Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-641/2021 29.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 3500 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası Cavabdeh Tovuz rayonunda müxtəlif şəxslərdən kartof məhsulu alan şəxs kimi 2018-ci ilin iyul ayında tanıdığını, belə ki Nurlanın yaşadığı Tovuz rayonu Xatınlı kəndində həmkəndlilərindən dəfələrlə kartof aldığını, 2018-ci ilin avqust ayının 9-da Cavabdeh Tovuz rayonu Düz Cırdaxan kəndində əkib-becərdiyi kartof sahəsinə gələrək ondan 15 ton kartof aldığını və pulunu Gəncə şəhərində verəcəyini bildirdiyini, onun da həmin gün 15 ton kartofu Nurlana verdiyini və Gəncə şəhərinə getdiyini, lakin Nurlanın təcili Bakı şəhərinə çıxdığını deyərək Bakı şəhərində kartofu satıb pulunu yəni 5500 manatını verəcəyini dediyini, bundan sonra dəfələrlə Nurlanla əlaqə saxlasa da Nurlanın ondan aldığı kartofun pulunu verməkdən yayındığını, ona görə də bu barədə Tovuz rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, bundan sonra Nurlanın Tovuz RPŞ-yə çağrılaraq orada izahatı alınarkən ondan kartof aldığını etiraf etdiyini və tezliklə pulunu qaytaracağına söz verdiyini, bundan sonra Nurlanın ona olan 5500 manat borcundan 2000 manatını qaytarsa da 3500 manat pulunu bu günə qədər vermədiyini, Tovuz RPŞ də ona işin mülki iş olduğunu və məhkəməyə müraciət etməli olduğunun izah olunduğunu, ona görə də iddiasının əsaslı olduğundan təmin olunmalı olduğunu Cavabdeh borclu olduğu 3500 manat pulun alınaraq ona verilməli olduğunu, həmçinin ailə vəziyyəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etdiyini qeyd edərək, Cavabdeh borclu olduğu 3500 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin 21.10.2021-ci il tarixdə məhkəməyə teleqram göndərdiyi telqramın məzmunundan görünür ki, Cavabdeh qarşı “pul tələbinə” dair iddia qaldırdığını, məhkəmə prosesinin 29.10.2021-ci il tarixə saat 11:00-a təyin olunduğunu, ailə vəziyyətini, səhhətini, və məsafənin uzaq olmasını nəzərə alaraq, iddiasını müdafiə edərək, təmin olunmasını, işə onun iştirakı olmadan baxıb, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında Tovuz rayon Kirən kənd sakini İddiaçı məxsus kartofu alması məqsədi ilə onun əkin sahəsinə baxdıqlarını, lakin kartofu bəyənmədiyini, buna baxmayaraq Sadinin ondan əl çəkmədiyini, katofu hansı qiymətə istəyirsə o qiymətə də almağı ondan xahiş etdiyini, onun da Tovuz rayonu ərazisində adını xatırlamadığı şəxsin idarə etdiyi Kamaz markalı avtomobilə 100 manat pul verərək Sadinə məxsus kartofu Bakı şəhərinə aparmağı ilə bağlı razılaşdığını, kartofu Kamaz markalı avtomobilə yükləyərək Bakı şəhərinə apardığını, Sadinlə kartofu nə vaxt sata bilərsə o vaxt da pulunu verəcəyi barədə razılaşdığını, Sadinə ümumilikdə 4000 manat pul verəcəyini, Bakı şəhərində “Meyvəli” adlı bazarda kartofu həmin günün səhərisi ümumilikdə 1600 manata satdığını, kartofu ucuz satmasına səbəb kartofun xarab olmasını, kartofu satandan sonra ziyanda qaldığı üçün başqa şəxslərdəki pulunu alıb Sadinin pulunu düzəldərək qaytarmağı gözlədiyini, Sadinlə bu barədə dəfələrlə danışdığını, sonradan ona borclu olan şəxslərdən pulunu ala bilmədiyi üçün Sadinin pulunu qaytara bilmədiyini, daha sonra telefonunun itdiyini, Sadinlə əlaqə saxlaya bilmədiyini, Sadinnin qeyd etdiyi kimi ondan 15 ton deyil, 10 ton kartof aldığını, ona 3000 manat borclu olduğunu, borcundan 2000 manatını qaytardığını, haliyədə ona 1000 (bir min) manat borcunun olduğunu qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, cavabdehin izahatını iş üzrə toplanmış sübutlara birlikdə qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 31 oktyabr 2018-ci il tarixli qərardan görünür ki Tovuz rayon Polis şöbəsinin istintaq bölməsində Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs İddiaçı dindirmə protokolundakı izahatından görünür ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayon Kirən İƏD-nin Xatıncan kəndində yaşadığını, özünün rəsmi olaraq heç bir işlə məşğul olmadığını, lakin ailəsini dolandırmaq məqsədilə əkinçiliklə məşğul olduğunu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhəri Mikayıl Müşfiq küçəsi 5 nömrəli evdə yaşayan Cavabdeh təxminən 2018-ci ilin iyun ayının əvvəllərindən tanıdığını, həmin ərəfədə onun fəhlələrlə birlikdə Tovuz rayonunun Əlimərdanlı kəndinə gedən avtomobil yolunun sol kənarında Bozalqanlı kəndinin ərazisində 1 hektar 10 sot ərazidə kartof əkdiyini, həmin kartofu onun tək əkdiyini və əkinə xərclənən pulun da onun öhdəsinə düşdüyünü, onun ümumiyyətlə həmin kartofu əkib becərməyə təxminən 4000 manat məbləğində puldan artıq xərcinin çıxdığını, təxminən 2018-ci ilin avqust ayının əvvəllərində onun əkin sahəsində fəhlələri ilə birlikdə kartof çıxararkən həmin vaxt sonradan adı ona məlum olan bir nəfərin Cavabdeh təkcə bir nəfər tanımadığı sürücünün idarə etdiyi avtomobillə onun yanına gəldiyini, ona Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu, Müdafiə Nazirliyinə kartof məhsulu alıb göndərmək istədiyini, elə orada Cavabdeh onun bir hissəsi çıxarılmış kartof sahəsinə baxıb bəyəndiyini və ondan qiyməti ilə maraqlandığını, ona kartofun 1 kiloqramla deyil, topdansatış kimi satdığını, çıxarılacaq 15 ton kartof məhsulunun 10 ton hissəsinin hər bir kiloqramını 40 qəpikdən yerdə qalan 5 ton hissəsinin hər bir kiloqramını isə 30 qəpikdən almağa razılaşdıqlarını, onun əkib becərdiyi kartof məhsulunun “Holland” sortu deyilən kartof kalibri irili xırdalı olduğunu, irisinin çox təxminən 80% olduğunu, ümumi məhsulun təxminən 100 kiloqramının xarab qalan hamısının əla keyfiyyətli məhsul olduğunu, onun həmin sahədə 10-12 gün ərzində kartof məhsulunun çıxarılması ilə məşğul olduğunu, arada yağış yağdığı üçün maddi imkansızlıqdan çoxlu fəhlə cəlb edə bilmədiyini, bu müddət ərzində Cavabdeh bir neçə dəfə əkin sahəsinə gəlib getdiyini, özünəməxsus avtomobillə Cavabdeh gecələdiyi “Avdıoğulları” adlı mehmanxanaya da apardığını. Bundan sonra onun kartof məhsulunu Tovuz rayonu Düz Cırdaxan kəndində bir nəfər tanışı Nəsimi adlı şəxsin evinin həyətinə yığdığını, 09 avqust 2018-ci il tarixdə Cavabdeh bir nəfər Cəlili kənd sakini Müqayıs adlı şəxsin idarə etdiyi KAMAZ markalı yük avtomobili ilə saat 15 radələrində kartofun yığıldığı evə gəldiyini, o gələndə onun adının sonradan İddiaçı məlum olan X11 olduğunu, onun X11 ilə Cavabdeh “Avdıoğulları” adlı mehmanxanaya apardıqda tanış olduğunu, tanışlıq zamanı Rəşadın ona Cavabdeh gələcəkdə əldə edəcəkləri puldan ona da verməsi üçün kartofun toplanmasında kömək etdiyini, 09 avqust 2018-ci il tarixdə saat 15 radələrində Cavabdeh onun topladığı kartof məhsulunu Müqayisin idarə etdiyi Kamaz markalı yük avtomobilinə yığdığını və əvvəl danışdıqları kimi ondan kartofun pulunu tələb etdiyini, Cavabdeh isə ona “problem yoxdur pul Bakıdadır, Rəşaddan göndərəcəyini ayıb deyilmi” dediyini, onun da əlacsız qalıb avtomobilə yüklənmiş kartof məhsulunu boşaltdırmadığını, Cavabdeh deməsinə inanıb pulu tələb etmədiyini, elə həmin vaxt Nurlana maddi imkanının olmadığını fəhlələrin pulun verməsini dediyini, buna cavab olaraq Cavabdeh Ə üstümdə pul yoxdur, mən bir də pul dalıncamı gedim, bu gün gedirəm sabah qayıdacam də, qayıdanda pulunun hamısını verəcəyəm darıxma“ dediyini, bundan sonra Cavabdeh və X12 idarə etdiyi Kamaz markalı yük avtomobilinə əyləşib istiqamətində kartof məhsulunu da apardıqlarını, Bakı şəhəri istiqamətində getdiklərini, sonradan Rəşad Səlimovun ona “Meyvəli” bazarında olarkən bir nəfər “Mercedez Benz 190” markalı nömrə nişanı yadında qalmayan və sürücüsünü tanımadığı bir nəfər kişi xeylağının onlara yaxınlaşıb kartofa baxıb Cavabdeh üzünü tutub onu rəisin göndərdiyini dediyini onun satdığı kartofun yaxşı olmadığını, xarab olduğu üçün ala bilməyəcəyini, orada onların bir nəfər tanımadıqları digər kişi xeylağını dəvət etdiklərini, kartofu ona göstərdiklərini onun da kartofa baxıb xarabının çox olduğunu, 15 ton kartofu cəmi 1500 manata ala biləcəyini dediyini, həmin vaxt Cavabdeh kartofu satmaq istədiklərini gördüklərini, ona əgər 1500 manata satarsa ziyan edəcəyini dediklərini, çünki Cavabdeh kartofu ondan 5000 manata aldığını bildiklərini, buna cavab olaraq Cavabdeh güya İddiaçı söz verdiyini ziyanlıq olsa da onun kartof alverini edən adam olduğunu, 1-2 reysə pulu tam həcmdə ona ödəyəcəyini dediyini, bundan sonra onların Cavabdeh ayrılıb gedəndən sonra o dediyi yerə gedib səhərə kimi gözləsələr də Cavabdeh gəlmədiyini onları da aldatdığını, sonra Rəşad Səlimovun qardaşının onlara bank vasitəsilə pul göndərdiyini onların da həmin pulu yol pulu edib Tovuz rayonuna qayıtdıqlarını, eyni zamanda Cavabdeh Rəşad Səlimovdan 3000 manat məbləğində nağd pul almasının ona məlum olduğunu, 300 manat məbləğində pulu isə Müqayisə yol haqqı kimi ödədiyini, bunu danışanda Cavabdeh onu da Rəşad Səlimovu da aldadaraq pullarını ələ keçirdiyini başa düşdüyünü, ona görə də bu barədə polis şöbəsinə gəlib ərizə ilə müraciət etdiyini bildirmişdir İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə şahid X3 dindirmə protokolundakı izahatından görünür ki, o, ailəsi və valideynləri ilə birlikdə Tovuz rayon Xatınlı kəndində qeydiyyatda olmaqla Tovuz rayonunun Abulbəyli kəndində yaşadığını, özünün rəsmi olaraq heç bir işlə məşğul olmadığını, lakin ailəsini dolandırmaq məqsədilə atası X10 ilə birlikdə Kamaz markalı yük avtomobillərinin mühərrikinin təmiri ilə məşğul olduqlarını, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhəri Mikayıl Müşfiq küçəsi 5 nömrəli evdə yaşayan Cavabdeh təxminən 2018-ci ilin iyun ayının əvvəllərindən tanıdığını, Cavabdeh qardaşı X4 Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən iş yerinə -“Avdıoğulları” mehmanxanasına apararkən tanıdığını, həmin vaxtdan da münasibətlərinin yarandığını, ilk tanışlıq vaxtı Cavabdeh “Avdıoğulları” mehmanxanasında qaldığı zaman çoxlu pul xərclədiyi üçün onda nəisə bir iş görən adam olması fikrinin formalaşdığını, söhbət əsnasında Cavabdeh ona Tovuz rayonuna gəlişinin məqsədi burada əhalidən kartof alaraq onu müxtəlif hərbi hissələrə göndərmək olduğunu, Cavabdeh “Avdıoğuları” adlı mehmanxanada təxminən bir aya yaxın qaldığını, bir-biriləri ilə münasibətləri yarandığı üçün Cavabdeh hissə-hissə borc olaraq ondan 3000 manat məbləğində nəğd pul aldığını, hər dəfə pulu alanda sən mənə pulu ver pul banka gəlməlidir, sənin pulunu alıb verəcəm dediyini, ona inanıb pul verdiyini, lakin Cavabdeh təyin etdiyi vaxt tamam olanda pulu vermədiyini səbəbini də soruşduqda müxtəlif bəhanələr gətirərək pulu vermədiyini, pulu tələb etdikdə bir ədəd onun KAMAZ tap kartofu yükləyib aparaq Bakıda satıb sənin pulunu verəcəm dediyini, onun dediklərinə inanıb tanışı X5 15 ton kartofu Bakı şəhərinə aparmağı və bunun müqabilində ona 300 manat məbləğində nəğd verəcəkərini dediyini, Müqayis Quliyevin də onun dedikləri ilə razılaşdığını, həmin gün kartofu yığmaq məqsədilə əvvəllər onun tanımadığı, Qəhrəman kimi tanıdığı, İddiaçı Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan bir nəfər qohumunun evinə getdiklərini, orada kartofun hazır kisələrə yığıldığını, ilk öncə kartofu yükləyən fəhlələri İddiaçı tapması barədə danışığın olduğunu, lakin sonradan Cavabdeh İddiaçı fəhlələri tapıb gətirməsini onun isə kartofu satıb pulunu göndərəcəyini dediyini, elə həmin gün fəhlələrin 15 ton kartofu Müqayisin idarə etdiyi Kamaz markalı yük avtomobilinə yüklədiklərini, üçünün birlikdə Bakı şəhərində yerləşən “Meyvəli” bazarına getdiklərini, kartofun Tovuz rayonu Düz Cırdaxan kəndində yığılarkən içərisində 50 kiloqramlıq bir kisədə təxminən 2-3 dənə iylənmiş kartof olduğunu bunun da təbii olduğunu, hər kartof əkəndə belə olduğunu dediyini “Meyvəli” bazarında olarkən bir nəfər “Mercedez Benz 190” markalı nömrə nişanı yadında qalmayan və sürücüsünü tanımadığı bir nəfər kişi xeylağının onlara yaxınlaşıb kartofa baxıb Cavabdeh üzünü tutub onu rəisin göndərdiyini dediyini onun satdığı kartofun yaxşı olmadığını, xarab olduğu üçün ala bilməyəcəyini, orada onların bir nəfər tanımadıqları digər kişi xeylağını dəvət etdiklərini, kartofu ona göstərdiklərini onun da kartofa baxıb xarabının çox olduğunu, 15 ton kartofu cəmi 1500 manata ala biləcəyini dediyini, həmin vaxt Cavabdeh kartofu satmaq istədiklərini gördüklərini, ona əgər 1500 manata satarsa ziyan edəcəyini dediklərini, çünki Cavabdeh kartofu İddiaçı 5000 manata aldığını bildiyini, buna cavab olaraq Cavabdeh güya Sadin kişiyə söz verdiyini ziyanlıq olsa da onun kartof alverini edən adam olduğunu, 1-2 reysə pulu tam həcmdə ona ödəyəcəyini dediyini, Cavabdehlə əvvəlcən kartofu satıb birlikdə gecələyib səhərisi günü Tovuza qayıtmağı planlaşdırdıqlarını, Cavabdeh kartofu 1500 manata həmin onların tanımadığı alverçiyə satıb pulunu alandan sonra onlara siz gedin Binəqədi rayonu ərazisində “Sulu təpə” adlanan yerdəki dairənin kənarına gözləyin biz də sizin arxanızca gəlirik dediyini, Cavabdeh dediyi yerə getdiklərini və orada həmin günü səhərə kimi gözləsələr də Cavabdeh gəlmədiyini onun istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng etdikdə telefonu bağladığı üçün əlaqə saxlaya bilmədiklərini, sonra yol pulları olmadığı üçün qardaşı Rəmail Səlimovun “Kapital bank” vasitəsilə onlara 100 manat pul göndərdiyini onların da həmin pulu yol pulu edib Tovuz rayonuna qayıtdıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə şahid X1 dindirmə protokolundan görünür ki, o, ailəsi və valideynləri ilə birlikdə Tovuz rayon Mülkülü kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşadığını, özünün rəsmi olaraq heç bir işlə məşğul olmadığını,lakin ailəsini dolandırmaq məqsədilə əvvəllər atası X2 məxsus olan Kamaz markalı **-BL- *** nömrə nişanlı avtomobili ilə yük daşıdığını, həmin yük avtomobilini onunla bərabər atası Niyazi Quliyevin də idarə etdiyini, Tovuz rayonunun Xatınlı kəndində yaşayan X6 uşaqlıqdan tanıdığını, onunla heç bir qohumluğu və düşmənçiliyinin olmadığını, Rəşadı Kamaz markalı avtomobilləri təmir edən usta kimi də tanıdığını, Rəşadın atasının da Kamaz markalı avtomobillərin təmiri ilə məşğul olduğundan atasının Rəşadın atası ilə yaxşı münasibəti olduğunu, Tovuz rayonu Kirən kəndində yaşayan İddiaçı isə əvvəllər tanımadığını onunla qohumluğu və düşmənçiliyinin olmadığını, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhəri Mikayıl Müşfiq küçəsi 5 nömrəli evdə yaşayan Cavabdeh birinci və axırıncı dəfə 09-10 avqust 2018-ci il tarixlərində gördüyünü, həmin vaxtdan da onu tanıdığını, 09 avqust 2018-ci il tarixində tanışı Rəşad Səlimovun ona tanışının burda Tovuz rayonu Düz Cırdaxan kəndində bir nəfərdən kartof aldığını, onu bakı şəhərində cəzaçəkmə müəssisəsinə apara biləcəyini, ona apara bilməyəcəyini çünki orada avtomobili salonuna iti salıb yoxladıqlarını, ona görə də avtomobilin salonunda nə varsa boşaltdıqlarını, bu hərəkətlərin bezdirici olduğu üçün kartofu aparmağa razılıq vermədiyini, bunu deyəndə Rəşad Səlimovun ona zəngini gözləməsini 5-10 dəqiqəyə ona zəng edəcəyini bildirdiyini, aradan 5-10 dəqiqə keçdikdən sonra Rəşad Səlimovun onun mobil telefonuna təkrarən zəng edib kartofu Bakı şəhərində yerləşən “Meyvəli” bazarına apara biləcəyini soruşduğunu, onun da cavabında apara biləcəyini dediyini, bunu deyəndən sonra Rəşad Səlimovun ona avtomobili sürüb Tovuz rayonu Düz Cırdaxan kəndinə gəlməyini dediyini, oraya getdiyini, orada onu Rəşad Səlimovun qarşıladığını, ona həmin yükü 300 manata aparacağını dediyini Rəşad Səlimovun da onun təklif etdiyi məbləğlə razılaşdığını,orada adları sonradan ona məlum olan İddiaçı və Cavabdeh ilə tanış olduğunu, Rəşad Səlimovdan kim olduqlarını soruşanda X19 Bayraməliyevi göstərib kartof məhsulunu alan həmin naxçıvanlı şəxs olduğunu, İddiaçı isə ona kartofu əkib becərən şəxs kimi təqdim etdiyini, onlardan başqa evin həyətində 3-4 nəfər fəhlənin də olduğunu, lakin onları tanımadığını, evin həyətində olarkən Cavabdehlə İddiaçı arasında fəhlələrin yığılmış kartofu yükləmələri haqqının verilməsi üstündə mübahisənin yarandığını, İddiaçı Cavabdeh “heç olmazsa fəhlələrin zəhmət haqqısı olan 100 manatı ver qalan pulu sonradan verərsən dediyini, buna cavab olaraq Cavabdeh İddiaçı pulunun olmadığını, kartofu asatıb pulunun hamısını ödəyəcəyini dediyini, bundan sonra Kamaz markalı avtomobilini həmin küçənin baş tərəfində yerləşən sahibini tanımadığı evin həyətinə salıbözünün isə küçədə gözlədiyini, təxminən 1 saat 30 dəqiqə sonra Rəşad Səlimovun ona “indi də avtomobili ver digər həyətə, oradada kartof var onu da avtomobilə yüklə” dediyini, onun da Kamaz markalı avtomobilini həmin küçənin baş tərəfində yerləşən sahibini tanımadığı evin həyətinə sürdüyünü, orada da həmin fəhlələrin kartofu avtomobilə yüklədiklərini, evin həyətində olarkən İddiaçı satacağı kartofu nisyə verdiyini bildiyini, həmin evin həyətində də kartof məhsulunu onun idarə etdiyi avtomobilə yüklədiklərini, lakin orada birinci dəfəkindən çox 2 saata yaxın gözlədiyini, hava qaraldığı üçün Rəşad Səlimova artıq gecdir bakı şəhərinə çatana kimi gec olacağını, gecə saat 12 –dən sonra yük avtomobillərinin Bakı şəhərinə girişinin qadağan olduğunu, buna görə də qoy yük avtomobildə qalsın səhər tezdən yola düşərik dediyini, buna cavab olaraq Cavabdeh öz mobil telefonu ilə bir nəfərə zəng edib onunla danışdırdığını, həmin şəxsin ona sən narahat olma çıx gəl mən sənin avtomobilini bakı şəhərində yerləşən “Meyvəli” bazarına yerləşdirəcəyəm dediyini, ona inanıb yola düşdüyünü, həmin vaxt Rəşad Səlimovdan yanacaq pulu kimi 100 manat pul istədiyini, lakin Rəşad Səlimovun ona Nurlanın üstündə pul yoxdur, orada pulu satıb hamısını ödəyəcək narahat olma dediyini, Rəşad Səlimovun ona dediklərinə inanaraq elə gecəikən Rəşad Səlimov və onun tanışı Cavabdehlə birlikdə onun idarə etdiyi Kamaz markalı avtomobilinə əyləşib yola düşdüklərini, yolda gedərkən pulları olmadığı üçün öz vəsaiti hesabına onlara yemək də aldığını, 10 avqust 2018-ci il tarixdə səhər 07 radələrində və onun tanışı Bakı şəhərində “Meyvəli” bazarına çatdıqlarını, orada olarkən olarkən bir nəfər “Mercedez Benz 190” markalı nömrə nişanı yadında qalmayan və sürücüsünü tanımadığı bir nəfər kişi xeylağının onlara yaxınlaşıb kartofa baxıb Cavabdeh üzünü tutub onu rəisin göndərdiyini dediyini onun satdığı kartofun yaxşı olmadığını, xarab olduğu üçün ala bilməyəcəyini, onun kisəyə baxdıqda orada xarab kartof görmədiyini sadəcə olaraq həmin kartofun səliqəsiz və un kisəsinə yığıldığını gördüyünü, onların bir nəfər tanımadıqları digər kişi xeylağını dəvət etdiklərini, kartofu ona göstərdiklərini onun da kartofa baxıb xarabının çox olduğunu, 15 ton kartofu cəmi 1500 manata ala biləcəyini dediyini, həmin vaxt Cavabdeh kartofu satmaq istədiklərini gördüklərini, ona əgər 1500 manata satarsa ziyan edəcəyini dediklərini, çünki Cavabdeh kartofu İddiaçı 5000 manata aldığını bildiyini, buna cavab olaraq Cavabdeh güya Sadin kişiyə söz verdiyini ziyanlıq olsa da onun kartof alverini edən adam olduğunu, 1-2 reysə pulu tam həcmdə ona ödəyəcəyini dediyini, Cavabdehlə əvvəlcən kartofu satıb birlikdə gecələyib səhərisi günü Tovuza qayıtmağı planlaşdırdıqlarını, Cavabdeh kartofu 1500 manata həmin onların tanımadığı alverçiyə satıb pulunu alandan sonra onlara siz gedin Binəqədi rayonu ərazisində “Sulu təpə” adlanan yerdəki dairənin kənarına gözləyin biz də sizin arxanızca gəlirik dediyini, kartofu anbara boşaldanda Cavabdeh ona plassmasdan olan qutular olduğunu, onları Şəmkirə apara biləcəyini soruşduğunu, yol haqqı olaraq 250 manat verəcəyini dediyini. Onun da apara biləcəyini dediyini lakin bu təklifin də yalan olduğunu, Cavabdeh dediyi yerə getdiklərini və orada həmin günü səhərə kimi gözləsələr də Cavabdeh gəlmədiyini onun istifadəsində olan ***-***- **-** nömrəsinə zəng etdikdə telefonu bağladığı üçün əlaqə saxlaya bilmədiklərini, sonra yol pulları olmadığı üçün Rəşad Səlimov qardaşı Rəmail Səlimova zəng edib ondan pul istədiyini və sonuncunun “Kapital bank” vasitəsilə onlara 100 manat pul göndərdiyini, Rəşadın şəxsiyyət vəsiqəsi üstündə olmadığından həmin pulu Rəmail Səlimovun onun adına göndədiyini onların həmin pulu birlikdə gedib Xırdalanda yerləşən “Kapital bank” filialından götürüb yol pulu edib Tovuz rayonuna qayıtdıqlarını, iki gün sonra Rəşad Səlimov onunla Tovuz rayonunun Düz Cırdaxan kəndində yerləşən “Qartal” yeməkxanasının qarşısında görüşdüklərini, Rəşad Səlimovun yol haqqı kimi danışdıqları 200 manat pulu ona ödədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə şahid X7 dindirmə protokolundakı izahatından görünür ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayon Düz Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşadığını, özünün rəsmi olaraq heç bir işlə məşğul olmadığını, lakin ailəsini dolandırmaq məqsədilə əkinçiliklə məşğul olduğunu, Tovuz rayonunun Xatınlı kəndində yaşayan X6 və Tovuz rayonunun Mülkülü kəndində yaşayan X8 əvvəllər tanımadığını, onların heç biri ilə qohumluğu və düşmənçiliyinin olmadığını, Tovuz rayonunun Kirən kəndində yaşayan onun Qəhrəman kimi tanıdığı İddiaçı əvvəllər meşə gözətçisi kimi tanıdığını, onunla da qohumluğunun və ya düşmənçiliyinin olmadığını, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhəri Mikayıl Müşfiq küçəsi 5 nömrəli evdə yaşayan Cavabdeh birinci və axırıncı dəfə 09-10 avqust 2018-ci il tarixlərində gördüyünü, həmin vaxtdan da onu tanıdığını, təxminən 2018-ci ilin fevral ayının axırlarında İddiaçı onun icarəyə götürdüyü pay torpağının qonşuluğunda bir nəfərdən icarəyə torpaq sahəsi götürüb orada kartof əkdiyini, əraziyə yaxşı bələd olmadığı üçün onun əkinində ona köməklik göstərmələri üçün fəhlə tapılmasında kömək göstərdiyini, bu zəmində də bir-birləri ilə yaxın münasibətlərinin yarandığını, təxminən 2018-ci ilin iyul ayının ortalarında İddiaçı icarəyə götürdüyü torpaq sahəsində əkmiş olduğu kartofu onun evinin həyətinə yığmağı xahiş etdiyini, onun da razılıq verdiyini, elə həmin ərəfədə İddiaçı təxminən 6-7 tona yaxın kartof məhsulunu un kisələrində gətirib onun evinin həyətinə yığdığını, aradan təxminən 20 gün keçmiş İddiaçı ona kartofu Bakıda cəzaçəkmə müəssisələrinə kartof tədarük edən bir nəfər naxçıvanlıya nisyə satdığını dediyini, 09 avqust 2018-ci il tarixdə İddiaçı və sonradan adı ona məlum olan Cavabdeh iki fəhlə ilə onlara gəldiyini, həmin vaxt sürücü X1 idarə etdiyi KAMAZ markalı yük avtomobilinin arxa yük yerini açanda orada bir neçə ədəd kisələrə yığılmış kartof məhsulunu gördüyünü, İddiaçı soruşduqda ona kartof məhsulunun bir hissəsini də digər həmkəndlisi Ayna adlı qadının həyətinə yığdığını, ona görə də ilk öncə Ayna adlı qadının həyətinə yığılmış kartofu KAMAZ markalı yük avtomobilinə yüklədiklərini sonrada onların həyətindəki kartofu yükləmək üçün gəldiklərini, orada fəhlələrin kartofu yük avtomobilinə yükləməyə başladıqdan sonra Cavabdeh harasa çıxıb getdiyini və aradan təxminən 2 saat keçdikdən sonra qayıtdığını, onun evin həyətinə gəldikdən sonra al-ver adamı olmadığını, fırıldaq adama oxşadığını gördüyünü, bu barədə İddiaçı dediyini lakin onun inanmadığını, kartofu fəhlələr avtomobilə yığdıqdan sonra İddiaçı Cavabdeh fəhlələrin pulunu verməsini dediyini, buna cavab olaraq Cavabdeh pulunun olmadığını, sonra ödəyəcəyini dediyini, bu zəmində aralarında mübahisə yarandığını, bundan sonra axşamtərəfi sürücü Müqayis Quliyevin idarə etdiyi KAMAZ markalı yük avtomobilini yüklü vəziyyətdə onun evinin həyətindən sürüb harasa apardığını, Cavabdeh İddiaçı və Rəşad Səlimovun pulunu ödəməyərək onları aldatmağının ona sonradan məlum olduğunu, Cavabdeh İddiaçı 5000 manat dəyərində kartof məhsulunun pulunu və Rəşad Səlimovun 3000 manat dəyərində pulunu ələ keçirdiyini, hətta KAMAZ markalı maşının sürücüsü Müqayis Quliyevin də yol haqqısını vermədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh dindirmə protokolundakı izahatından görünür ki, o, izahatında Tovuz rayon Kirən kənd sakini İddiaçı tanıdığını, kartof ticarəti ilə məşğul olduğu üçün kartof almaq məqsədilə Tovuz rayonuna gəldiyini, 2018-ci ilin iyul ayında Tovuz şəhər ərazisində olarkən Sadinin baldızının işlətdiyi ərzaq dükanına siqaret almaq üçün getdiyini, həmin vaxt Sadinin baldızının ondan nə işlə məşğul olduğunu soruşduğunu, onun da kartof ticarəti ilə məşğul olduğunu dediyini, bu zaman Sadinin baldızının onun telefon nömrəsini götürdüyünü, təxminən bir ay keçdikdən sonra Sadinin baldızının ona zəng edərək sadinlə şərikinə əkdikləri kartofu satmaq istədiklərini dediyini, həmin vaxt Tovuz rayonunda olduğundan həmin qadının dükanına getdiyini, Sadinin də dükana gəldiyini, onun dediyi vaxt Sadinin kartofu çıxarıb yığması barədə Sadinlə razılaşdıqlarını, bundan sonra Sadinin ona hər gün zəng edərək kartofu almasını dediyini, onun da məcbur olaraq Sadinlə gedib onun Bozalqanlı kəndi ərazisindəki əkin sahəsinə baxdığını, lakin kartofu bəyənmədiyini, buna baxmayaraq Sadinin ondan əl çəkmədiyini, katofu hansı qiymətə istəyirsə o qiymətə də almağı ondan xahiş etdiyini, onun da Tovuz rayonu ərazisində adını xatırlamadığı şəxsin idarə etdiyi Kamaz markalı avtomobilə 100 manat pul verərək Sadinə məxsus kartofu Bakı şəhərinə aparmağı ilə bağlı razılaşdığını, kartofu Kamaz markalı avtomobilə yükləyərək Bakı şəhərinə apardığını, Sadinlə kartofu nə vaxt sata bilərsə o vaxt da pulunu verəcəyi barədə razılaşdığını, Sadinə ümumilikdə 4000 manat pul verəcəyini, Bakı şəhərində “Meyvəli” adlı bazarda kartofu həmin günün səhərisi ümumilikdə 1600 manata satdığını, kartofu ucuz satmasına səbəb kartofun xarab olmasını, kartofu satandan sonra ziyanda qaldığı üçün başqa şəxslərdəki pulunu alıb Sadinin pulunu düzəldərək qaytarmağı gözlədiyini, Sadinlə bu barədə dəfələrlə danışdığını, sonradan ona borclu olan şəxslərdən pulunu ala bilmədiyi üçün Sadinin pulunu qaytara bilmədiyini, daha sonra telefonunun itdiyini, Sadinlə əlaqə saxlaya bilmədiyini, Tovuz rayon sakini X6 isə Tovuz rayonunda olduğu müddətdə tanıdığını, Rəşadın işlətdiyi Tovuz rayonu Qazıqulu kəndi ərazisində yerləşən katejdə qaldığını, Rəşadla da həmin vaxtdan tanış olduğunu, Rəşaddan ümumilikdə 300 manat borc aldığını, həmin pulu da Bakı şəhərinə gələrkən yol xərci etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli,11 avqust 2020-ci il tarixli Cinayət işinin icraatına xitam verilməsi haqqındakı Qərardan görünür ki, Cavabdeh barəsində cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxs İddiaçı Cavabdeh tərəfindən ələ keçirilmiş əmlakının ödənilməmiş hissəsinin ödətdirilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə olunmuş Tovuz rayon “Nəsimi” ticarət mərkəzinin direktorunun 12.11.2018-ci il tarixli, 46 nömrəli arayışından görünür ki, 2018-ci ilin avqust ayında 1 kq Holland sortlu kartofun orta bazar satış qiyməti 0.30 manat olmuşdur. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında kartof alğı-satqısı ilə bağlı 2018-ci ildə razılaşma olmuş, cavabdeh iddiaçıdan nisyə alqısatqı yolu ilə kartof almışdır. İddiaçı cavabdehin ondan 15 ton kartof aldığını, bunun müqabilində ona 5500 manat pul borclu olduğunu, borclu olduğu puldan 2000 manatını qaytardığını, qalan 3500 manat pulun alınaraq ona verilməsini tələb etmiş, cavabdeh isə Tovuz rayon Polis idarəsində və məhkəmədə verdiyi izahatında iddiaçıdan nisyə kartof aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında kartofun nisyə alqı-satqısı ilə bağlı razılaşma olduğundan, iddiaçı mahiyətcə tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin olduğuna əsaslanmaqla cavabdehdən borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin mövcudluğunu, cavabdehə 15 ton kartof satdığını, kartofun dəyərini cavabdeh ilə 5500 manata razılaşdıqlarını, dəyərinin ödənilmədiyini sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı iddia tələbində cavabdehə 15 ton çəkidə kartof satdığını, sübut etsədə həmin çəkidə kartofun dəyəri üçün cavabdehlə 5500 manata razılaşmalarına dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Tovuz rayon Polis şöbəsində başlanmış cinayət işinin istintaqı zamanı Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətlərinin olması, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 15 ton çəkidə, 1 kq 0.30 manatdan, ümumilikdə 1500 manat dəyərində kartofunu satmaq üşün alıb Bakı şəhərinə apararaq aldığı qiymətdən ucuz qiymətə, yəni 1600 manata sataraq İddiaçı 4500 manat dəyərində maddi ərər vurmaqla dələduzluq etməsi, həmin cinayəti Cavabdeh 09 avqust 2018-ci il tarixdə törətməsi, həmin müddətdən 2 ildən artıq vaxtın keçməsi, istintaq materiallarından göründüyü kimi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən 2 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməməsi, buna görə də Cavabdeh barəsində cinayət təqibinə xitam verilməsi müəyyən olunmuşdur. Həmçinin satılmış malın dəyərinin ödənilməsini sübut etmək cavabdehə aiddir. Lakin cavabdeh iddiaçıdan 15 ton deyil 10 ton kartof aldığını, kartofun qiymətini isə 0.30 manata razılaşdıqlarını, buna görə də iddiaçıya 3000 manat borcunun olduğunu, həmin borcundan 2000 manatını qaytardığını, iddiaçıya 1000 (bir min) manat borcunun olduğunu bildirsə də, kartofun qeyd etdiyi çəkidə olması ilə bağlı məhkəməyə hər hansı bir subut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə Cavabdeh İddiaçı aldığı 15 ton çəkidə olan kartof üçün 4500 manat borclu olmasını, həmin borcdan 2000 manatını qaytarmasının iddiaçı tərəfindən etiraf olunmasını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunaraq Cavabdeh 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən həmin məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2500 manat pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-641/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-641/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver