Məhkəmə qərarları › İş №2(111)-41/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-41/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-41/2021 29.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iş üzrə İddiaçı və iş üzrə Cavabdehnun iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2004cü ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan xx xxxxxx 2006-cı il təvəllüdlü X3 adlı övladları olmuşdur. Cavabdeh ilə yola gedə bilmədiklərindən onun ərizəsi əsasında xx xxxxxx 2020-ci ildə Kəngərli Rayon Məhkəməsində nikahlarının pozulması barədə işə baxılaraq onlara barışmaqları üçün 3 ay vaxt verilmişdir. Şəlalənin iddia ərizəsindən də göründüyü kimi oğlumuz Vilayət mənimlə yaşayır. Mən fəsillə bağlı ocaqçı işləyirəm. Aldığım 270 manat əmək haqqı ilə 15 yaşlı oğlu Vilayətin saxlanılmasında çətinlik çəkirəm. Bu səbəbə Şəlalədən uşağın saxlanılması üçün aliment verilməsini istəyirəm. Hesab edirəm ki, övladımıza cavabdehdən 150 manat sabit məbləğdə alimentin alınıb verilməsinin müəyyən edilməsi mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmədən Cavabdeh xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, 2020-ci ilin sentyabr ayının 13-dən azyaşlı uşağının özünün yanında qaldığını və yaşadığını, anasının yanına getmək istəmədiyini, cavabdehin uşağa sahib çıxmadığını, heç bir maddi yardım göstərmədiyini, bu səbədən də uşağın saxlanmasında çətinlik çəkdiyini göstərərək cavabdehdən 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, həqiqətən də birgə nikahlarından doğulmuş uşağın atasına bağlı olduğundan onun yanında qaldığını, özünün Naxçıvan şəhəri 4 nönrəli məktəbdə xadimə işlədiyini, aliment verilməsinə etiraz etmədiyi, lakin 240 manat əmək haqqı aldığından uşağı üçün 150 manat məbləğində aliment ödəyə bilməyəcəyini göstərərək alimentin daha aşağı məbləğdə təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 067074 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X5 arasında xx xxxxxx 2004-cü il tarixdə Kəngərli Rayon Xıncab Kənd İƏDÜN-də rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada da “Rüstəmova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 628943 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin xx xxxxxx 2006-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Təhsil şöbəsinin M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbinin xx xxxxxx 2021-ci il tarixli 481 nömrəli arayışına əsasən Cavabdeh Naxçıvan Şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbində xadimə işləyir və 270 manat əmək haqqı alır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 90 manat aliment tutularaq xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2004-cü ildə faktiki olaraq evlənmiş və rəsmi nikah bağlamışlar. Bu evlilikdən xx xxxxxx 2006-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Haliyyədə tərəflər ayrı yaşayır, uşaq da İddiaçı himayəsindədir və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə Cavabdeh isə uşağın saxlanmasında maddi cəhətdən köməklik etmir. İş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın atasının iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavbdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 90 manat aliment tutulması məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x90=1080) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində 90 (doxsan) manat aliment tutularaq xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar