Məhkəmə qərarları › İş №2(110)-822/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-822/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-822/2021 29.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən e t d i m: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək 04.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65428 olan Samsung galaxy A10 markalı telefon üçün 235.5 (iki yüz otuz beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 258.5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 17.05.2021-ci il tarixli arayışından görünür ki, haliyədə cavabdeh Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatdadır və iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət etməli idi. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Aidiyyət qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Kəngərli Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, iddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- X2 vasitəsilə 09.10.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat və 24.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat, ümumilikdə 30 (otuz) manat məbləğində məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda eyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə 09.10.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat və 24.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat, ümumilikdə 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ərazi adiyyətinə görə Kəngərli Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar