Məhkəmə qərarları › İş №2(110)-910/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-910/2021

08.12.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-910/2021 08.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Tələbkar Borclu “aliment tələbinə barədə” məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdim: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 17.07.2009cu il təvəllüdlü X1 və 19.09.2011 təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment təyin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsində 2008-ci ildə Borclu ilə evləndiklərini, 2021-ci ilin əvvəllərinə kimi bir ailədə ər-arvad kimi yaşadıqlarını, birgə yaşadıqları müddətdə i17.07.2009-cu il tarixdə X3 və 19.09.2011 tarixdə X4 adında uşaqlarının olduğunu, 2021-ci ilin aprel ayından Arazla münasibətlərinin korlandığını və onun evi tərk edərək getdiyini, həmin vaxtdan da evi ilə maraqlanmadığını və uşaqların saxlanmasında ona heç bir yardım etmədiyini, Arazın haliyyədə Şərur rayon Prokurorluğunda prokuror köməkçisi işlədiyini, əməkhaqqısının 2000 manatdan çox olduğunu, onun isə uşaqların saxlanmasında çətinlik çəkdiyini qeyd edərək, 17.07.2009-cu il təvəllüdlü X1 və 19.09.2011 təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment təyin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 aprel 2009-cu il tarixli AZ-İ № 417144 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tələbkar ilə Borclu arasında 02 aprel 2009-cu il tarixdə 309 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 avqust 2009-cu il tarixli AZ-İİ № 334612 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər 17.07.2009-cu il təvəllüdlü X1 valideyinləridir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 dekabr 2011-ci il tarixli AZ-İİ № 665619 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər 19.09.2011 təvəllüdlü X2 valideyinləridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 275.1-ci maddəsinin müddəasına görə - müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; - 276.1-ci maddəsində deyilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; - 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər; - 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır; "Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; - 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: 17.07.2009-cu il təvəllüdlü X1 və 19.09.2011 təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 06.12.2021-ci il tarixdən hesablanmaqla Şərur rayon Düdəngə kəndinə qeydiyyatda duran və yaşayan Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment qismində tutularaq Tələbkar ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar