Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-26/2021 05.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü ildə qeyri-rəsmi evlənərək, 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx xxxxx 2005-ci il tarixdə X4 və xx xxxx 2006-cı il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Hafizlə aralarında olan ailə münasibətləri pozulub və ayrı yaşayırlar. Uşaqlar da iddiaçının yanında qalırlar. Ayrı yaşadıqları müddətdə də Hafiz uşaqların saxlanmasında maddi cəhətdən köməklik etmir. İddiaçı isə uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyinə görə məcbur qalıb ondan aliment tələb edir. Hafizin müntəzəm qazancı və gəliri olmadığına görə onun ödədiyi alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. Göstərilənləri nəzərə alınaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat tutularaq xx xxxxx 2005-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2006-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddiasını müdafiə edib iddia ərizəsində göstərdiklərini təsdiq edərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat tutularaq xx xxxxx 2005-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2006cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qismən qəbul edərək, iddiaçı ilə barışmaq istədiyini, lakin iddiaçının barışmadığını, hazırda heç bir yerdə işləmədiyini, müntəzəm qazancının və gəlirinin olmadığını, ayda bir uşaq üçün 100 manat aliment ödəyə biləcəyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 173081 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında xx xxxxx 2005-ci il tarixdə rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 622242 nömrəli və AZ-İ 790931 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin xx xxxxx 2005-ci il tarixdə X4 və xx xxxx 2006-cı il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh xx xxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2004-cü ildə faktiki olaraq evlənmiş, 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2006-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaqlar İddiaçı himayəsində yaşayır və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün 220 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x220=2640 manat) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-26/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-26/2021
05.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver