Məhkəmə qərarları › İş №2(110)-791/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-791/2021

07.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-791/2021 07.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan həyatyanı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13.08.1998-ci il tarixli 06 nömrəli qərarına əsasən JN-118B nömrəli Şərur rayon Aşağı Yaycı kənd ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, təqdim edilən torpağın mülikiyyətə verilməsinə dair şəhadətnamənin mülki prosessual qanunvericiliyə uyğun olaraq əslinə bərabər surəti iddia ərizəsinə əlavə edilməmiş və 10 manat dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmənin əsaslandırması: 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8. 2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin X1 Xəzinədarlıq Orqanının hesabına 27.09.2021-ci il tarixli 26552 nömrəli qəbzlə ödənmiş 10 (on) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar