Məhkəmə qərarları › İş №2(110)-792/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-792/2021

07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-792/2021 07.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Kreditor MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Kreditor MMC -nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək Borclu Kreditor MMC-nin xeyrinə 1959.48 manat məbləğində əsas borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Daxil olmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, məhkəmə əmrinin çıxarılmasına dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, ərizədən görünür ki, ərizəni imzalamış X1 təşkilatın direktoru vəzifəsinin icraçısı olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bu da onu deməyə əsas verir ki, ərizə imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda kreditorun nəzərinə çatdırılır ki, “məhkəmə əmrinin çıxarılmasına dair” ərizədə müqavilənin tarixi ilə ərizəyə əlavə edilmiş sənədlərdəki müqavilənin tarixi arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, “məhkəmə əmrinin çıxarılmasına dair” ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və kreditora qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından iddiaçı Kreditor MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 28.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor MMC -nin cavabdeh Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditor MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 28.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Kreditor MMC -yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar