Məhkəmə qərarları › İş №2(110)-697/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-697/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-697/2021 10.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun tanınması, mənzilə köçürmə, mənzilə istifadə qaydalarının müəyyən edilməsi və evin hərracda satılaraq payların bölünməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Aşağı Daşarx kəndində yerləşən torpaq sahəsinin daxilində olan yaşayış evinə onun yaşayış hüququnun tanınması, onu azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülməsinə dair, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Aşağı Daşarx kəndində yerləşən torpaq sahəsinin daxilində olan yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları tanınmaqla uşaqların mənafeyi nəzərə alınmaqla aralarında bölünməsinə dair, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Aşağı Daşarx kəndində yerləşən torpaq sahəsinin və torpaq sahəsinin daxilində olan evin açıq hərracda satılıb əldə olunan puldan 2/3 paya görə onun payının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarilmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1.7-ci maddəsində deyilir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsində sadalanan iddia tələbləri bir-biri ilə əlaqədar olmayan tələblərdir və bu tələblərin bir icraatda birləşdirilərək baxılması mümkün deyil. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq İddiaçı tərəfindən 07.09.2021-ci il tarixdə 18958 saylı qəbzlə “Kapital Bank”ın Şərur filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun tanınması, mənzilə köçürmə, mənzilə istifadə qaydalarının müəyyən edilməsi və evin hərracda satılaraq payların bölünməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən 07.09.2021-ci il tarixdə 18958 saylı qəbzlə “Kapital Bank”ın Şərur filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu geri qaytarılsın Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar