Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-167/2020 12.11.2020 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı və onun nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikah qeydinin etibarsız hesab edilməsi və aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı və onun nümayəndəsi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vaqiflə Türkanə arasında bağlanmış nikah qeydinin etibarsız hesab edilməsi və Vaqifin xəstə olmasını, işləmək iqtidarının olmamasını, haliyyədə 3 uşağı saxlamasını nəzərə alaraq alimentin məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş, bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmiş, həmçinin iddia ərizəsinə əlavə etdiyi sənədlərin lazımi qaydada təsdiq olunmamış surətlərini iddia ərizəsinə əlavə etmişdir. Həmçinin iddiaçı konkret olaraq kimdən nə tələb etdiyini də iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı və onun nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikah qeydinin etibarsız hesab edilməsi və aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalı, eyni zamanda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı və onun nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikah qeydinin etibarsız hesab edilməsi və aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(111)-167/2020
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-167/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver