.11.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.05.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1734 (bir min yeddi yüz otuz dörd) manat olan İMEİ kodu **********62585 olan İHUAWEİ P30 model telefon üçün 102 (bir yüz iki) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 136.0 (bir yüz otuz altı) manat ödəməyi, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən Müştəri alqı-satqı qiyməti 230.4 (iki yüz otuz manat qırx qəpik) manat olan Trimmer Philips model üzqırxan üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə, ayda 19.2 (on doqquz manat iyirmi qəpik) manat ödəməyi, 06.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2678.4 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat olan İMEİ kodu **********15227 olan iPhone 11 Pro model telefon üçün ilkin ödəniş etmədən 12 (on iki) ay müddətinə, ayda 223.2 (iki yüz iyirmi üç manat iyirmi qəpik) ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1346.4 (bir min üç yüz qırx altı manat qırx qəpik) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə Əlavələrin 2ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən hər üç müqavilə üzrə cəmi 3296,4 (üç min iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 988 (doqquz yüz səksən səkkiz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4284,4 (dörd min iki yüz səksən dörd manat qırx qəpik) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında sadə yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər iki Müqavilə üzrə ümumilikdə 3296,4 (üç min iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissədə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər üç müqavilə üzrə hesablanmış 988 (doqquz yüz səksən səkkiz) manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 988 (doqquz yüz səksən səkkiz) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 99 (doxsan doqquz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh hər üç müqavilə üzrə 3296.4 (üç min iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 99 (doxsan səkkiz) manat dəbbə pulu (cərimə) olmaqla, ümumilikdə 3395.4 (üç min üç yüz doxsan beş manat qırx qəpik) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumunun 7.0 (yeddi) manatı iddiaçıya aid edilməli, qalan 23.0 (iyirmi üç) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12.05.2019-cu il, 28.01.2020-ci il və 06.03.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********62585 olan HUAWEİ P30 model telefon, Trimmer Philips model üzqırxan və İMEİ kodu **********15227 olan iPhone 11 Pro 64 GB markalı telefon üçün cəmi 3296.4 (üç min iki yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə pulu, cəmi 3395.4 (üç min üç yüz doxsan beş manat qırx qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23.0 (iyirmi üç) manatı olmaqla, ümumilikdə 3418,4 (üç min dörd yüz on səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-600/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-600/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver