Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-104/2021 07.05.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı Cavabdeh aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ödəməsi üçün təyin olunmuş aliment miqdarının qanunla müəyyən edilmiş həddə azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçının tələbi müəyyən deyil. Belə ki, iddiaçı alimentin azaldılıb konkret olaraq hansı məbləğdə müəyyən olunmasını göstərməmişdir. Bununla da iddiaçı, iddia ərizəsinin məzmununa dair tələbə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddiaçının tələbi göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi geri qaytarıldığına görə İddiaçı “xxxx” ASC-nin hesabına 26 aprel 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Cavabdeh aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “xxxx” ASC-nin hesabına 26 aprel 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-104/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-104/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver