Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-790/2021 07.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən,Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sağlamlığın pozulmasına görə (çəkilən xərcin) vurulmuş zərərin əvəzinin və çəkiləcək xərclərin ödənilməsi barədə” mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X1 vurulmuş 26000 (iyirmi altı min) manat maddi və 35000 (otuz beş min) manat mənəvi zərərin ümumilikdə 61000 (altmış bir min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcələnin 152.1.5-ci maddəsində qeyd olunub ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-maddəsinə müvafiq olaraq iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumunun ödənilməsi nəzərdə tutlduğndan, iddiaçı 61000 (altmış bir min) manat məbləğində pulun cavabdehlərdən tutulması tələb etdiyindən iddianın qiymətinə müvafiq olaraq 273 manat dövlət rüsumu ödəməli idi. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, məhkəmə müraciət etməsi məqsədi ilə iddiaçı tərəfindən dövlət rüsumu olaraq 273 manat deyil, 243 manat ödənilmişdir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq ərizə geri qaytarıldığından İddiaçı tərəfindən “Kapital Bankın” Şərur filialı vasitəsi 05.10.2021-ci il tarixdə 5367 saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sağlamlığın pozulmasına görə (çəkilən xərcin) vurulmuş zərərin əvəzinin və çəkiləcək xərclərin ödənilməsi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsan aradan qaldırdıqdan sonra ikinci dəfə qanunla müəyyən olmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-790/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-790/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver